XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 12:37

Sarkisyanı heyrətləndirən Azərbaycan “kamikadze”si:Ölkəmiz onu İsraildən alıbmış

Ermenistan İHA'larla vuruldu

 

Azərbaycan, torpaqlarını işğal edən erməni hərbi qüvvələrini İsrail istehsalı olan pilotsuz təyyarələrlə vurub.

Strateq.az xəbər verir ki, bu iddianı “Washington Post” qəzeti irəli sürüb.

Qəzetin bildirdiyinə görə, son texnologiya məhsulu olan bu"kamikadze"lərin adı “IAI Harop”dur. Xəbərin müəllifi döyüş meydanından çəkilən videoları incələyərək bu qənaətə gəlib.

Xatırladaq ki, avtobusla Ağdərə rayonuna döyüşə gedən Sünik dəstəsinin könüllüləri bu pilotsuz təyyarə ilə vurulmuşdu. Könüllüləri aparan avtobusu təsbit edən “uçan kamikadze” nəqliyyat vasitəsinin üzərinə şığıyıb onunla toqquşduqdan sonra özünü partlatmışdı. Məlumata görə, hücum nəticəsində ən azı 6 erməni könüllüsü öldürülmüşdü.

Azərbaycanın sahib olduğu bu texniki avadanlıq hətta Ermənistan prezidenti Sarkisyanı da heyrətləndirmişdi. Sarkisyan Almaniyanın baş naziri Angela Merkellə bərabər keçirdiyi mətbuat konfransında heyrətini gizlədə bilməmiş, Azərbaycanın yüksək texnologiyalı silahlardan istifadə etdiyini demişdi.

“Washington Post”-un məlumat təsdiqlənərsə, Ermənistan liderlərini "uçan kamikadze"lərdən daha çox qorxuya salan başqa bir detal ortaya çıxacaq. Bu da Azərbaycan Silahlı Qüvvələrinin İsrail və onun strateji müttəfiqləri tərəfindən silahla təchiz olunması faktıdır. 

Bəzi mülahizələrə görə, Rusiya tərəfindən ortaya çıxarılan erməni-Azərbaycan konfliktinin əsas səbəblərindən biri Cənubi Qafqazın NATO-ya inteqrasiyasının önünü kəsməkdir. Həqiqətən də, Rusiya bu məsələdə öz məqsədinə çatmış kimi görünürdü. Ermənistanla Azərbaycan arasında konflikti əsas gətirən NATO bu müttəfiqliyə isti baxmadığı kimi, ABŞ və digər ittifaq üzvləri də ölkəmizə silah satmırdılar. Məcburən, ordusunun təchizatında Rusiya istehsalı olan silahlara yönələn ölkəmiz həm rus hərbi sənayesini gücləndirir, həm də hərbi-texniki üstünlük sarıdan erməniləri üstələyə bilmirdi. Rusiya bizə pulla satdığı silahların eynisini, hətta daha artığını ermənilərə müftə hədiyyə edərək, balansı hər zaman qorumağa, yaxud qarşı tərəfin lehinə dəyişdirməyə çalışırdı. Nəticədə sonu görünməyən konflikt bölgəni Moskvanın nəzarəti altında saxlayırdı.

Azərbaycan ordusunun təchizatında dünyanın aparıcı silah sənayesinə malik olan İsrail istahsalı olan silahların mövcudluğu həyata keçirilən bu siyasətin "xam xəyal" olduğundan xəbər verir. Məsələyə bu aspektdən yanaşanda Sarkisyanın niyə heyrətləndiyi aydın olur. Yəqin ki, heyrətlənən təkcə Sarkisyan da deyil…

O da təsadüfi deyil ki, bir müddət əvvəl Ermənistan liderinin bu heyrətini şərh edən Azərbaycan Müdafiə Nazirliyinin sözcüsü Vaqif Dərgahlı ordumuzun müasir texniki gücüylə düşmənlərə hələ çox sürprizlər edəcəyini bildirmişdi. Sözcünün etirafı Azərbaycanın ortaya qoyduğundan daha böyük silahlı gücə sahib olduğunu, Rusiya və Ermənistanın hesablarını düzgün aparmadıqlarını göstərir.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə