XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2021 - 10:30

PAŞİNYANIN “QARABAĞ KLANI” İLƏ SAVAŞINA KƏŞFİYYATÇILAR DA QOŞULUB –Baş nazirin Prezidenti devirmək istəyi ABŞ-ın qəzəbinə səbəb olar

Çətinər Çətin

“Habetürk.com”, Türkiyə, 01 mart 2021-ci il

 

Keçən ilin payızında 44 günlük müharibədə faciəli bir şəkildə məğlub olan Ermənistan böyük bir böhrana sürüklənir. 2017-ci ildə keçirilən seçkilərdən 1il sonra növbəti seçkilərdə xalqın 70% dəstəyini alaraq iqtidara gələn Nikol Paninyan indi Rusiyayönümlü generalların və ölkədə “Qarabağ klanı” olaraq bilinən Sarkisyan və Koçaryan ailələrinin təzyiqi altında çevriliş cəhdi ilə üz-üzədir.

Baş nazir Nikol Paşinyan keçən cümə axşamı Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi üçün sərəncam verdi. Ancaq bu qərar üçün ölkə prezidenti Armen Sarkisyan tərəfindən verilən 3 günlük müddət tamamlandı və Prezident həmin sərəncamı təsdiqləmədi.

Görünür, ABŞ vətəndaşıböyük iş adamı olan Prezident Sarkisyan yaranmış böhranı daha da alovlandıracaq. Belə ki, Paşinyanın Baş nazir olması Sarkisyanı ABŞAvropadakı diasporada ikinci dərəcəli edir. Halbuki Sarkisyan özünü Qərbin, Qarabağ klanını isə Rusiyanın balansı olaraq görür, ölkəni bu iki balans arasında idarə etmək istəyir.

Qarabağ müharibəsi mexanizmləri pozdu

Bütün bunlarla bərabər, düşməni olaraq gördüyü ölkələr arasında sıxılıb qalmış kiçik Cənubi Qafqaz ölkəsi olan Ermənistan olduqca qeyri-sabit bir qış keçirdi.

Azərbaycan Ordusunun gücü ilə əzilən ölkə təqribən 30 il əvvəl müharibə yolu ilə qəsb etdiyi strateji və tarixi torpaqları təslim etməli olduğu bir müqaviləni qəbul etmək məcburiyyətində qaldı. 2018-ci ildə iqtidara gələn məxməri inqilabın lideri Paşinyan, 10 noyabrda Azərbaycanla Dağlıq Qarabağda atəşkəsə imza atdığı gündən bəri, ölkə daxilində xəyanətdə təqsirləndirilir.

Ölkədə çökən iqtisadiyyat və koronavirusla birlikdə yaranmış böhran idarə edilə bilməyəcək səviyyəyə gəlib. Balanslar tərsinə çevrilib. 2018-ci ildə 1 il fasilə ilə keçirilən seçkilərdə “mənim addımım” prinsipi ilə ölkədəki oliqarxlarıQarabağ klanını yerdən-yerə vuran Paşinyan indi bu qruplaşmaların oyunu ilə qarşı-qarşıya dayanıb.

Belə ki, Paşinyanın “özünə və ölkədəki demokratiyaya qarşı çevriliş hazırlanır” çağırışlarının üzərindən heç 2 saat keçməmiş, ölkədəki iki qrup küçələrə axın etdi. Respublika Meydanında Baş nazir Paşinyanın hökumətə qarşı çevriliş cəhdini qınayan tərəfdarları, Azadlıq Meydanında isə aylardır Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları var idi.

Baş nazirin tərəfdarları çadırlar qurdu və ölkənin bir daha mafiyanın və Qarabağ klanının əlinə keçməməsi üçün Paşinyanın böyük məğlubiyyətinə rəğmən, ona verdikləri dəstəyi davam etdirdi.

Paşinyan, onun Rusiyanın “İsgəndər” raketlərinin etibarlılığını şübhə altına alan çıxışını gülünclə qarşılayan Baş Qərargah rəisinin müavini Tiqran Xaçaturyanı vəzifəsindən azad etdi və beləliklə, bu, yaranmış böhranı daha da qızışdırdı.

Raket polemikası

Ordu Paşinyanın və hakimiyyətin istefasını tələb edərək bildirdi ki,”artıq məntiqli qərarlar qəbul edə bilmirlər”. Bu hadisədən sonra Paşinyan Baş Qərargah rəsinin vəzifədən azad edilməsi ilə bağlı sərəncam vermişdi. İndi isə böhran Baş nazirin sərəncamlarının təsdiqlənməməsi ilə birlikdə daha da dərinləşəcək.

Moskva keçən həftənin sonunda Paşinyanın “İsgəndər”lə bağlı anlaşılmazlığa səbəb olan açıqlamasına cavab verdi. Rusiya Müdafiə Nazirliyinin rəsmisi Qarabağ münaqişəsində “İsgəndər” raketlərindən istifadə olunmadığını və Ermənistan Baş nazirinə doğru məlumatın verilmədiyini bildirdi.

Açıqlama zamanı anbarlarda nə qədər raketin olduğunun vurğulanması, əslində, Moskvanın Ermənistanın nə qədər daxilində olduğunu göstərən bir mənzərədir.

Moskva Ermənistan ordusu daxilindəki əsgərlərini hərəkətə keçirərkən, Qarabağ klanının təmsilçiləri Serj SarkisyanRobert Koçaryan isə ölkədəki digər dinamikaları aktivləşdirmək üçün səylərini sürətləndirdi.

Polis və kəşfiyyat da işə qarışıb

Bu mövzuda diqqət çəkən davranışlardan biri də Ermənistan Daxili İşlər Nazirliyindəki yuxarı vəzifəlilərdən ibarət bir qrupun orduya dəstək vermələri idi.

Bu qrup “Ölkədə müharibəsonrası yaranmış böhranın tezliklə həll edilməsi vacibdir. Ordu idarəçiliyinə dəstək verdiyimizi bəyan edirik. Vətənə xidmət açıqlamasına qatılırıq. Polisləri Paşinyanın qanundankənar göstərişlərini yerinə yetirməməyə, vətəndaşlara qarşı güc tətbiq etməməyə səsləyirik. İctimaiyyəti təxribatlara getməməyə, məğlubiyyətə uğramış hakimiyyətin müddətini uzatmağa hesablanmış addımlar atmaqdan uzaq durmağa çağırırıq. Ölkədə yaranmış bu vəziyyətdən tək çıxış yolu hakimiyyətin istefa verməsidir. Hal-hazırkı iqtidarı ölkədəki vəziyyəti daha da gərginləşdirmədən sülh yolu ilə vəzifəsini tərk etməyə səsləyirik” deyə, açıqlama verib.

Paşinyan hakimiyyətə gəldiyi gündən bu vaxtadək ölkə kəşfiyyatında çalışan 17 yuxarı vəzifəli şəxsi işindən azad edib.

Bu şəxslərdən Qarabağ klanı ilə birlikdə Beynəlxalq Təhlükəsizlik Xidmətinin (BTX) sabiq işçiləri hal-hazırda vəzifədə olan əməkdaşlarına orduya dəstək vermələri üçün çağırışlar edib: “BTX-nin bütün yuxarı rütbəli zabitlərinə və işçilərinə! Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən 9 noyabr 2020-ci il tarixdə imzalanan müqavilədən sonra hökumətin atdığı addımlar təkcə hökumətin qarşısında duran problemləri həll edə, təhlükəsizlik sistemini yenidən quraraq, gücləndirə bilmədiyini deyil, eyni zamanda, idarəçiliyin ziddiyyət içərisində olduğunu da göstərdi. Bütün bu addımlar hərbi əməliyyatlar nəticəsində dərin böhran içində olan ölkənin dağılmasına səbəb olur. Bir neçə ay əvvəl BTX-nin yuxarı vəzifəli işçilərindən olan bizlər müxalifəti güc yolu ilə yatırmaq siyasətinin daxili siyasi vəziyyəti daha da gərginləşdirəcəyini və cəmiyyətdə bölünməni dərinləşdirəcəyi düşüncəsi ilə xəbərdarlıq edərək, çağırış etmişdik. Təəssüf ki, bizim xəbərdarlıqlarımız rədd edildi. Bu gün isə vətəndaş müharibəsinin astanasındayıq” deyə bildirərək, ölkədəki kəşfiyyat strukturlarını yönləndirməyə çalışıb.

Paşinyanın çətin seçimi

Reallıq budur ki, indi Paşinyan çox çətin bir qərar vermə mərhələsindədir. Çevrilişə qarşı küçələrdən çəkilməyərək, Prezident Armen Sarkisyanı devirməyə çalışa bilər. Ancaq belə vəziyyətdə ABŞ vətəndaşı olan Armen Sarkisyanın devrilməsinə ABŞ-ın hansı reaksiyanı göstərəcəyi məlum deyil. Digər tərəfdən, Qarabağ klanı və Rusiyayönümlü hərbçilərin təzyiqi ilə seçkilərə getsə, çox ciddi səs itkisinin olacağı bilinəndir. Bir jurnalist dostum Paşinyanın hələ də 40% dəstəyə sahib olduğunu bildirir.

Hal-hazırda Ermənistanda 2 milyon 900 minə yaxın erməni yaşayır. 3 milyona yaxın erməni isə Rusiyada yaşayır. ABŞ və Avropa ölkələrində də kifayət qədər yaşayanlar var. Ermənistan cəmiyyəti əsasən özünə qapalı bir cəmiyyətdir və ölkə xaricinə getmə tərəfdarları deyillər. Ancaq iqtisadi şərtlər onları xaricə yönəlməyə vadar edir.

Diasporanın maddi dəstəkləri Yerevan rəhbərliyini bu günə qədər ayaqda saxlayırdı. İndi SSRİ-nin dağılmasından bu günə qədər hələ də özünü bərpa edə bilməyən Ermənistan yeni bir böhranın astanasındadır. Üstəlik, bu dəfə vətəndaş müharibəsi ehtimalı da var.

Tərümə Strateq.az-ındır.