XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

08 Aprel 2016 - 14:07

Azərbaycanın aprel tezisləri –Qarabağ danışıqlarının perspektivi necə görünür? -Təhlil

53. Ðîññèÿ. Ñî÷è. 25 ÿíâàðÿ. Ïðåçèäåíò Àçåðáàéäæàíà Èëüõàì Àëèåâ, ïðåçèäåíò Ðîññèè Äìèòðèé Ìåäâåäåâ è ïðåçèäåíò Àðìåíèè Ñåðæ Ñàðãñÿí (ñëåâà íàïðàâî) íà ðîññèéñêî-àðìÿíî-àçåðáàéäæàíñêèõ ïåðåãîâîðàõ íà âûñøåì óðîâíå ïî âîïðîñó óðåãóëèðîâàíèÿ íàãîðíî-êàðàáàõñêîãî êîíôëèêòà. Ôîòî ÈÒÀÐ-ÒÀÑÑ/ Äìèòðèé Àñòàõîâ 

Qarabağ cəbhəsində  aprelin 2-dən 6-dək davam edən Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatlarının hərbi-strateji nöqteyi-nəzərdən hansı üstünlüklər verdiyi  hamı üçün aydındır.

İlk növbədə Azərbaycan çox  böyük psixoloji qələbə qazandı. Ermənilərin 22 il ərzində qurduğu, möhkəmlətdiyi müdafiə sistemi -"Ohanyan istehkam xətti" bir neçə əks-həmlə ilə  qısa zaman kəsiyində yarıldı. Azərbaycan hərbçiləri Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdilər.  Ağdərə, Füzuli, Cəbrayıl  istiqamələrində əlverişli mövqelər tutuldu.  Bununla da Azərbaycan bütün dünyaya hərbi bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. 

Eyni zamanda ordu quruculuğunda əldə olunan naliyyətlər də sərgiləndi: istər əməliyyatların idarə olunması, ən yeni texnikanın uğurla istifadəsi, istərsə də hərbi birləşmələrin manevrlərini, çox yüksək döyüş ruhunu hər kəs gördü, müvafiq nəticə çıxarmaq imkanı əldə etdi. Dostlar da, düşmənlər də….

4 günlük döyüşlərin siyasi müstəvidə əks-sədası isə artıq aprelin 2-dən eşidilməyə başlandı. Qarabağ münaqişəsi, ermənilərin Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı. Bütün Cənubi Qafqazı silkələyən Azərbaycan ordusunun atəş səsləri dünyanın siyasi güc mərkəzlərini də hərəkətə gətirdi…
 

Hazırda Azərbaycan cəmiyyətini bu suallar düşündürür: bəs bundan sonra Qarabağ danışıqları hansı məcrada aparılacaq? Azərbaycan üçün hansı yeni imkanlar açıla bilər? Ermənistan, nəhayət ki, sülh danışıqlarının uğurla nəticələnməsi üçün addımlar atacaqmı?

 

Yenilənmiş “Madrid prinsipləri” və “Lavrov planı”

 

İlk növbədə qeyd edək ki,  sülh danışıqlarının davam etməsi və vasitəçilərin müxtəlif  formatlarda tərəflərlə müzakirəyə başlamasının özü müsbət amildir. Danışıqlar masasında ən son yenilənmiş “Madrid prinsipləri” müzakirə olunmuşdu. Daha sonra ötən ilin sentyabrında Rusiya XİN başçısı Sergey Lavrov tərəflərə yeni təkliflər  təqdim etmişdi. Bu təkliflərin detalları məlum olmasa da,  çox böyük ehtimalla, o, "Madrid prinsipləri"nin modifikasiya edilmiş variantıdır.

“Madrid prinsipləri”  ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə təqdim etdikləri saziş planıdır.

Planda:

– İlk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələrin çıxarılması;

– Beş rayonun dərhal, iki rayonun – Kəlbəcər və Laçının müəyyən müddətdən sonra qaytarılması (Təkliflərdə beş il müddət nəzərdə tutulumuşdu);

– Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhlizin fəaliyyət göstərməsi;

– Əvvəllər işğal olunmuş ərazilərin demilitarizasiyası;

– Beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi;

– Minalarm təmizlənməsi, yenidənqurma işlərinin görülməsi və münaqişənin təsirini aradan qaldırmaq üçün tədbirlərin görülməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması prosesinin sürətləndirilməsi;

Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulurdu.

 

Azərbayca müəyyən şərtlər təklif etməklə, əsasən bu plana razılıq vermişdi. Amma vasitəçilərin səylərinə baxmayaraq, Yerevanı razı salmaq mümkün olmamışdı.

Çox böyük ehtimalla, indiki mərhələdə Rusiyanın da təklifləri nəzərə alınmaqla, bu plan üzərində danışıqların nəticəyə bağlanması məsələsi aktuallaşcaq.

Hazırda Azərbaycan ordusunun uğurlu əməliyyatları bu planın reallaşması üçün daha əlverişli zəmin yaradıb. 

Şübhəsiz ki, Bakı üçün münaqişənin hər hansı formada deyil, məhz ədalətli həlli əsasdır. Azərbaycanın prioritetləri isə bəllidir: 

1. Azərbaycan torpaqlarında ikinci erməni dövləti yarana bilməz! Yəni, Dağlıq Qarabağın muxtar statusu Azərbaycan Konstitusiyası çərçivəsində olmalıdır. 

Məlumdur ki, status məsələsində ermənilər çox böyük tələblər irəli sürürlər. Və elə tələblər ki, bu, Azərbaycan torpaqlarında faktiki olaraq ikinci erməni dövlətinin meydana gəlməsi deməkdir.

2. Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların hamısı qeyd-şərtsiz qaytarılmalıdır. Bakı Ermənistanla Dağlıq Qarabağda məskunlaşmış ermənilərin əlaqəsinin təmin olunması üçün Laçın dəhlizinin fəaliyyət göstərməsinə tərəfdar çıxır. Amma çox vacib bir şərtlə – dəhliz ancaq humanitar məqsədlərlə istifadə oluna bilər.

3. Davamlı sülh üçün münaqişə bölgəsində beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir. Bu məsələdə Azərbaycan üçün beynəlxalq sülhməramlı qüvvələr kontingentinin tərkibinin müəyyənləşməsi və manadatı çox mühümdür. Azərbaycan üçün həssas məsələ Türkiyənin və daha çox neytral ölkələrin təmsilçiliyidir.  Eyni zamanda sülhməramlılar üçün elə mandat müəyyənləşməlidir ki,  Azərbaycanın suverenliyi üçün heç bir sual yarana bilməsin.

Şübhəsiz ki, yalnız bu şərtlər daxilində sülh planının hazırlanması Azərbaycanın maraqlarına cavab verir.

 

Azərbayan sülh danışıqlarının alternativini əyani nümayiş etdirə bildi

 

Azərbaycan Ordusu uğurlu əks-həmləyləvnümayiş etdirdi ki, Bakı  son zərurət kimi müharibəyə başlasa, uduzanlar çox olacaq.

Rəsmi Bakı göstərdi ki, Azərbaycanı razı salmaq, ermənilərin ambisiyalarını cilovlamaq böyük güclər, regionda marağı olan böyük dövlətlər üçün daha məqbul variantdır.

Ermənistanı açıq dəstəkləmək, hərbi yardım etmək də 90-cı illərdə olduğu kimi asan olmayacaq. Bu, çox böyük risklər yaradır.  Hətta Avrasiya İttifaqında təmsil olunan ölkələrin mövqeyi belə göstərdi ki, Yerevan təklənib. Rusiya bu müttəfiqlərinin, həmin ölkələrdə yaşayan müsəlmanların, Azərbaycanı açıq müdafiə edən dövlətlərin mövqeyini nəzərə almaya bilməz.

Avropa İttifaqı ölkələri də qonşu regionda müharibədə maraqlı deyillər. Azərbaycana qitənin enerji təhlükəsizliyində mühüm rol ayrılıb…

Bütün bunlar indiki məqamda Qarabağ nizamlanması çərçivəsində danışıqların davam etdirilməsi üçün yaxşı imkanlar açır.  Azərbaycan bu imkanlardan yararlanmağa çalışmalı və növbəti dəfə danışıqlar masasında öz qüvvəsini sınamalıdır.

Alınmasa, ermənilər konstruktiv mövqe tutmasalar, Azərbaycan alternativini aprelin ilk günlərində artıq ortaya qoydu…

Keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyan bunu ötən əsrdə – 90-cı illərin sonunda başa düşmüşdü.

 

Zaur İBRAHİMLİ

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə