XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 17:03

“Panama sənədləri”:Putinin adı böyük maliyyə fırıldaqlarında hallanır

rolduqin

Dünyanın ən böyük nəşrləri ("Guardian", “Новая Газета”, BBC, "Sueddeutsche Zeitung" və bir xeyli başqaları) Panamanın "Mossack Fonseca" şirkətindən sızmış nəhəng həcmli sənədləri araşdırmaqla məşğuldur.

Aprelin 3-də bazar günü yüzlərlə jurnalistin yazısı müxtəlif KİV-də göründü, bu mətni oxuduğunuz anda isə minlərlə qəzetin birinci səhifəsində “Panama kağızları” haqda yazı gedib.

Nə baş verir? Kim nəyə görə ilişib? 

 

1. Görünməmiş həcmdə məlumat

Anonim qaynaq "Sueddeutsche Zeitung"a 2,5 terabaytdan çox məlumat, əsasən şirkət əməkdaşlarının məktublarını ötürüb. Müqayisə üçün: 2010-cu ildə diplomatik aləmi partladan və Culian Assanjın buna görə indiyədək Ekvadorun Londondakı səfirliyində gizləndiyi Wikileaks-ə sızıntı cəmi 1,7 giqabayt, yəni min dəfə az idi. Panama sənədlərindəki bəzi tarixlər 1970-ci illərə aiddir. Sənədlərdə adı keçən adamların siyahısında Müəmmar Qəddafi, Pyotr Poroşenko, İslandiya baş naziri Sigmyundyura Günnleygsson, Bəşər Əsəd və – ki Rusiya üçün maraq doğurur – Vladimir Putinin yaxınları və dostlarını ehtiva edir. Futbolçu Lionel Messi və aktyor Ceki Çanın, o cümlədən bir çoxlarının  şirkətlərində də şübhəli fəaliyyət aşkarlanıb.

Mossack Fonseca-da təkcə qeyri-leqal sövdələşmələr göz yumulmayıb, lakin həm də pulların yuyulmağı və digər qanunsuz əməliyyatların aparılmağına kömək ediblər.

 

2. Sənədlərdə Putinlə bağlı birbaşa əlaqə yoxdur, lakin dolayı xeyli  ilgilər var

 

 Putinin imzası və ya adı ilə ilə arxivdə heç bir sənəd tapılmayıb. Lakin, budur, Vladimir Putinin köhnə tanışı, prezidentin qızının xaç atası, violençelçi Sergey Rolduqin Mossack Fonseca-nın nəzarətində olan iki şirkətə sahib idi və onların fəaliyyəti son dərəcə şübhəlidir.

“Новой Газетa”-nın böyük materialında Rolduqinlə bağlı maraqlı hallar araşdırılıb. Jurnalistlər hesab edirlər ki, Rolduqin əslində Rusiya prezidentinə məxsus vəsaitlər üçün pərdə ola bilər. Ən azı, pulların ofşor firmalara çatmasının asanlığı adamı mat qoyur. Məsələn, Rolduqinin şirkətlərinə böyük məbləğdə kreditlər verilir və sonradan “bir dollara” bağışlanır. Və yaxud “Rosneft”in səhmlərinə bir gün içində müqavilə  bağlanıb ləğv edilir, sövdələşmədə Rolduqinin şirkətininn nəfinə 750 min dollar həcmində dəbbələmə pulu göstərilib. Rolduqin müqavilə bağlayıb pozmaqdan başqa heç nə etmədən bir milyon dolların dörddə üçünü əldə edib.

 

3. Haşiyə: Rolduqin kimdir?

 

Rolduqin akademik violençelçi, Rusiyanın xalq artisti və Putinin ən köhnə dostlarından biridir. Prezidentin bioqrafiyasından danışan “Birinci şəxsin adından” kitabına əsasən, Rolduqin ordudan özbaşına ayrılaraq Putinlə vaxt keçirirmiş: gercələr Leninqradda veyllənib mahnı oxuyurmuşlar. Putinin birinci qızı Maşa doğulandan dərhal sonra onlar arvadları ilə bir müddət Rolduqinin qayananasının bağ evində yaşayıblar. Bu məlumatlar ofşor haqda əhvalata qədər məlum idi, lakin onların gənclik dövründəki yaxınlıq dərəcəsini bilmək önəmlidir ki, jurnalistlərin Rolduqinə və prezidentə iddialarını anlamaq mümkün olsun.

Mossack Fonseca-nın sənədləri sayəsində aşkarlanmış əksər durumlar bu detallarsız məntiqli görünmür. Milyarderlərin və dövlətin, dövlətyanlı çox böyük qurumların özlərinə ziyan və az tanınmış, kasıb violençelçinin xeyrinə olaraq beynəlxalq qanunları niyə pozmalıydı?

 

4. Bir çox faktlar göstərir ki, iri biznesmenlər violençelçiyə xərac ödəyir

 

Biznesmen Sergey Kolesnikov hələ 2010-cu ildə prezident Dmitri Medvedyevə açıq məktub yazdı və bildirdi ki, Rusiyanın böyük biznesmenləri prezident üçün 35%-i ofşora göndərilən pul ödəməyə borcludur. Araşdırma müəllifləri güman edirlər ki, ehtimala görə, Rolduqinin şirkətləri bu pulların göndərildiyi həmin ofşorlardır. İndiki halda bu, birbaşa pul ödənişi deyil, yuxarıda xaatırladılan və “bir dollara” bağışlanan “kreditlər” idi. Kreditlər xüsusən də “Sevetstal”-ın sahibi, biznesmen Aleksey Mordaşova bağlı olan ofşora verilirdi.

Rolduqinə bağlı olan şirkət isə Mordaşovla əlaqəsi olan başqa şirkətlərdən “məsləhətə” görə 30 milyon dollar alıb.

Pullar eyni qayda ilə Rotenberq qardaşlarından və Süleyman Kərimovdan da gələ bilərdi. Kərimovla sövdələşmə o qədət hiyləgər idi ki, Rolduqinlə əlaqəsi olan şirkət yatırılan bir dollara görə “Rostelekom”-dan dörd milyard rubl qazandı.

 

5. Dövlət bankları da hadisəylə əlaqəlidir

 

VTB-ninn Kiprdəki törəmə bankı RCB Rolduqinlə əlaqəsi olan ofşor Sandalwood Continental-a girovsuz 650 milyon dollarlıq kredit xətti ayırıb. Hətta Mossack Fonseca-nın təcrübəli işçiləri də bu kreditə görə şübhə içindəydilər. Hər şeyə görə fikir yürüdərkən, bu, Rolduqin və onun şirkətləri üçün əməliyyat büdcəsiydi. Maliyyə cinayətkarlığı üzrə ekpertlər deyirlər ki, bu sövdələşəmədə pulyumanın bütün əlamətləri var.

 

6. Ofşordakı pullar tez-tez Rusiyaya qayıdır, lakin dar çərçrivədəkilərdən başqa rusiyalılara heç bir xeyir gətirmir

 

Ofşor zəncirindəki pulun hansısa hissəsi Putinin qızının toyunun çalındığı “İqora” dağ-xizək kurortunu (Leninqrad vilayəti) inşa etmiş şirkətə kredit verildi. Kredit şərtləri ağlasığmaz dərəcədə yumşaq idi. Pulun başqa hissəsi oxşar şərtlərlə Ladoqada yaxt-klub açmış şirkətə getdi. Jurnalistlər təsdiqlənməmiş məlumata isnadən yazırlar ki, Sortavala şəhərində (Kareliya) prezident üçün növbəti iqamətgah tikilir və torpağın sahibi olan şirkət pulu Rolduqinin strukturlarından alıb.

 

7. Violençelçi və ofşorlar Rusiya maşınqayırmasına və bütün telereklam bazarına təsir edir

 

Video International – bu yaxınlarda Vaşinqtonda müəmmalı şəraitdə həlak olmuş Mixail Lesinin təsis etdiyi şirkətdir. O, nə vaxtsa Rusiya telereklam bazarının 70%-i tuturdu. Aydınlaşdığı kimi, şirkətin 20%-i Rolduqinə bağlı olan firmaya məxsusdur və o, çoxmilyardlıq dividend əldə edir.

Rolduqinin həmçinin “KamAz”-da da opsionu var idi. “Troyka Dialoq” yatırım şirkləti bir vaxtlar Kamaz-ın səhmlərinin, demək olar, 51 %-i almış və bu işin altında Avtoinvest Ltd şirkətini yaratmışdı. Nəticədə o, Avtoinvest şirkətinin idarəçiliyini niyəsə anlaşılmaz ofşora təhvil verdi. Ofşor KamAz-ın 51% sahibi olan şirkətlərə şərtləri diktə edə bilirdi, ofşorun 15%-i isə Rolduqinə məxsus idi. Avtoinvest şirkətinin 100  min dollara KamAz-da 100 %-lik opsionu var idi – ölkədə ən böyük yük maşını istehsalçısı üçün tamamilə gülünc pullar. Nəticə etibarilə anlaşılmaz ofşor  bu opsionu ala bilərdi və Rolduqin tamamilə KamAz-a məxsus olan şirkətdən 15% ala bilirdi.

 

Vasili Sonkin

Slon.ru, 04.04. 2016

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə