XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 09:30

Avrasiya ölkələrinin spikerləri Moskvaya yığışır:19 ölkə antiterror koalisiyasını müzakirə edəcək

 

spiker

Moskvada bu gün Avrasiya ölkələrinin parlament sədrlərinin birinci iclası keçirləcək.

Strateq.az bildirir ki, 19 ölkənin qatıldığı bu tədbirdə Azərbyacan da iştirak edəcək.

Bundan əlavə iclasa Ermənistan, Belarus, Əfqanıstan, Vyetnam, İran, Qazaxstan, Çin, Kamboca, Pakistan, Koreya, Rusiya, Tailand, Fillipin, Çexiya qatılacaq.

Dövlət Dumasının rəsmi saytında qeyd olunur ki, toplantı iştirakçıları parlamentlərarası əlaqələrin inkişafı, siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Regionda sülh və sabitliyin möhkəmlənməsi ilə bağlı ayrıca mövzu müəyyən olunub.  

Müzakirələrdə terrorla mübarizə üçün geniş antiterror koalisiyasının yaradılması üçün əməkdaşlıq mövzusunun da qaldırılması planlaşdırılır. Bundan əlavə iştirakçılar Avrasiya İttifaqı, ŞOS, ASEAN birliklərində inteqrasiya proseslərini müzakirə edəcək.

 

 




Yuxarı Əvvələ Ana Səhifə