XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2015 - 18:12

İran “Qədir” raketinin nümayişi ilə kimə və nə mesaj verdi?

İran'dan yeni seyir füzesi

Xəbər agentliklərinin yaydığı məlumata görə, İran bu gün öz istehsalı olan qanadlı raketini nümayiş etdirib. “Qədir” adlanan bu raketin 200 km məsafəni vurmaq qabiliyyəti var.

Qeyd edək ki, İran bundan daha uzunmənzilli raketlərə malikdir. Məsələn, bir neçə il əvvəl onun dünya ictimaiyyətinə tanıtdığı “Şahab-3” raketi 2000-3000 km məsafəni rahatlıqla vura bilir. İndiyə qədər İranın ən strateji silahı sayılan “Sahab-3”-ün ən önəmli cəhəti onun mənzili ilə bağlıdır. Rəsmi Tehran bu raket vasitəsilə bütün İsrail hərbi obyektlərini vura biləcəyini gizlətmir və faktiki olaraq Tel-əvivi təhdid edirdi. “Şahab-3”-lə müqayisədə “Qədir”-in mənzili xeyli qısadır. O zaman sual yaranır – qonşumuz yeni istehsal etdiyi bu raketini niyə nümayiş etdirir? Bununla kimə və nə mesaj verir?

Zənnimizcə, “Qədir” raketini əhəmiyyətini onun qanadlı olmasında axtarmaq lazımdır. Belə ki, qanadlı raketlər daha alçaqdan uçduğundan radara yaxalanmırlar.

Xatırladaq ki, 2006-ci ildə İsrail-Livan savaşında sadəcə “Katyuşa”yla silahlanan Hizbullah sionist rejiminə əməlli-başlı qan uddurmuşdu. Bəzi hərbi akspertlərin dediyinə inanasaq, hətta bu savaşı Livan Hizbullahının hesabına yazmaq olar. Hizbullahın əsas gücü isə “Katyuşa”ların da alçaqdan uçduğuna görə radara yaxalanmaması idi. Necə ki, qanadlı raketlər də bu xüsusiyyətə malikdirlər, üstəlik, hədəfi daha dəqiq nişan ala və atom başlıqları daşıya bilirlər.

Görünür, İran bu raketini nümayiş etdirməklə istənilən qüvvə ilə yaxından döyüşə hazırlaşdığını və çətin vəziyyətdə qalarsa, nüvə silahından istifadə etmək potensialını göstərir. Qeyd edək ki, bir neçə gün öncə Pentaqonun Sakit okean Komandanlığının rəhbəri Vincent Brooks Yaxın Şərqə THAAD raketdənmüdafiə sistemi qurulmasının vacibliyinə toxunmuşdu. ABŞ generalının ünvan göstərməsə də, İrandan gələn təhlükəyə qarşı bu cür bəyanatla çıxış etdiyi sanılırdı.

Bəlkə də rəsmi Tehranın “Qədir” raketini nümayiş etdirməsi həm də bu təhdidə verilmiş cavabdır. çünki, bütün raketdənmüdafiə sistemləri radara bağlı olduğundan alçaq uçan raketləri zərərsizləşdirə bilmirlər və onları sıradan çıxarmağın yolu bu cür qanadlı raketləri işə salmaqdır.

Heydər Oğuz




Yuxarı Əvvələ Ana Səhifə