XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 14:37

“ƏHMƏDİNEJAD FENOMENİ”:rəy sorğusunda populist eks-prezident bütün rəqiblərini üstələyir

“Iranwire”, 28.12.2020

 

İranlıların, demək olar ki, yarısı prezident Həsən Ruhaninin bu günə qədərki fəaliyyətinin “tamamilə qəbuledilməz olduğunu” söyləyirlər. Mahmud Əhmədinejad isə gələn il keçiriləcək prezident seçkilərində ilkin lider olaraq ortaya çıxıb.

22-28 oktyabr 2020-ci il tarixlərində “IranWire” üçün aparılmış müstəqil bir rəy sorğusu İranda yaşayan 18 və yaşca daha böyük, təsadüfi seçilmiş 1136 nəfərdən ibarət respondentlərlə telefon söhbəti vaitəsilə aparılıb.

Bu sorğunun nəticələrinə görə, prezident Ruhaninin hazırkı etimad reytinqi “Stasis”-in indiyə qədər təhlil etdiyi ən pis göstəricidir: 2020-ci ilin oktyabrında iranlı yaşlı nəsil arasında ona etimad cəmi 25% səviyyəsindədir və 2016-cı ilin fevralından bu yana 42% azalıb.

İranlıların yalnız 5 faizi indi Ruhaninin prezident vəzifəsini necə icra etdiyini “tamamilə bəyəndiyini” söyləyir. Respondentlərin 46 faizi “ona etimad etmədiyini” deyib və bu rəy ali təhsilli sorğu iştirakmıları arasında 56%-i əhatə edir.

Respondentlərin yalnız 44 faizi 2021-ci ilin iyununda keçiriləcək prezident seçkilərində səs verməyi planlaşdırdıqlarını bildirib. İranlıların dörddə biri 2020-ci ilin oktyabrında səs verməyi planlaşdırmadığını və 30 faizindən çoxu qərarsız olduğunu və ya cavab verməkdən imtina etdiyini söyləyib.

Coğrafi mövqeyə görə bölündükdə, İran əhalisinin 75 faizinin yaşadığı şəhələrdə insanların 41 faizi seçkidə iştirakı planlaşdırıb və 27 faizi seçkidə iştirak etməyəcək. Kənd yerlərində respondentlərin 55 faizi seçkidə iştirakı planlaşdırıb.

Əvvəlki təhlillərlə müqayisədə seçkidə iştirak göstəricisinin 10 faiz aşağı olduğu müəyyən edilib.

Seçkidə iştirakın İran İslam Respublikasının üzləşdiyi problemlərin həllinə kömək edəcəyini düşünüb-düşünmədikləri barədə suala respondentlərin 55 faizi müsbət, 35 faizi mənfi cavab verib. Respondentlərin təxminən 24 faizi İranın qarşılaşdığı çətinliklərin həllində seçkidə iştirakın “ümumiyyətlə təsirli olmayacağını” söyləyib. Şəhərdə yaşayan və ali təhsilli insanlar arasında ümumi ümidsizlik səviyyəsi müvafiq olaraq 27 və 32 faizə yüksəlib.

Bununla birlikdə, iranlıların 37 faizi gələn il keçmiş prezident Mahmud Əhmədinejada səs verəcəyini söyləyib. Eks-prezident bu məsələdə 10 faizlik dəstək alan keçmiş polis rəisi və “Sepah”ın Hava Qüvvələri komandiri Məhəmməd Bağir Qalibafdan 27 faiz çox səs toplayıb.

Gələn il mümkün namizədlər kontekstində adları ortaya çıxan digər 3 tanınmış ictimai xadim – Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, eks-spiker Əli Laricani və islahatçı siyasətçi Məhəmmədrza Arifdir. Bu üçlük müvafiq olaraq 3, 2 və 2% dəstək alıb.

Ancaq Əhmədinejada dəstək demoqrafik qruplar arasında əhəmiyyətli dərəcədə dəyişir. Keçmiş prezidenti ölkənin kənd yerlərində yaşayan insanların 50 və şəhərdə 33, ali təhsili olmayan insanların 49 və ali təhsilli insanların 19 faizlik dəstəkləyir.

Sorğuda iştirak edən bir çox iranlı perspektivli namizədlər barədə hazırkı mərhələdə inamsız görünüb və ya hələ qərar verməyiblər. Respondentlərin 29 faizi qərarsız olduğunu və ya cavab verməkdən imtina etdiyini, 17 fazi isə heç birinə səs verməyəcəyini deyib.

Anketdə iştirakçılardan bir sıra daxili siyasi xadimləri bəyənmələri istənilib. Mahmud Əhmədinejadın siyahıda İranın ən əlverişli siyasi xadimi olduğunu isbatlayıb: iştirakçıların 64 faizi “çox” və ya “müəyyən dərəcədə” onu bəyəndiklərini söyləyib.

Siyahıda göstərilən digər siyasətçilərdən məhkəmə sisteminin mövcud başçısı İbrahim Rəisi ikinci olub – 51%. Əksəriyyətin bəyəndiyi başqa siyasətçilər olmayıb. Xarici işlər naziri Cavad Zərif və keçmiş prezident Məhəmməd Xatəmi (hər biri) 45, Məhəmməd Baqir Qalibaf 41, Əli Laricani və Həsən Ruhani 26% səs toplayıb. Siyahının ən aşağı sıradakı Səid Cəlili və Məhəmmədrza Aref durur – 18 və 14%.

“Stasis”-in sorğusunda respondentlərin İran siyasətçilərinin ənənəvi olaraq “sərt” və ya “islahatçı” düşərgələrə bölünməsindən narazı olduğu aşkarlanıb. Sorğuda iştirak edən iranlıların yalnız 11 faizi hər bir cinaha dəstək verdiyini bəyan edib. İslahatçılara göstərilən dəstək 2016-cı illə müqayisədə 14% azalıb və 2%-dən az iranlı prinsipçi qrupu dəstəklədiyini söyləyib.

2020-ci ilin oktyabr ayında iştirakçıların yüzdə 30-u bu iki qrupdan hansını dəstəklədiklərini bilmədiklərini və ya cavab verməkdən imtina etdiklərini bildirib. 48% heç kimi dəstəkləmir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə