XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 19:30

Müdafiə nazirimizdən orduya xüsusi əmr:“Xankəndini vurmağa hazır olun!”

zakir-hesenov-12

Azərbaycan Müdafiə Nazirliyi xüsusi bəyanatla çıxış edib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bəyanatda cəbhəboyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizdə mülki əhaliyə ziyan vurmaqla çıxmağa çalışdıqları vurğulanıb: “Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq, Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir. Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır.

Eyni zamanda bildiririk ki, qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə, Müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verdi”.




Yuxarı Əvvələ Ana Səhifə