XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Aprel 2016 - 14:49

“Düşmənə sarsıdıcı zərbələr vuruldu, boyük hərbi qələbə qazandıq…” –Prezident xəbərdarlıq etdi, nazirlərə xüsusi tapşırıq verdi (VİDEO)

ilham-yumruq

"Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib”.

Bunu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

Dövlət başçısı deyib ki, təmas xəttində yerləşən mövqelərimizə hücum olub, yaxınlıqdakı yaşayış məntəqələri atəşə tutulub: "Bu silahlı təxribat nəticəsində itkilərimiz olub, hərbçilərimiz və mülki şəxslərimiz həlak olub”.

Prezident həlak olanların qohumlarına səbr arzulayıb, yaralananlara şəfa diləyib: "Nazirlər Kabinetinə həlak olanların ailələrinə maddi yardımlar göstərmək üçün təkliflər hazırlamağı tapşırıram, Müdafiə Nazirliyi isə döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş hərbçiləri təltif etmək üçün mənə təkliflər təqdim etsin”.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın bu cür təxribatlara əl atması ilk dəfə deyil: "Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində Qazax istiqamətində oxşar təxribat törədilib. Mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkib və bu hücum nəticəsində 2 hərbçimiz həlak olmuşdu. Düşmənə layiqli cavab verilib, düşmən yerinə oturdulub”.