XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2015 - 09:42

Raciv Qandi: döyüşçü xarakterli baş nazir – Siyasi portret

Hindistan özünü bölgənin sahibi və idarəçisi sayır

ölkənin tarixində ən gənc baş nazir xarici siyasətə Hindistanın qonşu ölkələrlə dostluğunu prioritet seçməklə başladı. Raciv 1985-ci ildə Moskva və Vaşinqtona ilk səfərləri zamanı bildirdi ki, Hindistan bölgədə ümumi sülh mühiti və əməkdaşlığı yaxşılaşdırmaq üçün qonşularla danışıqlara başlayıb. Həmçinin ABŞ Konqresinədki çıxışında yaradılmış Güney Asiya ölkələrinin bölgəsəl əməkdaşlıq Assosiasiyasının ümumi konturlarını təsvir etdi və bildirdi ki, GABİƏA (o zaman Güney Asiya bölgəsəl iqtisadi əməkdaşlıq Assosiasiyası) 1985-ci ildə yaradılacaq.

Raciv dünya miqyasında nüvə tərk-silahının ən qızğın tərəfdarı kimi çıxış edirdi. O, 1988-ci ilin iyununda məşhur nüvə tərk-silahı üzrə Fəaliyyət Planını Birləşmiş Millətlər Təşkilatına təqdim etdi. Bundan qabaq (nüvə silahından azad və qeyri-zorakı dünyanın prinsipləri haqqında) sovet lideri Mixail Qorbaçovla Dehli bəyannaməsini imzalmaqla və “altı ölkə, altı qitə” təşəbbüsü ilə çıxış edib bu ideyaları fəal şəkildə irəli sürürdü.

Hakimiyyətinin ilk ilində baş çəkdiyi ən önəmli dünya paytaxtları Moskva və Vaşinqton oldu, lakin Pakistana və vəzifədə olduğu son ildə çinə səfəri dünya ictimayyətinin diqqətini daha çox çəkdi.

Cavahirləl Nehrudan sonra Raciv otuzillik fasilədən sonra Pakistan və çinə səfər edən ilk baş nazir idi. Vəzifə müddətinin sonuna doğru 60-an çox xarici səfərə çıxdı. O, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü daxil olmaqla bütün başlıca dövlətlərdən əlavə, Maldiv, Mavriki və Myanma daxil olmaqla bütün qonşu ölkələrə səfər etdi. Qandinin bioqraflarından biri Nikolas Nugenti deyir: “Raciv bölgə polisi rolunu öz üzərinə götürmək və ən önəmlisi, başqalarına bu rola iddialı olmaq imkanı verməmək üçün Hindistanı yetərincə güclü görmək istəyən ilk baş nazir deyildi. Bununla belə, onun üç balaca qonşuya qarşı siyasi kursu xaric siyasi məqsədlərə yetmək üçün Hindistanın hərbi gücündən istifadə etməyə daha çox meylli olmasından xəbər verirdi. O, bir tərəfdən bölgəsəl əməkdaşlığın eksponenti idi ki, bu da GABİƏA-da öz əksini tapırdı. Digər tərəfdən, Hindistanın özünü bölgənin sahibi və idarəçisi saymasında qonşu ölkələrdən heç birinin şübhəsi olmasın deyə, əlindən gələni edirdi. Hindistanda “Raciv Qandi doktrinası” haqda söhbət dolaşır. O, eyni zamanda xarici səfərlərdə sülh və tərk-silah ideyalarını rəhbər tutur, ölkəsində isə Hindistanın silahlı qüvvələrinin tarixdəki ən irimiqyaslı silahlanmasına başçılıq edirdi”.

Hindistanda silahlanmanın inkişafı, əslində, 1963-cü ildən başlasa da, Raciv hakimiyyət sükanını ələ alan kimi, bu prosesə yeni təkan verdi. Müdafiə xərcləri beş il ərzində ikiqat artdı və onun baş nazirliyinin son iki ilində artıq bütün dövlət məsrəflərinin, demək olar, 20%-i təşkil etdi. Silahlı qüvvələrin modernləşdiriliməsi İsveçdən haubitsaların (bunlar Karqildə əməliyyatın gedişində özünü yaxşı göstərdi), Böyük Britaniyadan təyyarədaşıyan “Virat”gəmisi, Avropanın “Bəbir” və Rusiyanın “Miq-27”-lərindən savayı, Fransadan “İlğım-2000” qırıcılarının alınmasını ehtiva edirdi. Rusiyadan lizinqə götürülmüş “çakra” sualtı qayığı atom sualtı qayığı olan Hindistanı ilk qeyri-nüvə dövlətinə çevirdi. Beləliklə, Hindistanın HDQ ölkə sahillərindən yüz millərlə uzaqda dünya okeanının ənginliklərində hərəkət etmək imkanı əldə etdi.

Raciv Qandinin baş nazirliyi dövründə Hindistanın ümumi sayı 99 vahid olan HDQ iki təyyarədaşıyan, 12 sualtı qayıq, 21 keşikçi gəmi və 5 esminesdən ibarət idi. Bu, dənizdən istənilən hücumu dəf etməyə kifayət idi. Raciv Qandi yirdi: “Hindistanın müdafiəsini təmin etmək üçün Hindistana gələn dəniz yollarına tam şəkildə nəzarət etməliyik”.

Hindistan ən böyük silah idxalatçısı olaraq qalsa da, Qandi hökuməti müdafiə istehsalı proqramları və istehsalatın lokallaşmasına güclü təkan verdi. 1988-1989-cu illərdə yer-hava sinifli “Trişul” və yer-yer sinifli “Prithvi” raketləri uğurla sınaqdan keçirildi və silahlanmaya qəbul edildi. Bir neçə aydan sonra 1500 mil mənzillik ballistik “Aqni” raketi uğurla sınaqdan keçirildi və Hindistan Rusiya, ABŞ, Fransa, çin və İsraillə bərabər “raket istehsalçısı ölkələrin klubu”na daxil oldu.

Racivin dövlətçilik yanaşmasının təməlində, əslində, görkəmli anası və sələfi, əzmkar iradəsi və siyasi liderliyi 1971-ci ildə Hindistan silahının ölkəyə ən böyük qələbəsini təmin etmiş İndira Qandinin sarsılmaz cəhdi dururdu.

Racivin ölkənin müdafiə qabiliyyətinə verdiyi təkanı həm Vacpainin, həm də Manhon Sinqhin hökuməti davam etdirdi. Bədxahların ədalətsizcəsinə zəif müdafiə naziri kimi qiymətləndirdiyi Entoni də son onillik ərzində Qandinin başladığı hərbi qüdrətin artırılması və silahların modernləşdirilməsi prosesinin fəal şəkildə inkişaf etməsi üçün əlindən gələni etdi.

“Aqni-5” raketi, əsas döyüş tankı “Arcun”, “Herkules” C-130J hərbi nəqliyyat təyyarəsi, qayığa qarşı P-81 təyyarəsi, “Vikramaditya” və “Arihant” təyyarədaşıyanları – bunlar Hindistanın “Raciv doktrinası”na necə əməl etdiyinin yalnız cüzi nümunələridir.

Yeni müdafiə naziri Manohar Parrikar verilmiş tempi siyasi müdrikliklə saxlayır. Onun dövründə müdafiə sahəsində bir sıra mühüm sazişlər imzalanıb. Lakin Raciv Qandinin strateji görüşlərini həyata keçirtmək üçün hələ uzun yol keçməliyik. Bu, siyasi iradənin iştirakı ilə mümkündür.

Pravin Davar

“The Asian Age” (Hindistan), 25.05.2015