XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 04:36

İRAN PAYTAXTINDA BÖYÜK HƏYƏCAN:Türkiyədən Tehrana uçan təyyarə Bakıya məcburi eniş etdi

İstanbul-Tehran hava marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi qəfildən istiqamətini dəyişərək, Bakıya enib.

Strateq.az xəbər verir ki, bu barədə İran və Türkiyə mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, “Turkish Airlines”ə məxsus təyyarə yerli vaxtla saat 00:05-də (Bakı vaxtı ilə saat 00:35-də) Tehranda eniş etməliymiş.

Tehranın hava hücumundan müdafiə sistemlərinin xəbərdarlıq siqnallarının işə düşməsi isə İranda böyük narahatlıq yaradıb və sosial şəbəkələrdə paytaxt Tehranda verilən həyəcan siqnalınının necə eşidilməsiylə bağlı kadrlar yayılıb.

Məlumata görə, həyəcan siqnalları şəhərin qərb hissəsində verilib.

İmam Xomeyni adına hava limanının mətbuat xidməti isə açıqlama yayaraq, təyyarənin Bakıya enişini Tehrandakı “pis hava şəraiti ilə” izah edib: “Pis hava şəraiti ilə əlaqədar olaraq “Türk Hava Yolları” şirkətinə məxsus təyyarənin pilotu təyinat yerini Bakıya dəyişib. Təyyarə hava şəraiti sakitləşdikdən sonra Tehrana qayıdacaq”.

Qeyd edək ki, həyəcan siqnalının İranda belə bir gərginlik yaratması isə təsadüfi deyil.

Bir müddət əvvəl İsrail açıq şəkildə bildirib ki, əgər ABŞ  İrana qarşı tətbiq olunan sanksiyaları yumşaltsa və yəhudi dövlətinin “müasir tarixin ən böyük aldatması” adlandırdığı nüvə sazişinə qayıtmağa razı olarsa, İrana hücum edəcək.