XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2015 - 12:38

“Həmin villalar göydən gəlib düşməyiblər ki?” – Deputat Eldar İbrahimov
Torpaqların qeyri-qanuni istifadə edilməsi və zəbt olunması, həmin torpaqlarda qanunsuz evlərin, villaların tikilməsi məsələsi millət vəkillərinin də müzakirə mövzusuna çevrilib.
Strateq.az Gün.az-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin mayın 25-də keçirilən iclasında torpaqların qanunsuz istifadə edilməsinə və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar məcəllələrinə nəzərdə tutulan dəyişikliklərlə əlaqədar qanun layihələrinin müzakirəsi zamanı geniş fikir mübadiləsi aparılıb.
MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ilk öncə bu məsələyə toxunaraq bildirib ki, sovetlər dövründə torpaqların zəbt olunmasına görə, ən azı 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulurdu. Onun sözlərinə görə, ancaq sonralar bu məsələlər bir qədər yumşaldıldı və bununla da qanunsuzluqlar, hərc-mərcliklər başlandı, cəzasızlıq mühiti yarandı, kim ürəyi nə istədi, onu da etdi. “Ona görə də indi qanunvericilikdə belə bir sərtləşdirilmənin nəzərdə tutulması çox vacibdir” – deyən komitə sədri xüsusilə, qanunsuzluqlara yol vermiş vəzifəli şəxslərlə bağlı sərtləşdirmənin tərəfdarı olduğunu bildirib: “Məsələn, Cinayət Məcəlləsinin 314-2-ci maddəsinə təkilif olunan dəyişiklikdə qeyd olunur ki, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqda qərar qəbul etmə 3 ildək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Ancaq mən hesab edirəm ki, qanunsuzluğa yol vermiş vəzifəli şəxslər daha çox müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdırlar. Axı, hamı bilir ki, vəzifəli şəxslərin icazəsi olmadan bu işlər görülə bilməz. Ona görə də onlarla bağlı qanunvericilikdə sərtləşdirilmənin tutulması çox vacib addımdır. Elə bir neçə gün öncə Binəqədi rayonunda baş vermiş dəhşətli yanğınla, faciə ilə bağlı çıxışında da dövlət başçısı bu məsələlərə, torpaqların zəbt olunmasına toxundu, çox yaxşı qeyd etdi ki, bu cür qanunsuzluğa yol vermiş adamlar, vəzifəli şəxslər cəzalandırılmalıdır”.
O, çıxışında hətta, “Dostluq Parkı” deyilən ərazidə qanunsuz şəkildə villaların tikilməsinə toxunaraq dedi ki, oradakı ərazini zəbt edən və qanunsuz villa tikənlərin kimliyi də bilinmir və bunlar aradan qaldlırımladır:
“Mən də cənab prezidentin dediklərinin tərəfdarıyam. Vəzifəli şəxsin icazəsi olmadan kim gedib torpaq zəbt edə, orada ev, villa tikə bilər? Ancaq cənab prezidentin də dediyi kimi, kimdən soruşursan, deyir mənimki deyil, mənim xəbərim yoxdur. Axı, necə xəbərin yoxdur, necə xəbərin olmaya bilər? Axı, əslində hamı bilir ki, o villalar, o qanunsuz, hasarlanmış torpaqlar kimindir. Həmin villalar göydən gəlib düşməyiblər ki? Həmin villaların kimlərə məxs olduğunu onların sahibləri də, elə o ətrafda yaşayan sadə insanlar da bilirlər. Amma onlar, qanunsuzluğa yol verənlər özlərini bilməməzliyə, görməməzliyə vururlar ki, bunların da qarşısı alınmalıdır”.
Adıçəkilən komitənin sədr müavini Eldar Quliyev “Torpaq islahatı haqqında” qabunu qəbulundan sonra ölkədə torpaqla bağlı 3 mülkiyyət formasının yarandığını, eyni zamanda, ötən illər ərzində torpaqların qeyri-qanun istifadəsi ilə bağlı xeyli problemlərin də ortaya çıxdığını dilə gətirib.
“Xüsusilə, Bakıda və Abşeronda torpaqların zəbt olunması hələ də davam etməkdədir. Biz hüquqi dövlətik, hüquqi dövlətdə də hər şey qanunlarla tənzimlənir. O, baxımdam qanunvericiliyə təklif olunan dəyişikliklər çox vacibdir. Hesab edirəm ki, ümumiyyətlə, torpaqların monitorinqi keçirilməlidir” – deyə, E.Quliyev əlavə edib.
Adıçəkilən komitənin üzvü, bəstəkar Novruz Aslanov daha çox “hasarlama siyasət”indən narazılıq edib:
“Hektarlarla torpaq satılır, hasarlanır, ancaq bunlar nə məqsədlə edilir, təyinatı üzrəmi istifadə olunur, bilinmir. ümumiyyətlə, bizdə hasarlama “xəstəli”yi var və ondan qurtulmaq lazımdır. Dünyanın heç bir yerində də “hasarlama siyasəti” yoxdur. Amma bizdə hara gediriksə görürürük ki, hər yer hasarlanıb. Kim torpaq alırsa və qanunsuz torpaq sahəsi zəbt edirsə, dərhal iki metr hündrülüyündə hasar çəkir. Bu nəyə lazımdır? Ona görə mən də belə hesab edirəm ki, qanunvericiliyə bu yöndə dəyişikliklərin edilməsi çox təqdirə layiq haldır”.
Deputat Tahir Süleymanov da təklif olunan dəyişikliklərin müsbət əhəmiyyət kəsb etdiyini, hətta, bu məsələdə gecikməyə yol verildiyini bildirib: “Gərək bu cür sərtləşdirmə çoxdan ediləydi. Ancaq indi də çox gec deyil və mən inanıram ki, bu dəyişikliklər, bu sərtləşdirmələr çox yaxın zamanlarda öz müsbət nəticəsini verəcək”.
Deputat Arif Əşrəfov öz növbəsində torpaqların təyinatının dəyişdirilməsinin yalnız Nazirlər Kabinetinin səlahiyyətinə aid olduğunu vurğulayıb: “Amma bu günə kimi Nazirlər Kabineti tərəfindən bir dəfə olsun belə, təyinat dəyişikliyi edilməyib. Bu işlərlə ancaq yerli icra hakimiyyətləri “məşğul” olur, onlar qanunsuz şəkildə dövlət mülkiyyətinə aid olan torpaqları satır, icarəyə verirlər. Ona görə qanunvericilikdə bu cür sərtləşdirilmənin nəzərdə tutulması çox əhəmiyyətlidir. Deputat həmkarım Eldar Quliyevin də təklifini dəstəkləyirəm ki, torpaqların monitorinqi aparılmalıdır”.
Strateq.az