XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2021 - 12:02

PUTİNİ QORXUYA SALAN SARAY ÇEVRİLİŞİ YAXINLAŞIR:sərvətlərinə giriş istəyən elitalar qiyama hazırlaşırlar - TƏHLİL

Nina Xruşşova

“Project Syndicate”, 12.02.2021

 

Keçən əsrdə Rusiyanın siyasi rejiminə dağıdıcı zərbə vuran iki məqam var: 1917-ci ildə bolşevik inqilabı laxlayan monarxiyanı devirib; 1991-ci ildəsə islahatçı Mixail Qorbaçova qarşı marksist-leninçilərin çevrilişi Sovet İttifaqının dağılmasını sürətləndirib.

Son həftələrdə Rusiyanı bürümüş etiraz dalğası başqa bir rejim dəyişikliyindən xəbər verirmi? Ehtimal ki.

Əlbəttə, Vladimir Putinin prezident vəzifəsinə üçüncü dəfə iddia etməsinə cavab olaraq 2011-12-ci illərdə Rusiyanı diksindirən etiraz aksiyalarından fərqli olaraq, bugünkü etiraz hərəkatı harizmatik və xoşsima bir liderə sahibdir. Aleksey Navalnı illərdir amansız antikorrupsiya təbliğçisidir. Keçən ay həbs edildikdə, Putinin rejiminə müqaviməti davam etmək üçün Almaniyadan qayıtmışdı. Bundan əvvəl o, Kremlin “sevdiyi“ “Noviçok”la zəhərlənmişdi.

Çarlar və sovetlərdən fərqli olaraq, Putin rejimi nə qorxur, nə də sarsılır. Putin son 10 ildə işini polis dövlətini möhkəmləndirməyə sərf edib və hakimiyyəti qorumaq üçün əlindəki bütün vasitələrdən istifadə etməyə hazırdır. Etimad reytinqini artırmaq üçün Ukraynanı işğal, 2014-cü ildə Krımı ilhaq və ömürlük prezident qala bilməsi üçün keçən il Konstitusiya dəyişikliyini təmin edən lider həftəsonu nümayişçilərə görə hakimiyyətdən getmək fikrində deyil.

Amma Putinin Navalnı, yoldaşları və tərəfdarlarına təzyiqi ilə əlaqədar ifrat, hətta məntiqsiz bir şey var. Onsuz da, hüquq-mühafizə orqanlarının əməkdaşları minlərlə şəxsi (jurnalistlər də daxil olmaqla) saxlayıb və tez-tez amansız taktikalardan istifadə edib. Hökumət sosial media platformalarını da bloklayıb, çünki guya onlar iğtişaşları alovlandırır.

Bununla bərabər, Kremlin nəzarətində olan televiziya şəbəkələri Putinə dair saxta xəbərləri sonsuza qədər yayımlayır və etiraz hərəkatını nüfuzdan salmaq üçün hər cür səy göstərilir.

Hökumət Moskvanın mərkəzini, ora gedən ictimai nəqliyyatı da təsirli bir şəkildə məhdudlaşdırmaqla, bir çox vətəndaşa narahatlıq yaradıb və bunu Navalnının günahı kimi göstərib. Guya, hökumət “dinc şəhər sakinlərinin” həftəsonu alış-veriş etmələrini istəyir, ancaq “terrorçular” və “qanunazidd” etirazçılar “normal” həyatı pozmaqda israr edirlər.

Xarici liderlər, jurnalistlər və diplomatlar müxalifəti dəstəkləyərkən, Kremlin məntiqinə görə, Navalnı sadəcə Rusiyanı qeyri-sabitləşdirmək üçün qlobal bir planın faktoru olduğunu sübut edir. Bunu isbatlamaq üçün Rusiyanın Xarici İşlər Nazirliyi bu yaxınlarda Navalnının mitinqlərinə qatıldığı üçün üç Avropa diplomatını ölkədən qovub. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Josep Borrell Moskvada ikən.

Kreml Navalnının özünə də məsuliyyətli münasibət göstərir – dövlətin düşməni kimi. Almaniyadan qayıtdıqdan sonra Navalnının fərdi məhkəmə iclasları 1930-cu illərdə Stalinin şou məhkəmələrini bir əsas fərqlə xatırladır: Navalnı “cinayətlərini” etiraf edərək diktatora təslim olmur. Məhkəmə prosesində Navalnı dövlətin qanunsuzluğunu sadalayıb və təxminən 3 il qapalı cəzaçəkmə müəssisəsində cəza çəkməsini qanunsuz sayıb.

Üstəlik, Navalnı bu yaxınlarda Putini Qara dənizdə milyard dollarlıq bir saray inşa etmək üçün saxta təyinatlı vəsaitlərdən istifadə etməkdə günahlandıran bir video yayımlayıb. Ruslar liderlərinin korrupsiyalaşmasını görür, Navalnı da davamlı olaraq korrupsiyanın yaratdığı sərvətlərin miqyasını perspektivə gətirir. (Eyni şeyi baş nazir Dmitri Medvedevlə bağlı apardığı 2017-ci il araşdırması ilə də edilib.)

Navalnının hücumları Putini sarsıdır. Bu mənada, Navalnı Stalinin trotskiçi hədəflərindən biri kimi deyil; o, Trotskinin özüdür.

Putinin qorxuları saray çevrilişinin baş vermə ehtimalını artırır. Krımın ilhaqından bəri, Qərb sanksiyaları Rusiya iqtisadiyyatını boğur, İsveçrədəki bank hesablarına və İtaliyadakı villalarına giriş istəyən ölkənin siyasi elitaları arasında narazılıq artırır. Nikita Xruşşov 1964-cü ildə qovulduğu kimi, Putini də devirməyə cəhd edə bilərlər. Və alçaldılmış Putinin devrilməsi populyar birini devirməkdən daha asan olar.

Bəsirətçilərin də ortaya çıxması Rusiyanın daşlaşmış rejiminin özünü məhv etməyə başladığına dair daha bir dəlil təqdim edir. Özünü müqəddəs sayan Georgi Rasputin çürüyən imperiyanın monarxiyasını devirməyə şərait yaradıb. Sovet imperatorluğunun islahatdan kənar olduğu 1980-ci illərdə ekstrasenslər dəbə minmişdi. Bu gün kommunistdən millətçilərə qədər cürbəcür siyasi şamanlar önə çıxır. Putinin yaxın vaxtlarda ölümünü proqnozlaşdırırlar, Qərb və ya çinlilərin ölkəni ələ keçirməsinə dair xəbərdarlıq edir və Navalnını Rusiya təhlükəsizlik xidmətlərinin layihəsi olduğunu düşünürlər. Bəziləri hətta “Navalnı” sözünün kök mənasına istinadla onun putinizmi səhnədən qovacaq şəxs olduğuna işarə edirlər.

Buna baxmayaraq, Kremlin etirazlara cavabının göstərdiyi kimi, Putin və dövləti bənzərdir. Bu, onu davamlılığını çətinləşdirir, ən azı indi.

Tərcümə: Strateq.az