XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 00:11

ABŞ-ın ÇİN və RUSİYA İLƏ SAVAŞI BAYDEN DÖVRÜNDƏ DƏ DAVAM EDƏCƏK:"Dərin dövlət" öz içindəki qlobal yəhudi mafiyasından qurtula bilmir

Ərgün Dilər

“Takvim”, Türkiyə, 21 yanvar 2021-ci il

 

Təkrar edərək, xatırladaraq başlamaq istəyirəm. “2016-cı ildəki ABŞ prezident seçkilərinə Rusiya müdaxilə etdi” iddiası tam olaraq anlaşılmayan bir mövzudur. Neçə vaxtdır “Rusiya kartı”nı anlatmaq üçün çabalayıram. Nəticədə, bu, yalnız Vaşinqtonla Moskva arasında olan bir gərginlik deyil. Bizi də içinə alan və təzyiq görməyimizə səbəb olan bir mübarizədir. Dünən də, bu gün də, Bayden dövrü başladıqdan sonra da hər hadisənin altından bir “rus vurğusu” çıxacaq. Baydenin Xarici işlər naziri vəzifəsinə gətirmək istədiyi şəxs olan Entoni Blinken Türkiyə üçün “sözdə strateji ortaq” ifadəsi işlətdi.

Blinken “Strateji, yəni, sözdə strateji bir ortağımızın ən böyük strateji rəqiblərimizdən biri olan Rusiya ilə eyni cizgidə olması qəbul edilə bilməz” dedi. Türkiyə Rusiyadan S-400 Raket Hücumundan Müdafiə (RHM) sistemi aldığı üçün ABŞ-ın hədəfi olub. ABŞ-ın Düşmənləriylə Sanksiyalar Yoluyla Mübarizə Qanunu (CAATSA) ilə baş-başa qalıb. Bu həmlə Tramp dövründə edilsə də, Blinken daha da sərtləşdirdi: “Mövcud sanksiyaların yaratdığı təsirə baxıb, nəticəsini görməliyik. Sonra da daha da artığına ehtiyac olub-olmadığına qərar verərik…”

Geri çəkilib baxdığınız zaman, ortaya bu tablo çıxırdı: həm seçkiləri uduzan ABŞ Prezidenti Tramp, həm də Türkiyə Rusiya ilə bir mövqe tutduğu üçün hədəfə qoyulmaqda idi.

Tramp vəzifəsinin icrasına başlamadan öncə start verilən “Rusiya seçkilərə hiylə qarışdırdı” iddiası, düz, 2 il sürdü. Prokuror Robert Müller 448 səhifəlik hesabat hazırladı. Hamısı bazarlıq üçün istifadə edildi. Respublikaçılar o dövrdə Trampı “xərcləmədilər”. Ancaq Konqresə basqın (məncə, “Dərin dövlət” əməliyyatı) Prezident Trampı yalnız buraxdı. Məqsəd də bu idi. Və bu hadisə qarşı tərəfin əlinə onun haqqındakı dosyelərin açılması üçün çox önəmli bir kozır verdi. Xəbərdarlıq edilməsinə rəğmən, dünənədək Trampın yanında duran silah lobbisinin önəmli adamı senator Mitç MakKonnell, Konqresə basqında Trampı ittiham edərək, “Quldur dəstələri yalanlarla bəsləndi. Prezident və başqa güclü insanlar tərəfindən təhrik edildilər” dedi.

Güclü insanlar” və “quldur dəstələri” ifadələri işlədən ABŞ Senatındakı respublikaçı çoxluğun lideri olan Mitç MakKonnell, tam olaraq Baydenlə eyni cizgidə idi. Deməli, içəridə, ABŞ-ın lap zirvəsində Trampa, kürəkəni Kuşnerə və onlarla birlikdə yürüyən şəxslərə qarşı, “gücləri çatarsa”, əməliyyat keçiriləcəkdi. Verilən mesajın anlamı bu idi. Tramp da, yanındakı şəxslər də, yəni Pol Manafortdan tutmuş Cared Kuşnerədək hər kəs eyni səbətə doldurulacaqdı. Üzvü, ya da əməkdaşlıq içində olduqları Xüsusi Yəhudi Cəmiyyəti ilə hesablaşmaq istəyəcəklərdi. 1775-ci ildən bəri çox aktiv və güclü olan bu qurumla bilək güləşi başlamış və savaşa çevrilmişdi. Tramp da, kürəkəni də, ətrafındakılar da,  bir qayda olaraq, bu qurumun anlayışı doğrultusunda yürüyürdü. Yəni, Kuşner Orta Şərqi, dünyanı öz ağlı ilə şəkilləndirmirdi. Doğrusu, bu, heç mümkün də deyildi.

Gəlin, bir az da detal verək. Koronavirusdan girək, “Kodak”-dan çıxaq, 5G ilə nöqtəni qoyaq.

Yoluxucu xəstəlik başladıqdan və ABŞ-ı sardıqdan sonra Prezident Tramp çıxıb açıqlama verdi: “Malyariya dərmanı hidroksixloroxin virusa qarşı işə yarayır. Hər kəs bundan istifadə edə bilər. Həkimlər də bundan rahatlıqla istifadə edə bilər. Nə itirəcəklər ki? Yetərincə, hətta artıqlaması ilə ehtiyatımız var…”

Kənardan baxınca, bu, xoşniyyətli bir çıxış və həll axtarışı kimi baxıla biləcək bir addımdır. Ancaq həqiqət elə deyildi.

Dövrlə ayaqlaşa bilməyən “Kodak” iflasın astanasına gəlmişdi. Kürəkən Kuşner, universitetdən otaq yoldaşı olan Adam Bolerə qapı araladı və onu Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (International Development Finance Corporation) rəhbərliyinə gətirdi. Artıq həm Fələstin məsələsi, həm hidroksixloroxin, həm də 5G üçün pul var idi. 765 milyon dollar “Kodak”-a verildi. Məqsəd Trampın “İstifadə edin!” deyərək, qapı araladığı hidroksixloroxinin istehsal edilməsi idi. “Blackstone” kimi bir nəhəng 2 dollardan hissələrini satır, Karfankel də toplayırdı. Şirkətin dəyəri 92 milyondan 1,5 milyard dollara sıçradı. Ortada olan pul böyük həcmdə idi.

Corc Karfankel də 60 dollara çıxan hissələrdən qazandığının bir bölümünü “Chemdas Yisroel” adlı fonda verdi. İanə kimi verdiyi pulun həcmi 180 milyon dollar idi. Əməliyyat başlayan zaman 2,13 dollar olan hissələr sıçrayaraq 9,63 dollara çıxdı. Ardınca 11,80 oldu. Sonra geriləyərək 7,94 dollara düşdü. Birdən 18,43 dollara yüksəldi. Hər kəs “Nə baş verir?” deyərkən, 60 dollara dayandı.

Bu əməliyyata ilk qarşı çıxan və təhqiqat aparılmasını istəyən Elizabet Uorren oldu. Ancaq Karfankel və həyat yoldaşı Rene əldə etdikləri pulla ianə də verərək yürüyürdü. Yaxşı, bəs, arxada kimlər var idi? Əlbəttə, Kuşnerin ən yaxın dostu Adam Boler. Ağıl verən o idi. Onun imzası Orta Şərqə, şeyxlərə göndərilən pullarda olduğu kimi, burada da var idi.

İş yalnız bunlarla bitirdimi? Məncə, işin düyün nöqtəsi bambaşqa yerdə, bambaşqa bir ortaqlıqda idi. Doğrusu, təkcə bu addım belə, dünyadakı gərginliyi, düşərgələrə bölünməni və qlobal oyunu anlatmağa yetirdi…

ABŞ və Prezident Tramp Çinlə mübarizə aparırdı. İlk baxışda hər şey normal görünürdü. Hətta Trampın bəzən sərt mövqe nümayiş etdirməsi belə, işə yarayırdı. Ancaq ABŞ-da hər kəs bu görüşdə deyildi. Kürəkən Kuşnerin yaxın dostu Adam Borel isə Fələstin məsələsi üçün pul yağdırmaqla kifayətlənmirdi. Əgər Bayden razılıq verərsə, 2 milyard dollar da İndoneziyaya göndəriləcək. Çünki imza qoyulmuşdu, razılıq verilməsi gözlənilirdi.

Ancaq çox önəmli bir nöqtə vardı. Virusa qarşı hidroksixloroxin istehsal etməyə başlayan və 765 milyon dolları 2012-ci ildən komada olan “Kodak”-a axıdan Boler, əsas pulu ən böyük rəqibi Çinə verirdi. Ekvadorda 5G-nin infrastrukturunu inşa etməsi üçün Çinə 3,5 milyard dollar yollayırdı. Hətta ardı da var. Ekvador və bəzi digər yerlər üçün verəcəyi pulun cəmi 60 milyard dollara çatırdı.

Virus, pandemiya, xəstəliklər, can verənlər, ölümdən dönənlər, bir də “Çin virusu” termini unudulmamalıdır. Davam edək…

Çinlə savaşırdılar. Ancaq qəribədir ki, Çinə həm texnologiya, həm də pul gedirdi… Çox adam bunu görmür, bilmir və duymurdu. Bax, elə Baydenin gəlməsi, Konqresə basqın edilməsi və gərginliyin artmasının altında yatan səbəb arxada gedən bu mübarizə idi. Əgər Co Bayden güclü çıxarsa və yoluna davam edərsə, Rusiya üzərindən başladılan ruzigar sərt əsəcəkdir.

ABŞ öz içində onun qaynaqlarından istifadə edərək qlobal oyun quran bir yəhudi cəmiyyəti istəmirdi. Ancaq rəqib də çox güclü idi. ABŞ Çinlə mübarizə edərkən onun  qaynaqlarını Çinə axıda biləcək qədər güclü olan bir struktur var idi. Harada? ABŞ-ın içində! Tramp da, Kuşner də, Uilbur Ross da, demək olar ki, Ağ Evə yaxınlaşan hər kəs bu strukturun gücü ilə hərəkət edirdi.

İndi nə olacaq? Bilmirəm. Ancaq hadisələrə bu prizmadan baxarsınızsa, hər yerdə baş verənləri anlaya bilərsiniz. Mənim işim gedən mübarizə haqqında yazmaq, məsələni buraya çıxarmaqdır. Görmədiklərinizi sizə çatdırmaqdır. Gerisi mənim biləcəyim iş deyil. Bundan əmin ola bilərsiniz ki, Rusiya ilə qarşı-qarşıya gəlmə halı davam edəcəkdir. Bayden gələr-gəlməz, “Putin parkinson xəstəsidir. Yaxında vəzifəsini buraxacaq” iddiası ortaya atıldı. Yəni, bu, boşuna deyil. Hamısını bir araya gətirərək düşünün. Deyəsən, mübarizə yeni bir mərhələyə daxil oldu. Elə görünməkdədir.