Vladimir Muxin
“Nezavisimaya qazeta”, 31.01.2021
Şənbə günü, yanvarın 30-da Azərbaycanın Ağdam bölgəsində (Qarabağ münaqişəsi tərəflərinin təmas xəttindən 8 km məsafədə) açılan Rusiya-Türkiyə monitorinq mərkəzi, demək olar ki, rus sülhməramlılarının bölgədəki 27 müşahidə məntəqəsində yerinə yetirdiyi funksiyaları nüsxələyir. Eyni zamanda, Ankara təmsilçiləri müttəfiqlərini dəstəkləməyə hazır olduqlarını gizlətmir və Suriya təcrübəsi göstərir ki, türk hərbçiləri münaqişə zonalarındakı rus həmkarlarının maraqlarını nəzərə almağa meylli deyillər.
Bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyi barışıq bölmələrində pilotsuz uçan aparatlarının (PUA) olduğunu bildirmişdi. Lazım gəldikdə, Dağlıq Qarabağdakı obyektlərin monitorinqi kosmosdan, eləcə də digər hava və yerüstü kəşfiyyat növlərindən istifadə edilməklə həyata keçirilir.
Rus-türk mərkəzi, hərbi ekspert, ehtiyatda olan polkovnik Şamil Qareyevin sözlərinə görə, Moskvanın Bakı və Ankara ilə tərəfdaşlıq əlaqələrini davam etdirmə, siyasi hədəflərə çatmaq üçün yaradılıb: “Ancaq aydındır ki, bu cür dublyaj vasitəsi ilə, Türkiyə PUA-lar sayəsində, oxşar rus vahidləri ilə birlikdə, Dağlıq Qarabağda yalnız erməni əhalisinə deyil, həm də bütün Rusiya hərbi qüvvələrinə nəzarət edəcək”.
Mərkəzə cəlb olunan hərbi personaldan (60-a yaxın əsgər və zabit) başqa, digər türk qoşun kontingentlərinin də Azərbaycana gətirildiyi nəzərə alınaraq, bu, həyəcanverici amildir. Üstəlik, Türkiyə rəhbərliyinin açıqlamalarına görə, Qarabağ münaqişəsi zonasında və Ermənistanla sərhəddə müttəfiqlərinə hərbi dəstəyə hazırdırlar.
“Anadolu” agentliyinin yanvarın 30-da verdiyi xəbərə görə, Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı vəzifədaşı Zakir Həsənovla telefonla Qarabağ münaqişəsi zonasında monitorinq mərkəzi açmağın vacibliyini müzakirə edərək, Ankaranın qardaş Azərbaycanın hüquqlarını qorumağa davam edəcəyini vurğulayıb:“Biz “bir millət-iki dövlət” prinsipindən çıxış edərək azərbaycanlı qardaşlarımızın tərəfini tutduq və bundan sonra da ona davam edəcəyik”.
O, Qarabağdakı monitorinq mərkəzinin atəşkəsin davamlılığı və bölgədə sülh və sabitliyin təmin olunmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib.
2 il əvvəl Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə Suriyadakı Rusiya-Türkiyə hərəkətlərinin birgə izlənilməsi funksiyalarını müzakirə edərkən də, Akar bir şey söyləyib. Ancaq bu, rus və türk bölmələri arasında dəfələrlə baş verən münaqişə vəziyyətlərindən qurtuluş olmayıb. Məsələn, Şənbə günü Suriya mediası xəbər verib ki, “Türk Silahlı Qüvvələrinin topçuları Rusiya hərbi polisinin müşahidə məntəqələrinin yerləşdiyi Ayn İssa şəhərini atəşə tutub”.
Mərkəzin monitorinq işində iştirak edən türk bölmələri də PUA-lardan istifadə edəcək. Son Qarabağ müharibəsində özünü yaxşı sübut edən “Bayraktar TB2”-nin kəşfiyyat və zərbə üçün ölümcül bir silah kimi istifadə edilməsi ehimalını istisna edə bilmərik. Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu Qarabağdakı Türkiyə-Rusiya mərkəzinin açılış mərasimində iştirak edərək bildirib ki, onun vəzifələrinə “atəşkəs rejiminin izlənməsi, atəşkəs pozuntuları hallarının qeydi, pozuntuların qarşısının alınması üçün tədbirlərin görülməsi, tərəflərin şikayət və problemlərinə baxılması daxildir”.
“Qoruyucu tədbirlərin görülməsi” ilə bağlı son söz – türk sülhməramlılarının Dağlıq Qarabağdakı problemli obyektlərə, onların nöqteyi-nəzərindən, bu və ya digərinə qarşı PUA-ları zərbə versiyasında istifadə etmək meyli kimi də qəbul edilə bilər. Şamil Qareyev bildirib: “Suriyadakı davranışlarını nəzərə alaraq, orada Rusiya tərəfi ilə məsləhətləşib-istəməyəcəkləri böyük bir sualdır”.
Bir sıra mütəxəssislər Türkiyənin Cənubi Qafqazda daha çox iqtisadi və geosiyasi baxımdan mənfəətli layihələr həyata keçirmək əzmində olduğunu düşünürlər.
“Ankara Qarabağ ərazisindəki təsirini gücləndirmək üçün”yumşaq güc” və sosial-iqtisadi layihələrdən istifadə etməyə davam edir”. Bunu hərbi ekspert, ehtiyatda olan general-leytenant Yuri Netkaçev deyib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin Ağdam bölgəsində monitorinq mərkəzinin açılmasını müzakirə edərkən, türk şirkətlərinin Bakının nəzarətinə keçən ərazilərdə bərpa işlərində iştirakından danışdığına diqqət yetirib.
“Ərdoğan üçün önəmli olan əvvəllər Rusiya şirkətləri tərəfindən idarə olunan Sot (Zod) qızıl mədəninin yerləşdiyi ərazilərin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsi ilə əlaqəli layihələrdir. Bir vaxtalar onun bütün son məhsulları Ermənistanda qalırdı. İndi şərtlər dəyişir və Türkiyənin Sot (Zod) qızıl mədəni müqabilində Azərbaycana kömək etməsi mümkündür”, – deyə ekspert qeyd edib.
Netkaçevin sözlərinə görə, Türkiyə üçün başqa bir vacib layihə Xəzər dənizinə yeni nəqliyyat marşrutlarının yaradılması ilə əlaqədardır ki, bu da ötən Şənbə günü Moskvada Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən müzakirə edilib: “Moskva yaşıl bir küçə açır ki, Ankaranın bölgədə və Orta Asiyada daha da böyük nüfuzu olsun”.
Qeyd edək ki, Ermənistanda ABŞ-ın yeni rəhbərliyindəki tərəfdaşlarının dəstəyi ilə yeni xarici siyasət vektoru formalaşır: “ABŞ-ın yeni dövlət katibi Entoni Blinken artıq Azərbaycanla hərbi əməkdaşlığı qadağan etməklə hədələyib. Bildiyiniz kimi, keçən həftə o, Vaşinqtonun Dağlıq Qarabağla bağlı vəziyyətin həllində fəal iştirakından danışıb, təhlükəsizlik sahəsində yardım vəd edib, həmçinin, ATƏT-in Minsk qrupu formatında fəal hərəkətlər edəcəyini deyib”.
Bundan əvvəl Blinken “Qafqazda davamlı sülhün əldə edilməsinin yalnız Rusiya, Azərbaycan və Türkiyə deyil, bütün tərəflərin maraqları nəzərə alınmaqla mümkün olduğunu” bildirmişdi.
Netkaşev erməni xəbər agentliklərinin materiallarında anti-Rusiya ritorikasının artmasına diqqət çəkir, bu da 2 il əvvəl 102-ci Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını təklif edən Ermənistan lideri Nikol Paşinyanın mövqeyi ilə əlaqələndirilir.
Ekspert, həmçinin, Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyanın “müharibənin nəticəsi Ermənistanın Rusiyaya arxa çevirməsi, Aİ və NATO-ya inteqrasiyası ilə bitəcək” sözlərini də nəzərə alır.
Tərcümə: Strateq.az