Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib.
Strateq.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib: "Düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib".
Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq.