XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 12:22

100-cü ildönümə yeni Konstitusiya:TÜRKİYƏ CƏMİYYƏTİ NƏ CÜR ƏSAS QANUN İSTƏYİR?

Marianna Belenkaya, Kirill Krivoşeyev

“Kommersant”, 10.02.2021

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümhuriyyətin 100-cü ildönümünə, 2023-cü ilə qədər yeni Konstitusiyanın mətni ilə bağlı müzkirəni rəsmən başlayıb. Prezident və parlament seçkilərinin də eyni ildə keçirilməsi planlaşdırılır. “Kommersant”a müsahibə verən mütəxəssislərin fikrincə, prezidentin məqsədi müxalifəti parçalamaq və cəmiyyəti aktual problemlərdən yayındırmaqdır.

Prezident Rəcəb Tayyib Ərdoğan hakim AKP-nin parlament qrupunun toplantısında bildirib: “Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ilinə qədər xalqa və ölkəyə ilk mülki Konstitusiyanı təqdim edə biləcəyimizdən qürur duyuruq”.

Bəyanat əvvəlcədən xalqa müraciət olaraq tanıdılıb.

Prezident ölkənin gələcək Əsas Qanununun mətni ətrafında ictimai müzakirəyə çağırıb: “Siyasi partiyalarımıza, alimlərimizə, universitetlərimizə, qeyri-hökumət təşkilatlarına, media nümayəndələrinə, ictimai xadimlərə müraciət etmək istəyirəm. Bu il ərzində yeni Konstitusiya ilə bağlı təklifləri hazırlayaq və müzakirəyə başlayaq”.

Prezident Əsas Qanunda tam olaraq nəyi dəyişdirmək istədiyindən deməyib. Cənab Ərdoğan tezliklə yeni Konstitusiyanın ümumi çərçivəsini müəyyənləşdirməyə imkan verəcək insan haqlarının qorunması üçün fəaliyyət planı təqdim edəcəyini bildirib.

İndi Türkiyə rəsmi olaraq növbəti hərbi çevrilişdən sonra, 1982-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən yaşayır, lakin illər ərzində onun müddəalarının üçdə ikisindən çoxu dəyişib.

1990-2000-ci illərdəki düzəlişlərin əksəriyyəti Əsas Qanunun Avropa normalarına uyğunlaşdırılmasına yönəlib. Xüsusilə, söz və ifadə azadlığındakı məhdudiyyətlər aradan qaldırılıb: edam cəzası ləğv edilib; kişilər və qadınlar üçün bərabər hüquqlar prinsipi təsbit olunub, dövlət təhlükəsizlik məhkəmələri ləğv edilib və insan haqları sahəsində beynəlxalq hüquq normalarının prioriteti bəyan olunub.

Bununla birlikdə, 2017-ci ilin aprelində referendumda qəbul edilən Konstitusiyaya son dəyişikliklər tamamilə fərqli idi. Türkiyə parlamentdən prezident respublikasına çevirilib və baş nazir vəzifəsi ləğv edilib. Artıq prezidentin, Hakimlər və Prokurorlar Şurası üzvlərinin yarısı da daxil olmaqla, nazirləri və digər vəzifəli şəxsləri təyin etmək, hər hansı bir əsasla parlamenti buraxmaq və eyni zamanda, qanunvericilər ikinci mandatı dövründə erkən seçki keçirtmək qərarına gəldikləri təqdirdə, üçüncü dövr üçün namizəd olmaq hüququ var.

Bu fonda mütəxəssislərin bir sualı var: Rəcəb Tayyib Ərdoğanın gələcəyinə arxayın olmaq üçün daha nəyə ehtiyac duyur?

Prezidentin Konstitusiya islahatı ilə bağlı dialoqa çağırdığı müxalifət, parlamentli respublikaya qayıtmaq məsələsini müzakirə etməyə hazırdır, lakin AKP belə bir ehtimalı istisna edir. Bir çoxları yeni Əsas Qanunda Türkiyənin insan hüquq və azadlıqlarına daha çox diqqət ayıracağına şübhə edir və bunun əks-effektini gözləyirlər.

Bazar ertəsi ana müxalifət qüvvəsi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib: “Diktatorlar insan haqlarına əsaslanan demokratik Konstitusiya istəmirlər”.

“Turkiye” qəzetinin yazdığına görə, AKP daxilində, “hüquq və azadlıqlar” hissəsinin dəyişdirilməsi də daxil olmaqla, prezident idarəetmə sisteminin işindəki pozuntuların aradan qaldırılması və bəzi dövlət qurumlarının yenidən qurulması məsələsini müzakirə edilir, o cümlədən Konstitusiya Məhkəməsi, Radio və Televiziya Ali Şurası, Dövlət Nəzarət Şurası və Ali Təhsil Şuranın.

Sosial şəbəkələrdə artıq konstitusiya ətrafında müzakirələrin başlanğıcını görə bilərsiniz. Çərşənbə günü cəmiyyətin diqqətini “Twitter”-də Ayasofya məscidinin imamı Mehmet Boynukalın İslamın dövlət dini olaraq təyin olunduğu 1924-cü il Konstitusiyasının mətninə qayıtmağın zərurəti barədə mesajı cəlb edib.

Konstitusiyanın son versiyalarında Türkiyə dünyəvi dövlət olaraq təyin olunur.

Ana müxalifət müzakirənin əsas məqsədinin ictimaiyyətin diqqətini dəyişdirmək olduğunu düşünür.

Baş nazirin keçmiş müavini, bir il əvvəl müxalif Demokratiya və İnkişaf Partiyasının (DEVA) yaradıldığını elan etmiş Əli Babacan bildirib ki, “söhbət vətəndaşlarımızın həqiqi problemləri görməsinin qarşısını almaqdan gedir”.

Türk politoloq, Kahramanmaraş şəhərindəki Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl Konstitusiyanın yeni mətninin qısa müddətdə razılaşdırılacağına əmin deyil. “Uzun müddətdir yeni Konstitusiya barədə danışıqlar aparılsa da, bu mövzuda ciddi bir irəliləyiş yoxdur. Hakimiyyət və müxalifət arasında fikir birliyini təsəvvür etmək çətindir”.

Moskva Dövlət Universitetinin dosento Pavel Şlıkov “Kommersant”a verdiyi müsahibədə prezident Ərdoğanın 10 ildən çoxdur ki, Konstitusiya qəbul etmək planlarını hazırladığını xatırladıb. Parlament daxilində əvvəlki dialoq uğursuz olub və nəticədə prezident yalnız 2017-ci ildə Konstitusiyaya düzəlişlərin qəbuluna nail olub.

Şlıkov bildirib: “Ərdoğanla mövcud Əsas Qanunun mükəmməl olmadığı və islahatlara ehtiyacı olduğu fikrində razılaşmaq olar. Ancaq digər tərəfdən, bir çox qüsur 2017-ci il islahatının nəticəsidir. Bir şey aydındır, prezident açıq şəkildə cəmiyyəti səlahiyyətlilərin cavab vermədiyi suallardan yayındırmağı hədəfləyir”.

Ekspert təyinatlarında peşəkar keyfiyyətləri deyil, şəxsi rəğbəti rəhbər tutan prezidentin kadr siyasəti ilə əlaqədar Türkiyədə məyusluğun artdığını qeyd edib.

Prezidentin əmri ilə AKP-yə yaxın yeni rektor Melih Bulunun təyin olunmasından sonra başlayan Boğaziçi Universiteti tələbələrinin narahatlığı səngimir. Bu, 1980-ci il hərbi çevrilişindən sonra universitet xaricindən ilk rektor təyinatıdır. Noyabr ayında türk lirəsindəki kəskin məzənnə itkisindən sonra prezidentin kürəkəni, maliyyə naziri Berat Albayrak istefa etmək məcburiyyətində qalıb.

Pavel Şlıkov bildirib: “O vaxtdan bəri iqtisadi böhrandan çıxma meylləri müşahidə edilməyib”.

Ekspertin sözlərinə görə, prezident və AKP-nin reytinqindəki eniş fonunda Rəcəb Tayyib Ərdoğan üçün cəmiyyətin konsolidasiyasını nümayiş etdirmək vacibdir.

Son rəy sorğularına görə, AKP-nin də daxil olduğu hakim “Cümhur İttifaqı” müxalifət qüvvələrinin blokuna uduzur. Sosioloqlar qeyd edirlər ki, Ərdoğanın fikirləri “Z Nəsil”i – 2023-cü ildə ümumi (prezident və parlament) seçkilərində səs verməli olanlar arasında populyar deyil.

Eyni zamanda, “Gezici Arastrma Merkezi” İnstitutunun keçən il keçirdiyi rəy sorğusuna görə, bu nəsli təmsil edən respondentlərin 76,4%-i qanunun aliliyi və demokratiyanı Türkiyə üçün ən yüksək prioritet hesab etdiklərini söyləyib.

Prezident Türkiyə iqtisadiyyatın ilk 10 liderinə daxil edəcəyini və bunun üçün bir kosmik qüdrət statusu alacağını vəd edib. Çərşənbə axşamı cənab Ərdoğan milli kosmik proqramı təqdim edib və bir kosmodrom inşa etmə, bir türk vətəndaşını kosmosa və Aya peyk göndərmə proqramını açıqlayıb.

Türkiyə sənaye naziri Mustafa Varankın sözlərinə görə, prezident Ərdoğan bir qadının kosmosa səyahət edən ilk Türkiyə vətəndaşı olmasının tərəfdarıdır.

Ankarada yaşayan RIAC mütəxəssisi Timur Axmetovun sözlərinə görə, Ərdoğan bütün yeni ilə bağlı müzakirələrə, əsasən, müxalifət daxilində və xüsusən də, Cümhuriyyət Xalq Partiyası daxilindəki parçalanmanı dərinləşdirmək üçün başlayıb. “Orada onsuz da bir parçalanma xətti var, bu, daha təmkinli bir xarici siyasət tərəfdarı olan millətçi dövlət xadimləri ilə solçular arasında gedir. Bu, qeyri-rəsmi müxalifət blokunun gələcək seçkilərdə Ərdoğana və onun fərdi rejiminə qarşı uğurlu bir cəbhə yaratmaq şansını təsir edəcəkdir”.

Tərcümə: Strateq.az