XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 00:21

Türkiyədən İrana sünni “silləsi”:İstanbul sammiti “məzhəb müharibəsinə davam” qərarı verdi!

IET

 

İstanbulda iki gün davam edən İslam Əməkdaşlıq Təşkilatı Zirvəsinin bəyannaməsi məzhəblərarası dialoq gözləntilərinin üstündən xətt çəkib.

Strateq.az-ın məlumatına görə, İstanbul bəyannaməsində Tehran hakimiyyəti açıq-aşkar ittiham olunur. Bildirilir ki, İranın etirazlarına baxmayaraq, ev sahibi olan Türkiyənin təşəbbüsüylə bu maddələr bəyannaməyə salınıb.

Sabah yayınlanacağı gözlənilən bəyannamədə İran, ən azı, 4 maddədə hədəfə alınaraq, təqsirləndirilir: Yəmən, Bəhreyn, Somali və Suriyanın daxili işlərinə qarışmaqda, terrorizmi dəstəkləməkdə, Məşhəd və Tehrandakı Səudiyyə Ərəbistanı diplomatik nümayəndələrinə qarşı zorakılığa göz yummaqda və sairə.

Təfsilatı tam açıqlanmayan bəyannamədə, İrandan bu fəaliyyətlərə son verməsi tələb olunur.

Toplantıdan sızdırılan məlumatlara görə, İran digər islam dövlətləri ilə yaxşı əlaqələr qurmağa, onların daxili işlərinə qarışmamağa, qarşılıqlı hörmətə söykənən mövqe sərgiləməyə, başqa ölkələrlə problemlərini İƏT, BMT və digər beynəlxalq təşkilatların hakimliyi, hüquq və qanunlar işığında həll etməyə çağrılıb.

Səudiyyə kralı Salmanın sammitin sonunu gözləmədən Türkiyədən ayrıldığı da xəbər verilir. Kralın hansı səbəbdən bu addımı atdığı isə bilinmir.

 

Heydər

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə