XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 15:50

Putinlə bağlı sensasion iddia:"Avropada özünə gizli döyüşçülər yetişdirir"

putin

Almaniyanın «Bild» qəzetində Rusiya prezidenti Vladimir Putinlə bağlı sensasion iddianın yer aldığı məqalə dərc edilib. Rusiya üzrə ixtisaslaşmış alman ekspert Boris Raytşusterin «Putinin gizli savaşı» kitabından da istifadə olunan məqalədə Putinin Qərbdə özünün xüsusi hərbi birləşmələrini yerləşdirməsindən bəhs olunur. 

Təkcə Almaniyada 300 üzvü var

Müəllif yazır ki, bu birliklər istənilən vaxt Kremlin göstərişlərini yerinə yetirməyə hazırdır. Söhbət, Avropada rus hərb sənətinin tədris olunduğu «Sistem» adlı hərbi məktəblərdə yetişən dəstələrdən gedir.

Bu məktəblərdə Rusiya xüsusi təyinatlılarının istifadə etdiyi metodlar tədris olunur. Tədrisi aparanlar da əsasən idmançılardır: «Putin həm Almaniyada, həm də Avropanın digər ölkələrində bu cür gizli döyüşçülər yetişdirir. Bu dəstələr Putinin Avropaya qarşı gizli savaşda arxayın ola biləcəyi əsas qüvvədir. Qərbin xüsusi xidmət orqanları 2015-ci ildə üzə çıxarmışdı ki, təkcə Almaniyada bu dəstənin 300 üzvü var. Onların arasında əsgərlər, polislər, məhkəmə işçiləri, Almaniya Federal Polisinin xüsusi təyinatlıları da var".

Kremlin "Sistem"i 

"Sistem"in döyüşçüləri İçveçrə Alpında və Çexiyada məşhur «Gecə canavarları» ilə birgə təlimlər keçirlər. Dəstənin üzvlərini ixtisas artırma adı altında mütəmadi olaraq Rusiyaya göndərirlər. Təlimlərdə silah və partlayıcı qurğulardan istifadə də öyrədilir. 

Qərb xüsusi xidmət orqanlarının təhlilləri göstərir ki, «Sistem»in məqsədi hədəf zonalarında narahatlığı və  özünə inamsızlığı təlqin etmək, gələcək elitaya nüfuz edib onu ələ almaq, siyasi və ictimai proseslərə təsir imkanına malik olmaq, qeyri-demokratik ideyaları yaymaq və bu kimi başqa fəaliyyətlər həyata keçirməkdir.

«Bild»in məlumatına görə, "Sistem" tərəfdarları arasında Avropada İslama qarşı fəaliyyətləri ilə tanınan məşhur «Pegida» hərəkatının üzvləri də var. 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə