XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

20 Fevral 2021 - 09:59

ABŞ-dan nüvə sazişinə doğru ilk addım –TEHRANA GÖNDƏRİLƏN İLK MESAJLARDAN SONRA İSRAİL NƏ EDƏCƏK?

Barak Ravid

“Axios”, 19.02.2021

 

İsrail hökuməti dövlət katibi Toni Blinkenin Cümə axşamı günü ABŞ-ın 2015-ci ilin nüvə sazişinə qayıtması ilə bağlı İranla müzakirələr aparmağa hazır olması bəyanatından narahatlığını bildirib.

Onların dedikləri: “İsrail köhnə nüvə razılaşmasına qayıtmanın İranın nüvə arsenalına gedən yolu açacağına inanır. İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sadiq qalırıq”.

Bunu baş nazir Binyamin Netanyahunun ofisi açıqlayıb.

Vacib məqam: İran məsələsi – Netanyahu ilə Obama rəhbərliyi arasında olduğu kimi, İsrail ilə Bayden administrasiyası arasında əsas sürtüşmə nöqtəsidir.

İsrail səlahiyyətliləri bildiriblər ki, ABŞ bu açıqlama ilə əlaqədar əvvəlcədən İsraili xəbərdar edib. “Bu mövzuda ABŞ-la sıx təmasdayıq”, – bir İsrail rəsmisi deyib.

Xəbərin mənbəyi: Cümə axşamı Fransa, Almaniya və İngiltərədəki vəzifədaşları ilə keçirdiyi video konfransdan sonra Blinken, Tramp administrasiyasının Birləşmiş Ştatları çıxardığı İranla müqaviləyə qarşılıqlı uyğunlaşma yolunu (şərtləri) müzakirə etməyə hazır olduğunu söyləyib.

Daha sonra Aİ-nin yüksək səviyyəli xarici siyasət rəsmisi Enrike Mora İran və nüvə sazişini imzalayan 6 dünya gücü diplomatlarının qeyri-rəsmi görüş keçirməsini təklif edib.

Dəqiqələr sonra Dövlət Departamenti ABŞ-ın belə bir görüşdə iştirak etməyə hazır olduğunu bildirən açıqlama yayıb. “Bir araya gəlmənin məqsədi həm ABŞ-ın, həm də İranın yenidən sazişin şərtlərinə qayıdış yolunun nə ilə bitəcəynin müzakirəsidir”.

Cümə axşamı ABŞ İranla əlaqəli bir neçə başqa addım atıb: Amerikanın BMT-dəki müvəqqəti nümayəndəsi Təhlükəsizlik Şurası üzvlərinə ünvanlanan, Tramp administrasiyasının BMT-ni İrana qarşı sanksiyalarını qüvvəyə mindirmək səylərindən vaz keçən bir məktub təqdim edib.

ABŞ-ın BMT-dəki nümayəndəliyi İran nümayəndəliyini məlumatlandırıb ki, Tramp administrasiyasının ABŞ-dakı İran diplomatlarına tətbiq etdiyi bütün səyahət məhdudiyyətləri qaldırılacaq.

Bundan sonra nə olacaq: fevralın 23-də İranın nüvə silahının yayılmaması müqaviləsinin “əlavə protokolundan” çıxması gözlənilir.

Bu, İranın BMT müfəttişləri ilə işbirliyini azaldıb, nüvə sahələrinə gözlənilməz yoxlamalar imkanlarını dayandıracaq. Mütəxəssislər bunu ən zərərli addım sayırlar.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə