XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 00:09

ABŞ PAYTAXTINDA BÖYÜK GƏRGİNLİK –Trampın Vaşinqtonu qarışdırmaması üçün Milli Qvardiya hərəkətə gətirilib

Birləşmiş Ştatların paytaxtında prezident Donald Trampın tərəfdarlarının çərşənbə günü Co Baydenin seçkilərdəki qələbəsini təsdiqləmək üçün gözlənilən Konqres səsverməsi ilə əlaqədar planlaşdırılan etiraz nümayişləri öncəsi mümkün zorakılığa hazırlıq olaraq Milli Qvardiya səfərbər edilib.

Tramp tərəfdarları prezidentin geniş seçki saxtakarlığı ilə bağlı sübut olunmamış iddialarını dəstəkləmək üçün çərşənbə axşamı və çərşənbə günü yürüş keçirməyi planlaşdırır.

“Silahlı şəkildə şəhərimizə gəlmək niyyətində olan insanlar var” – deyə, paytaxt Vaşinqtonun Polis idarəsinin başçısı vəzifəsini icra edən Robert Konti bazar ertəsi qeyd edib.

Dekabrda Tramp tərəfdarlarının keçirdiyi yürüş “Proud Boys” fraksiyasına məxsus qara və sarı rəngli geyimdə olan yüzlərlə Tramp tərəfdarının onları Ağ Evin yaxınlığındakı “Black Lives Matter Plaza”-dan uzaqlaşdırmağa çalışan bir qrup yerli aktivistlə qarşıdurma nəticəsində zorakılıqla sona çatmışdı.

Paytaxt Polis İdarəsinin əməkdaşları bazar ertəsi “Proud Boys”un lideri, 36 yaşlı Henri “Enrike” Tarrionu bu həftə – etirazlardan əvvəl Vaşinqtona gəldikdən sonra həbs ediblər.

Tarrio dekabrda etirazlar zamanı Vaşinqtonun mərkəzində afroamerikalıların tarixi kilsəsinin üzərindəki “Qaraların həyatı mühümdür” bannerini yandırmaqda günahlandırılıb.

Polis Tarrionun əmlaka zərərə görə həbsinə dair göstəriş verildiyini bildirib. Polis sözçüsü, həbs olunarkən üzərində iki yüksək tutumlu odlu silah darağı ilə aşkar edildikdən sonra onun silah daşıma ittihamı ilə üzləşdiyini açıqlayıb.

Tramp bu həftə etiraz aksiyalarına dəstək verib və şəxsən iştirak edə biləcəyinə işarə edib. “Mən orada olacağam. Tarixi gün!” – Tramp həftəsonu yürüşə təşviq edərək, “Twitter” səhifəsində yazıb.

Paytaxt Vaşinqtonun mərkəzindəki müəssisələrin pəncərələri qapandığı vaxt şəhərin meri Muriel Bouser Polis İdarəsinin gücləndirilməsi məqsədilə Milli Qvardiyanın məhdud sayda üzvünün yerləşdirilməsi haqda müraciət edib. Bazar ertəsi günü təşkil etdiyi mətbuat konfransında Bovser yerli sakinlərdən mərkəzdən uzaq durmağı və “münaqişə axtaran” hər kəslə qarşıdurmadan çəkinmələrini istəyib. Lakin o qeyd edib ki, “insanların şiddətə təhrik etməsinə, sakinlərimizi qorxutmasına və ya şəhərimizdə dağıntılara səbəb olmasına imkan verməyəcəyik.”

Müdafiə Nazirliyinin adının açıqlanmaması şərti ilə məlumat verən rəsmisi paytaxt Vaşinqtonun Milli Qvardiyasının 340 üzvünün aktivləşdiriləcəyini, onlardan təxminən 115 nəfərin hər zaman küçədə keşik çəkəcəyini bildirib. Sözügedən rəsmi şəxs mühafizəçilərdən şəhər ətrafında nəqliyyata nəzarət nöqtələri qurmaq və şəhərin bütün metro dayanacaqlarında polislərlə birlikdə nəzarət etmək üçüçn istifadə ediləcəyini bildirib.

Vaşinqtonun Polis idarəsinin başçısı vəzifəsini icra edən Robert Konti Qvardiya üzvlərindən izdihamı idarə etmək üçün də istifadə ediləcəyini açıqlayıb./ Amerikaninsesi.org




Yuxarı Əvvələ Ana Səhifə