XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 14:40

Barak Obamadan daha bir tarixi yazı:"ABŞ nüvə silahının ləğv edilməsi yolunda mənəvi öhdəlik daşıyır"

obama-44

 

Barak Obama, ABŞ prezidenti

"The Washington Post" (ABŞ)

 

Qlobal təhlükəsizliyə və sülhə hədələrdən ən qorxulusu nüvə silahının yayılması təhlükəsi və mümkün tətbiqidir. Bax, yeddi il bundan əvvəl Praqda çıxış edərkən buna görə bildirdim ki, Birləşmiş Ştatlar nüvə silahının yayılmaması və dünyanın ondan xilas olması uğrunda mübarizə aparacaq. Bu konsepsiya həm demokrat, həm də “Perspektivdə planetimizdə nüvə silahının tam şəkildə ləğvinə can atırıq” demiş Ronald Reyqan daxil olmaqla respublikaçı sələflərimin siyasətinə əsaslanır.

Cümə axşamı Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə 50-dən çox dövlətin başçısını Praqa gündəliyinin əsas hədəflərinə kömək etməyə nəzərdə tutulmuş dördüncü Sammitimizdə salamlayacağam. Ondan çox dövlətin yüksəkzənginlili uran və plutoniumdan müvəffəqiyyətlə xilas edilməsi kimi uğurlarımızı və nailiyyətlərimizi təhlil edəcəyik. Dövlətlər, o cümlədən Birləşmiş Ştatlar öz üzərinə yeni öhdəliklər götürəcək və nüvə təhlükəsizliyinin təməlində duran beynəlxalq saziş və institutları möhkəmləndirməyi davam etdirəcəyik.

İŞİD terrorçu qruplaşması kimi bir sıra təşkilatlar tərəfindən qalan təhlükələr də nəzərə alınmaqla, dünyadakı ən təhlükəli qüvvələrə ən təhlükəli silahın sahibi olmağa imkan verməmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə terrorizmlə mübarizədə cəhdlərimizi təhlil edirik.

Nüvə terrorizmini önləməklə yanaşı, Praqada şərh etdiyim konsepsiyanın genişləndirilməsi yolunda önəmli uğurlara nail olduq.

Birincisi, nüvəsiz dünyaya irəliləmək üçün konkret addımlar atırıq. Birləşmiş Ştatlar və Rusiya 2018-ci ilə doğru öz nüvə partladıcılarının sayını 1950-ci ilin ən aşağı səviyyəsinə endirmək üçün  SHS-3 (SHS – strateji hücum silahı – red.) müqaviləsi çərçivəsində öz öhdəliklərini yerinə yetirməkdədir. Birləşmiş Ştatlar təhlükəsiz, etibarlı müdafiə olunmuş və effektli, istənilən rəqibin qabağını almağa və qorxutmağa, müttəfiqlərimizin təhlükəsizliyini təmin etməyə qadir nüvə cəbbəxanasına malik olsa da, milli təhlükəsizlik strategiyamızdakı nüvə silahının miqdarını və rolunu azaltdım. Mən həmçinin yeni nüvə partladıcılarının hazırlanmasından imtina etdim və Birləşmiş Ştatların nüvəm silahı tətbiq edəcəyi və yaxud tətbiq hədəsi gələcəyi şəraitlərin çərçivəsini daraltdım.

İkincisi, nüvə silahının yayılmamasına dair müqavilə də daxil olmaqla onun yayılmasına mane olan qlobal rejimi möhkəmləndiririk.

Biz, hər şeydən əvvəl, İranda nüvə silahının yayılmasına qarşı beynəlxalq ictimaiyyəti birləşdirməkdə uğura nail olduq. Nüvəli İran bizim, həmçinin müttəfiqlərtimizin və tərəfdaşlarımızın milli təhlükəsizliyinə yolverilməz təhdid  yarada bilərdi. O, Yaxın Şərqdə qızğın nüvə silahlanmasını törədərdi ki, bu da beyəlxalq yayılmama rejiminin iflasına səbəb ola bilərdi. İran başlanğıc mərhələdə diplomatik həlli rədd edərkən Birləşmiş Ştatlar dünya ictimaiyyətini səfərbər etdi və bu ölkəyə qarşı sanksiyalar tətbiq edib göstərdi ki, nüvə öhdəliklərini yerinə yetirməyən dövlətləri ciddi nəticələr təhdid edir. İran müntəzəm danışıqlardan sonra nüvə silahına bütün yollarını bağlayası nüvə sazişinə razılıq verdi. Hazırda İrana münasibətdə onun nüvə proqramının ən hərtərəfli yoxlanışı fəaliyyətdədir. Başqa sözlə, dünya bu müqaviləni bağlamaqla daha bir ölkəyə nüvə bombası əldə etməyə imkan vermədi. Və biz sayıqlığı qoruyacağıq ki, Tehran öz öhdəliklərini yerinə yetirsin.

Üçüncüsü, öz öhdəliklərini yerinə yetirən ölkələrin dinc nüvə enerjisinə çıxış əldə etməsi üçün mülki nüvə sahəsində əməkdaşlıq üzrə yeni mexanizmlərin  yaradılmasına cəhd edirik. Hazırda Qazaxıstanda yaradılmasına yeddi il əvvəl çağırdığım beynəlxalq yanacaq bankı yaradılır. Onun açılışı ilə ölkələr nüvə yanacağının oğurlanması və məqsədsiz istifadəsinə səbəb ola bilən zənginləşməmiş uransız lazımi energetika xammalı əldə edə bilər.

Əldə edilmiş uğurlara baxmayaraq, birinci mən etiraf edirəm ki, işimiz başa çatmaqdan yekunlaşmaqdan xeyli uzaqdır. YUMR (yaxın və uzaq mənzilli raketlər – red) müqaviləsinin pozulduğu şəraitdə Rusiyanı müqavilə öhdəliklərini tam yerinə yetirmək çağrşımızı davam etdiririk.  Mən hərbi rəhbərliyimizlə birlikdə əvvəlkitək əminəm ki, soyuq müharibə dövründən qalma nəhəng nüvə potensialımız  indiki təhlükələri aradan qaldırmağa pis uyğun gəlir. Dünyadakı bütün nüvə ehtiyatının 90%-dən çoxuna birlikdə sahib olan Birləşmiş Ştatlar və Rusiya cəbbəxanalarımızın azaldılması haqda danışıqları davam etdirməlidir.

Dünya ictimaiyyəti lap bu yaxınlarda nüvə sınağı və raket buraxılışları keçirmiş Şimali Koreyanın davam edən fitnəkarlığı qarşısında vahid olmalıdır. BMT TŞ-nın bu günlərdə Phenyana qarşı tətbiq etdiyi əlavə  sanksiyalar göstərir ki, pozuntular nəticələr törədə bilər. Birləşmiş Ştatlar Koreya yarımadasının tam dinc şəkildə və yoxlanılmağa imkan verən nüvəsizləşdirilməsi çərçivəsində müttəfiqlər və tərəfdaşlarla birgə işi davam etdirəcək.

Beynəlxalq təhlükəsizlik bütövlükdə tələb edir ki, ABŞ daxil olmaqla bütün dövlətlər nüvə silıahı sınağının əhatəli qadağası haqda Müqavilə ratifikasiya etsin, həmçinin nüvə silahı üçün parçalanan materialın istehsalına həmişəlik son qoyacaq yeni müqavilə imzalasın.

Mən Praqda deyirdim ki, təhlükəsizliyi təmin etmək və nüvə silahsız dünya yaratmağa tezliklə nail olunmayacaq və ola bilsin, mənim həyatımda baş verməyəcək. Lakin biz başlanğıcı qoymuşuq. Birləşmiş Ştatlar nüvə silahı tətbiq etmiş yeganə ölkə olaraq onun ləğv edilməsi yolunda hamıdan irəlidə getməkdə mənəvi öhdəlik daşıyır. Lakin heç bir ölkə bunu təkbaşına gerçəkləşdirə bilməz. Bu, bütün dünyanın işi olmalıdır.

Yolmuzda necə uca maneələrin durduğunu aydın şəkildə təsəvvür edirik, lakin hesab edirəm ki, heç bir halda fatalizmə uymamalı və nüvə silahının yayılması labüdlüyünə inanmamalıyıq. Dünyamızın praktik gerçəkliklərlə üzləşməli olduğu kimi, onun necə olmalı olduğu kimi dünya yaratmağa can atmağa borcluyuq.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə