Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası çağırılıb.
Prezidentin məbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, iclasın işi haqqında məlumat əlavə olaraq veriləcək.
Strateq.az bildirir ki, Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılıb. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. Fərmana əsasən, Şuranın tərkibinə aşağıdakı vəzifəli şəxslər daxil edilib:
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.
"Azərtac" yaydığı fotolordan isə aydın olur ki, Təhlükəsizlik Şurasının iclasına Prezident aşağıdakı şəxsləri toplayıb:
1. Baş nazir – Artur Rəsizadə
2. Milli Məclis sədri – Oqtay Əsədov
3. Prezident Administrasiyasının rəhbəri – Ramiz Mehdiyev
4. Müdafiə naziri – Zakir Həsənov
5. Daxili İşlər naziri – Ramil Usubov
6. Xarici işlər naziri – Elmar Məmmədyarov
7. Baş prokuror – Zakir Qaralov
8. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi – Mədət Quliyev
9. Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sultanov
10. Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin Quliyev
11. Prezidentin hərbi məsələlər üzrə müşaviri – Vahid Əliyev
12. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi – Vaqif Axundov
13. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin I müavini – Bəylər Əyyubov