XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 13:24

Rusiyadan ABŞ-a göz dağı:NATO gəmilərini vurmaq üzərində məşq

 

tatbikat

Rus donanması Krımda keçirdiyi təlimdə NATO gəmilərini məhv etmək məşqi aparır”.

Strateq.az xəbər verir ki, bu məlumatı Ukrayna Müdafiə Nazirliyinə bağlı Kəşfiyyat Təşkilatı yayıb.

Məlumata görə, 5 Aprel tarixində başlayan manevrə Rusiya Federasiyası Qara dəniz Flotunun Sahil təhlükəsizlik birlikləri qatılıb. Qara dəniz və Azovda keçirilən təlimin mövzusu isə Bolqarıstan Dəniz Qüvvələrinin Varna bazasında yerləşdirilmiş NATO gəmilərini aşkarlamaq və sıradan çıxartmaqdır.

Daha əvvəl də Ukrayna Müdafiə Nazirliyi yanında Kəşfiyyat Təşkilatı Krımda hərbi gücünü artıran Rusiyanın Ukrayna ilə inzibati sərhəddə provokativ manevrlər keçirdiyini açıqlamışdı.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin 31-ci Komando Briqadasını 4 aprel tarixində Krımın Canköy şəhəri yaxınlığında havadan paraşütlə bölgəyə göndərdiyi" bildirilən bu açıqlamada Kəşfiyyat Təşkilatı sözügedən əməliyyatın Herson bölgəsindəki strateji yerləri ələ keçirməklə bağlı ola biləcəyini ifadə etmişdi. Üzərindən bir gün keçəndən sonra Krım bölgəsində başlandığı qeyd olunan yeni təlimin açıq-aşkar NATO qüvvələrini hədəfə alması  da Moskvanın növbəti təxribata hazırlaşdığını təsdiqləyir.

Hərbi təlimin başlanma zamanı xeyli maraqlıdır. Qarabağda uğurlu hərbi əməliyyatlara başlayan Azərbaycana təzyiq edərək, atəşkəsə getməyə razı salan Rusiyanın elə həmin gün Krımda təlimlərə başlaması təsadüfə oxşamır. Görünür, ətrafında yaranan Qərb qövsünü* yarmaq istəyən Rusiya bu “istehkamın” ən cənub “qalası” sayılan Azərbaycandan Ukraynaya qədər bütün cəbhə boyu dünyaya güc nümayişinə başlayıb.

Qarabağdakı təmas xəttində konfliktin yenidən qızışması ərəfəsində rus ordusunun Dağıstana moto-atıcı biriqadasını və 1000-ə yaxın əsgərini göndərməsi bu mənada təsadüfi görünmür və Qərb tərəfindən “cənub qalasına” təhdid kimi qəbul olunmuşdu.

qovs-1

Sirr deyil ki, Azərbaycandan Qara dənizinə qədər olan bu coğrafiya onun sonunu gətirə biləcək “Cənub Qaz Dəhlizi”nin marşrutu üzərində yerləşir. Mümkündür ki, Ermənistanın təcavüzkar mövqeyindən yararlanıb ərazilərdə öz hərbi nəzarətini gücləndirən Moskva NATO-dan hansısa reaksiya gözləyir. Krımda hərbi təlimlər keçirərək və bu təlimdə NATO gəmilərini zərərsizləşdirmək “məşqi” apararaq həm də ona göz dağı vermək istəyir.

NATO-nun və onun əsas hərəkətverici qüvvəsi olan ABŞ-ın bu təxribata necə cavab verəcəyi maraq doğurur.

* :   "Qərb qövsü" daha təfsilatlı məlumatı bu linkdən ala bilirsiniz:

http://strateq.az/manshet/46689/az%C9%99rbaycan-rusiyaya-qarsi-c%C9%99bh%C9%99nin-q%C9%99rb-qovsund%C9%99siyasi-m%C9%99hbuslar-niy%C9%99-azadliga-buraxilir.html

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə