XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 09:00

KONQRESDƏ ATIŞMA: iclas dayandırıldı, 4 nəfər öldürüldü –Milli Qvardiyanın hərbçiləri hərəkətə keçdi + VİDEO/FOTO

ABŞ Senatının ardınca Nümayəndələr Palatası da Konqresin binasının daxilində baş verən etirazlara görə iclasını yarımçıq kəsib.

Bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti özünün tvitterdəki hesabında bildirib.

Qeyd edilir ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də daxil olmaqla, Konqres üzvləri binadan təxliyyə ediliblər. Daha əvvəl Senatın da iclası yarımçıq kəsilib.

Müxtəlif nəşrlərin jurnalistləri hadisə yerindən bildirib ki, etirazçılar zorla iclasın getdiyi zala girməyə çalışırlar.

Yerli radionun verdiyi məlumata görə, silahlı Kapitoli polisi etirazçılardan Konqresin binasını tərk etməyi tələb edib.

PBS telekanalı isə mənbəyə istinadən Konqres binasında atışmanın baş verdiyi bildirib. Qeyd edilir ki, etirazçılardan biri odlu silahdan açılan atəşlə sinəsindən yaralanıb. Yaralanan şəxs qadındır.

Öz növbəsində Vaşinqton meri Myuriel Bouzer vəziyyətə nəzarət etmək üçün Milli Qvardiya bölmələrini Konqresə göndərməyi xahiş edib.

NBC telekanalı isə bildirib ki, Nensi Pelosi də analoji müraciətlə çıxış edib.

Məlumata görə, Konqresin binası qarşısında prezident seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla baş verən toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb/Report.

Son məlumata görə, Vaşinqtona Milli Qvardiyanın hərbçiləri göndərilib.

Bu barədə ştatın qubernatoruna istinadən “Reuters” bildirib.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp da etirazçıların zorla daxil olduqları Konqresə Milli Qvardiyanın hərbi qulluqçularını göndərmək barədə göstəriş verib.

O, etrirazçılardan sakitləşməyi xahiş edib: “Hər kəsdən xahiş edirəm ki, sülhə riayət edək. Zorakılığı dayandıraq!”.

***

ABŞ-ın paytaxtı Vaşinqtonun hakimiyyət orqanları şəhərdə baş verən qarışıqlıqlar zamanı ümumilikdə 4 nəfərin öldürüldüyünü təsdiqləyiblər.

Bu barədə Vaşinqton polisinin rəhbəri Robert Konti keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, bir qadın Kapitolinin binasında baş verən atışma zamanı odlu silahdan aldığı xəsarətdən ölüb. Bununla yanaşı, qarışıqlıqlar zamanı daha 3 nəfər həlak olub. Lakin polis rəsmisi həmin şəxslərin hansı şəraitdə öldürüldüklərini dəqiqləşdirməyib.

Xatırladaq ki, Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb. Toqquşmalar zamanı həmçinin odlu silahdan da atəş açılıb. Lakin atəşlərin kimlər tərəfindən açıldığı hələ məlum deyil/Report.




Yuxarı Əvvələ Ana Səhifə