XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2015 - 16:12

SƏRDAR CƏLALOĞLU NAMAZ QILMAĞA BAŞLADI (ÖZƏL)

serdar.jpg

Daim qalmaqallı açıqlamalrı ilə cəmiyyətin yadında qalan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu indi də namaz qılmağa başlayıb. Bu barədə Strateq.az-a məlumatı ADP-dəki etibarlı qaynaq verib. Mənbənin dediyinə görə, Sərdar Cəlaloğlu şiələr kimi namaz qılır və bir neçə gündür ki, işə dindar papağı geyinərək gəlir.

Bayram günləri olduğu üçün, məlumatı Sərdar Cəlaloğlunun özü ilə dəqiqləşdirə bilmədik.

Qeyd edək ki, bu günlərdə ADP sədri Strateq.az-a verdiyi geniş müsahibədə dini araşdırmalarla məşğul olduğunu bildirib. ADP sədri həmin müsahibədə bütün səmavi dinlərdə böyük təhriflərə yol verildiyini, hətta bu bidətlərin İslamdan da, yan keçmədiyini bəyan edib.

STRATEQ.AZ