XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2021 - 10:17

TÜRKİYƏNİ ƏLƏ KEÇİRƏN GÜCLƏR ONU BURAXMAQ İSTƏMİR:Elektronik Sistemlər Komandanlığının MİT-ə verilməsindən sonra şəhid sayı niyə artdı?

Ərgün Dilər

“Takvim”, Türkiyə, 11 fevral 2021-ci il

 

Elə mürəkkəb bir dövrdən keçirik ki, çox adam nə baş verdiyini anlamaqda çətinlik çəkir. İndi gündəlikdə olan, çox müzakirə edilən mövzuları, əmin olun, 10-15 il sonra bambaşqa prizmadan baxaraq dəyərləndirəcəyik. Belədir. Normaldır…

Baxın, bu ölkədə xarici xüsusi xidmət orqanları tərəfindən istifadə edilən maşın-maşın adam var idi. Yenə də var. İşin qəribə tərəfi odur ki, çox adam buna fikir vermir. ABŞ, İngiltərə, Almaniya, Rusiya və Çin kimi güclər öz metodları ilə hərəkət edirlər. Məqsədlərinə uyğun yol tapırlar. Özləri üçün doğru olan da budur: hədəf ölkəni nəzarət altında saxlamaq, idarə etmək, istənilən nəticəni almaq, lakin heç görünməmək…

Doğrusu, kəşfiyyat radardakı ölkədə nəticə alma qabiliyyətidir. Rusiya kəşfiyyat xidməti, nə yolla olursa-olsun, uğurla ABŞ Prezidenti Trampın yanına qədər irəlilədi. Çox halda nəzarət etməyi bacardı. Öz əleyhinə addımların atılmasının önünü kəsdi.

Almanlar Lenini göndərərək, Rusiyada inqilab etmişdilər. Yekaterinanı rus sarayına gəlin verərək də imperiyanı ələ keçirmişdilər. Bunların hamısı kəşfiyyat əməliyyatları idi.

Bizdə isə çevrilişlərə gedən yolları açaraq, kəşfiyyatı yalnış yönə yönləndirərək, iqtisadi əməliyyatları işə salaraq nəticə aldılar.

Bu, kitablarda, filmlərdə və televiziyalarda yoxdur, ancaq 1971-ci il çevrilişindən sonra ölkəni “9 martçılar” və “12 martçılar” olmaqla iki yerə böldülər. Pərdə arxasında bölünən isə dövlət idi. Prezident, Baş nazir, MİT və Baş Qərargah çevrilişin arxasında duran iki güc arasında paylaşılmışdı. İkisi ABŞ-a, ikisi də İngiltərəyə düşmüşdü. Ordu NATO üzvü olduğuna görə ABŞ-la birgə yürüyərkən, digər üçündən ötrü daima münaqişə olurdu.

Xatırlayın, Cümhuriyyət tarixində böhran yaşanmadan prezident seçdiyimiz bir dövr heç oldumu? Xeyr olmadı. Ən son “Sözdə deyil, özdə” diskussiyası səbəbilə böhran yaşadıqmı? Yaşadıq. E-memorandum gəldimi? Gəldi. Yaxşı, daha öncə olanlara baxın. İnönüdən etibarən hamısında böhran var. Ərdoğan namizəd olan zaman da “Səni prezident olmağa qoymayacağıq” kampaniyası oldumu? Oldu.

Kimisə ittiham etmək istəmirəm. Ancaq bir jurnalist olaraq partiyalar arasında mübarizənin belə getdiyini bilirəm. İfrat, rüsvayçı nümunələr göstərmək istəmirəm. Ancaq Ərdoğan, necə etməsindən asılı olmayaraq, ilk dəfədir bütün qurumları dövlətin çətiri altına toplayır.  Əlbəttə, burada bütün qurumların töhfəsi vardır. Məncə, 15 iyulla birlikdə baş verən ən önəmli hadisə budur. MİT rəhbərlərinin çevriliş haqqında Baş nazirlərə məlumat vermədiyi dövrlərdən gəlirik. Baş nazirlər zəng edən zaman telefona cavab verməyən Baş qərargah rəislərinin olduğunu bilirik.  Maliyyə əməliyyatları haqqında bağlı olduğu quruma xəbər verməyən vəzifəli şəxsləri tanıyırıq. Xatırlamaq istəmədiyimiz pis örnəklər çoxdur.

Məncə, “Koalisiya istəmirik” deyən AKP bunu nəzərə alır, dövlətdəki birliyi, bütünlüyü nəzərdə tuturdu. Kimsə anlamaq istəmirdi, ancaq bizim kimi insanların görə bilmədiyi ikibaşlılığı bitirmək istəyirdi. Bu, bəllidir ki, dövlət qərarı idi. MHP burada hədəf olsa da, üzərinə düşəni edirdi. Yubanma, çatışmazlıq, xəta yoxmuydu? Əlbəttə, vardı. Olması da təbii idi. Çünki belə dəyişikliklər kitablarda yazıldığı kimi, problemsiz, sancısız olmaz.

Əgər ABŞ-a dönüb “S-400-lərlə bağlı bir nöqtəyədək geri addım atarıq, ancaq siz YPG-yə dəstəyinizi kəsin” deyilə bilirsə, bunun ən önəmli səbəbi Ankaradakı birlikdir. Hökumət MİT və ya ordu ilə tərs düşdüyü an xaric düyməyə basardı.

Baş Qərargahın Elektronik Sistemlər Komandanlığı (BQESK) bütün heyəti və təchizatı ilə birlikdə MİT-ə təhvil verildi. Bu təhvil-təslimdən sonra ötən 8 ay içində şəhid sayı rekord həddə çatdı. 80-ə yaxın şəhidimiz oldu. Yəni, xaric daxilə etiraz edirdi. Biz isə oyunçuları onun, bunun və ya bir başqasının tərəfdarı kimi görürdük. Halbuki gedən mübarizə böyük idi. Türkiyəni ələ keçirən güclər onu buraxmaq istəmirdi. Həm bizimlə, həm də bizə görə öz aralarında savaşırdılar. BQESK MİT-ə keçəndən sonra nə üçünsə daha çox ruslarla qarşı-qarşıya gəlirdik

Parlamentar sistemə etiraz etmirəm. Ancaq gəldiyi an olacaq olan şey yenə güclərin, yəni dövləti dövlət edən çarxın parçalanması, ya da paylaşılması olacaqdır.

Hər şeyə etiraz etməkdənsə, “Daha yaxşısına necə nail ola bilərik?” deyərək baş çatlatmaq lazımdır. Çünki xaricilər belə edirlər…

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə