XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 12:33

Ankaranın ABŞ-da yeni diplomatı:ƏRDOĞAN NİYƏ MƏHZ SİYASİ FUNKSİONERİ SƏFİR GÖNDƏRİR?

Amberin Zaman

“Əl-Monitor”, 28.01.2021

 

Hər şey plana uyğun gedərsə, tezliklə Türkiyənin Vaşinqtonda yeni səfiri olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AKP) qurucu üzvü Həsən Murat Mercan türk diplomatiyasında ən çox gözə çarpan vəzifəni tutan ilk siyasi funksioner  olmağa hazırdır.

Mercanın Vaşinqtona təyin olunması böyük bir sürpriz olub. Ankara ilə münasibətlər bir sıra problem baxımından ən aşağı səviyyədədir. Ancaq onlardan heç biri Türkiyənin “S-400” raketləri alması qədər ciddi deyil. Türkiyə 5-ci nəsil “F-35” döyüş təyyarələrini istehsal etmək üçün yaradılan konsorsiumdan çıxarılıb. Əvvəlki ABŞ rəhbərliyi tərəfindən dövlət müdafiə tədarükü agentliyinə sanksiyalar tətbiq olunub. Buna görə də, Türkiyənin 2014-cü ildən bəri Vaşinqtonda olan səfiri Serdar Kılıçın yerinə təcrübəli bir diplomatı göndərəcəyi gözlənilirdi.

Türkiyənin Londondakı səfiri Ümit Yalçın Mercanla birlikdə qısa siyahıda namizədlərdən biri idi. Xarici işlər naziri Mevlut Çavuşoğluna yaxın mənbələr bunu “əl-Monitor” açıqlamasında təsdiqləyib. Ancaq son söz, həmişəki kimi, Ərdoğanındır.

Bəs niyə məhz Mercan? Mercan real olaraq nəyə nail ola bilər?

Sadə məntiq budur ki, Ərdoğan öz dünyagörüşünü bölüşən, eyni zamanda, ABŞ və xarici əlaqələr təcrübəsi olan həmfikir bir şəxsə tamamilə etibar edir. Üstəlik, türk liderinə birbaşa çıxış siyasi funksionerə əlavə çəki verə bilər.

Yaxın Şərq İnstitutunun Türkiyə proqramının direktoru Könül Tol Mercanın təsadüfən seçilmədiyinə inanır: “Problemlər yeni səfir tərəfindən həll edilə bilməyəcək qədər dərindir, xüsusən də Türkiyə mövcud siyasətində “S-400”-lə bağlı əlavə hərəkət edərsə. İkincisi, Ərdoğan “ilk dəfə bir siyasi funksioneri göndərirəm və gəlin, Donald Tramp ilə olduğu kimi, şəxsi əlaqələri qoruyaq” deyir, amma bu, nəticə verməyəcək. Bayden administrasiyası təsisatları qiymətləndirir və qurumların etibarlılığını bərpa edəcəyinə söz verib”.

Türkiyə üzrə aparıcı mütəxəssisi və Amerika Tərəqqi Mərkəzinin baş elmi işçisi Alan Makovski də eyni fikirdədir: “Mercanın vəzifəsi çox böyükdür. Vaşinqtonda Konqres və indi də yeni administrasiya ikitərəfli münasibətlərin ilişib qaldığını və Türkiyənin “S-400”-lərdən ayrılmayacağı təqdirdə, əlaqələrin daha da pisləşəcəyini düşünür”.

Ancaq Makovski Mercanın Ərdoğan üçün faydalı olacağı fikrindədir: “Əgər birbaşa Ərdoğana çıxışı olduğu düşünülsə və xüsusən də, qərarlara təsir göstərə bilsə, onun siyasi funksioner statusuna üstünlük kimi baxılacaq”.

Mercanın adı əslində, uzun müddətdir keçmiş Türkiyə prezidenti və Ərdoğanın AKP-dəki əsas rəqibi Abdullah Gül ilə əlaqələndirilir, odur ki, bir çoxları üçün Ərdoğanın onu Vaşinqtona göndərməsi təəccüblə qarşılanır. Qəhrəmanı Necip Fazil Kisarkürek olan Ərdoğandan fərqli olaraq, Mercanın fikirləri qeyri-radikal və daha çox intellektual olmasına baxmayaraq, son dərəcə nüfuzlu islamçı şair Sezai Karakocun fikirlərinə daha çox yaxındır.

Mercan, Gül və Ərdoğan keçmiş Rifah Partiyasında təmsil olunublar. Ərdoğan 1993-cü ildə İstanbulun ilk islamçı bələdiyyə başçısı olduqdan sonra Mercan onunla birlikdə çalışıb. 1990-cı illərin ortalarında Mercan o zaman Rifah Partiyasının millət vəkili olan Gülü xarici, o cümlədən ABŞ-a səfərdə müşayiət edib.

Türkiyənin dünyəviçiləri ilə islamçıları arasındakı gərginlik 1996-cı ildə, “Rifah” koalisiyada hakimiyyəti ələ alanda, ABŞ-a keçib. Güllə Mercanın vəzifəsi Bill Klinton rəhbərliyini və Konqresi Rifahın nə ABŞ-a, nə də İsrailə düşmən olduğuna inandırmaq idi. Türkiyənin o zamankı Baş Qrargah rəisinin müavini Çevik Bir, əksini isbatlamağa çalışırdı.

1997-ci ilin fevralında “Rifah” generalların “postmodern çevriliş”i ilə iqtidardan kənarlaşdırılıb.

AKP-ni Qərb dostu kimi təqdim etmə ehtiyacı indi də qalmaqdadır. 2002-ci ildə hakimiyyətə gələndə, Mercan AKP-ni İslamçı kimi qələmə verən xarici jurnalistləri danlayıb: “Biz mühafizəkar demokratlarıq – Almaniyadakı xristian demokratlar kimi, islamçılar deyilik”.

Könül Tol bildirib: “Əvvəlki səfir Kılıç dəhşətli adam idi. Yalnız AKP xəttini təkrarlayır və SETA kimi məkanlarda çıxış edirdi. Ankara daha tərəfsiz səfirdən istifadə edə bilər. Murat Mercan fərqli bir şəxsiyyətdir və fərqli bir yanaşma sahibi olacaq”.

Yunanıstanın Avropa və Xarici Siyasət Fondunun baş elmi işçisi Nikolas Danfortun fikrincə, “Ankaranın Vaşinqtonu az qala düşmənləşdirmək istədiyi bir dövrdən sonra daha diplomatik yanaşma, ABŞ-Türkiyə münasibətlərini bərpa etmək üçün yetərli olmasa da, yaxşı bir işarədir.

62 yaşlı Mercan parlamentin xarici əlaqələr komissiyasının sədri, 2012-ci ildə enerji nazirinin müavini olub. 2014-cü ildə Ərdoğan prezident seçiləndə işdən çıxıb, Tokioda səfir olub.

Mercanın bir qızı və oğlu var, onlar Amerika vətəndaşıdır. Murad Mercanın özü Florida, arvadı İnci 1980-ci illərin ortalarında Klevelend Universitetində magistr dərəcəsi alıb. Ərinin səfir olduğu təqdirdə, o, Vaşinqtonda hicablı ilk türk səfiri arvadı olacaq.

Tərcümə: Strateq.az