Strateq.az xəbər verir ki, ABŞ prezidenti və ailəsinin qaldığı Ağ evdə partlayış olub. Hadisə Obama ailəsinin vertolyota mindiyi South Lawn (Cənubi çəmənlik) yaxınlarında meydana gəlib.
Hadisə yerindən ilk görüntü
Ağ evə giriş və çıxışların bağlandığı xəbər verilir. Ancaq sarayın bağçasında xidmət edən təhlükəsizlik işçilərinin üzündə hər hansı bir təlaş hiss olunmur. Bu da hadisənin terror aktı olmadığı ehtimalını gücləndirir.
Şiddətli partlayış Obama ailəsi vertolyota minmək üçün Ağ evdən ayrılmaq istədiyi məqamda baş verib. Məlumatlara görə, partlayışdan sonra gizli xidmət agentləri jurnalistləri brifinq otağına doldurublar.
Rəsmilər təhlükəli bir vəziyyətin olmadığını deyirlər. Bəzi qaynaqlar Ağ evin xüsusi xidmət nümayəndələrinə istinadən xəbər verir ki, hadisə qonşuluqdakı prospektdə meydana gəlib. Həmin prospektdə bir yük maşınının alovlandığı və partlamanın da bundan qaynaqlandığı ehtimal olunur.