XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2021 - 14:44

MOSKVADA KEÇİRİLƏCƏK MÜHÜM QARABAĞ GÖRÜŞÜ:Putin Əliyevlə Paşinyanı yenidən bir araya gətirir

Yanvarın 11-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş olacaq. Üçtərəfli danışıqlar zamanı Qarabağdakı nizamlanmanın gedişatı nəzərdən keçiriləcək.

Bu barədə Rusiya prezidentinin rəsmi internet saytı olan “Kreml.ru” məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər 10 noyabr üçtərəfli bəyanatının icra edilməsinin gedişatını, bölgədəki problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımları müzakirə etməyi planlaşdırırlar.

“Döyüş əməliyyatlarına məruz qalan bölgələrin sakinlərinə yardım göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək,” – məlumatda deyilir.

Bundan əlavə, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşü də nəzərdə tutulub.