XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 17:25

ABŞ-ın məşhur strateqi yeni dünya nizamından yazdı:"Ya Rusiya, ya Çin!"

bjezinski

Zbiqnev Bjezinski

The American Interest (ABŞ), 20.04.2016

 

Qarşıdakı kürəsəl yenidən tərtiblənmə haqda işlərin – kürəsəl siyasi güclərin yenidən bölüşdürməyinə və Yaxın Şərqdə sürətli siyasi oyanışa işarə edən beş əsas gerçəkliyin əsil durumu üzrə fikir yürütmək olar. Bu gerçəkliklərdən birincisi budur ki, ABŞ siyasi, iqtisadi və hərbi baxımdan əvvəlki kimi ən güclü dövlət olaraq qalır, lakin qüvvələrin bölgəsəl mürəkkəb geopolitik dəyişikliklərini nəzərə almaqla Birləşmiş Ştatlar dünya miqyasında daha ən güclü qüvvə deyil. Lakin həmçinin digər əsas dövlətlərdən də heç biri bu cür deyil.

İkinci gerçəklik bundan ibarətdir ki, Rusiya hazırda imperiya involyusiyasının (müəyyən orqanizmin və ayrı-ayrı orqanların fizioloji xassələrinin tərsinə inkişafı, əvvəlki vəziyyətə qayıtması – tərc.) və mərkəzsizləşmənin axırıncı qıcolma mərhələsindən keçir. Proses ağrılıdır, lakin onu bildirmir ki, Rusiya (ağıllı hərəkət edəcəksə) son nəticədə Avropanın aparıcı milli dövləti olmaq imkanından məhrumdur. Düzdür, hazırda heç nədən münasibətləri korlayır və nə zamansa İslam güney-qərbindəki nəhəng imperiyasının keçmiş subyektlərini, həmçinin Ukrayana, Belorus və Gürcüstanı özündən kənara itələyir – hələ Baltik ölkələrini demirik.

Üçüncü gerçəklik budur ki, Çin ABŞ-ın gələcəck bərabər və mümkün rəqibi qismində (əvvəlkindən ləng olsa da) durmadan inkişaf edir, lakin hələlik Birləşmiş Ştatlara açıq meydan oxumamağa çalışır. Deyəsən, Çin hərbi planda yeni nəsil silahlar sahəsində irəliləyişə cəhd edir və bununla belə, əvvəlki kimi məhdud hərbi-dəniz qüvvələrini təkidlə möhkəmləndirir.

Dördüncü gerçəklik budur ki, Avropa hazırda kürəsəl güc deyil və çətin ki, gələcəkdə bu cür olsun. Lakin planetin rifahını, hətta bəşəriyyətin varlığını təhdid edən beynəlxalq təhlükələrə qarşı təşəbbüsü öz üzərinə götürüb konstruktiv rol oynaya bilər. Bundan başqa, Avropa siyasi və mədəni planda ABŞ-ın müttəfiqidir və onun  Yaxın Şərqdə  əsas maraqlarına dəstək verir. Avropanın NATO çərçivəsində mətinliyi isə gələcəkdə Rusiya-Ukrayna böhranının konstruktiv həlli üçün əsaslı əhəmiyyət kəsb edir.

Beşinci gerçəklik bundan ibarətdir ki, müstəmləkəsonrası müsəlman ölkələrində hazırda baş verən siyasi oyanış bəzən onların əsasən Avropa dövlətləri tərəfindən qəddar şəkildə boğulmasına qarşı qismən gecikmiş reaksiyadır. Bu reaksiya gecikmiş, lakin güclü ədalətsizlik duyğusunu və müsəlmanların əksəriyyətini xarici dünyaya qarşı birləşdirən dini motivləşməni ehtiva edir. Lakin eyni zamanda İslamda tarixən formalaşmış və Qərbə heç bir dəxli olmayan təriqətçilik pərakəndəliyi üzündən şərtlənmiş tarixi inciklik və etirazlar da İslamda fikir ayrılığı doğurur.

Vahid təməl kimi yekun götürülən bu beş gerçəklik bizə ondan xəbər verir ki, ABŞ qüvvələrin kürəsəl tarazlığını dəyişmək üzrə təşəbbüsü elə şəkildə öz üzərinə götürməlidir ki, müsəlman dünyasında meydana çıxan və bəzən onun hüdudlarından kənara aşan zorakılığı dünya düzənini pozmadan önləmək imkanı olsun. Biz yuxarıda göstərilən beş gerçəkliyin hamısını nəzərə almaqla strategiya hazırlayıb bu yeni arxitekturanı ümumi şəkildə təsvir edə bilərik.

Birincisi, Amerika başqalarından savayı Rusiya və Çinin də müxtəlif dərəcədə iştirak edəcəyi koalisiya yaratsa, Yaxın Şərqdəki zorakılığa qarşı effektli şəkildə hərəkət edə bilər. Belə bir koalisiyanı yaratmaqdan ötrü əvvəlcə Rusiyanı öz qonşularına – xüsusən də Ukrayna, Gürcüstan və Baltik ölkələrinə qarşı birtərəfli qaydada zor tətbiq etməkdən imtinaya inandırmaq lazımdır. Çini isə Yaxın Şərqdə inkişaf edən bölgə böhranı şəraitində təkəbbürlü passivliyin beynəlxalq arenada onun iddialarının gerçəkləşdirilməsi üçün siyasi və iqtisadi baxımdan əlverişli olacağı fikrindən döndərmək lazımdır. Hər iki ölkənin bu bəsirətsiz siyasətini başqa məcraya yönəltmək və onu daha ehtiyatlı etmək lazım gəlir.

İkincisi, Rusiya özünün bütün tarixi ərzində ilk dəfə milli dövlətə çevrilir ki, bu da müstəsna dərəcədə önəmlidir və eyni zamanda ciddi şəkildə qəbul edilmir. Çar imperiyası çoxmillətli, lakin siyasi baxımdan passiv əhalisi ilə I Dünya savaşı illərində öz varlığını dayandırdı və onun yerində bolşeviklərin yaratdığı, hakimiyyətin faktiki olaraq Rusiyaya məxsus olduğu milli respublikaların guya könüllü birliyi (SSRİ) meydana çıxdı. 1991-ci ilin axırında SSRİ-nin dağılması tezliklə onun varisi qismində əhalisi əsasən ruslar olan dövlətin yaranmasına və keçmiş SSRİ “respublikaları”nın formal müstəqil dövlətlərə çevrilməsinə səbəb oldu. Hazırda bu dövlətlər öz müstəqilliklərini möhkəmləndirir, Çin və Qərb isə Rusiyanın ziyanına olaraq bu gerçəklikdən müxtəlif bölgələrdə və hərəsi özünəməxsus şəkildə istifadə edir. Bununla belə, Rusiyanın gələcəyi birləşmiş Avropanın tərkibində önəmli və nüfuzlu milli dövlət olmaq bacarığından asılıdr. Bu, baş verməsə, onda Moskvanın keçmişdə Pekinə sırıdığı “qeyri-bərabər hüquqlu” müqavilələri ləğv etməyə (gücü artdıqca) getdikcə daha çox can atan Çinin artan ərazi-demoqrafik basqısına qarşı Rusiyanın duruş gətirmək qabiliyyətinə son dərəcə mənfi təsir edəcək.

Üçüncüsü, Çinin kəskin iqtisadi yüksəlişi ölkədən ciddi və davamlı səbir və sürətli siyasi nəticələrin əldə edilməsinə səylərin sosial problemlərin meydana çıxmasına gətirib çıxara biləcəyini anlamaq tələb edir. Lap yaxın gələcəkdə Çin üçün ən yaxşı siyasi perspektiv hazırda Yaxın Şərqin hüdudlarından kənara yayılan kürəsəl böhan kimi prosesləri cilovlamaq məsələsində ABŞ-ın əsas tərəfdaşı olmaqdır. Bu böhran lokallaşdırılmasa, yayılacaq və Rusiyanın şərq bölgələrini, həmçinin Çinin qərb ərazilərini bürüyəcək. Çinin bölgəsəl geopolitik fəaliyyətinin yerli hədəfləri Mərkəzi Asiyanın gənc respublikaları və xüsusən də İranla (onun gücü və strateji təyinat vasitələri, iqtisadi rolu nəzərə alınmaqla) daha sıx əlaqələrdir. Lakin bu, kürəsəl Çin-Amerika sazişlərinin də hədəfi olmalıdır.

Dördüncüsü, yerli silahlı birləşmələrin tutulmuş ərazilərin bölgüsündə imtiyazlara malik olacağına bel bağlayana qədər və eyni zamanda ekstremistlərə ayrı-seçkili yardım göstərilənədək Yaxın Şərqdə nisbi sabitliyi bərpa etmək mümkün olmayacaq. Onların vəhşilik etmək bacarığını ABŞ, Ruisya və Çinin getdikcə daha səmərəli və öz növbəsində bölgə üçün daha ənənəvi formalaşmış dövlətlərin (yəni İran, Türkiyə, İsrail və Misir) qüvvələrindən ağıllı şəkildə istifadə etməklə qarşılıqlı fəaliyyəti nəticəsində cilovlamaq mümkün olacaq. Həm də bu dövlətlər Avropa tərəfdən daha seçkin kömək almalıdır.

Səudiyyə Ərəbistanı adi şəraitdə bu siyahıda ciddi oyunçu ola bilərdi, lakin Səudiyyə hökumətinin (hətta ölkədə modernləşmə üzrə əzəmətli fəaliyyət həyata keçirdiyi bir vaxtda) vəhhabi fanatizmini bundan sonra da dəstəkləməyə bu günki meylliliyi Səudiyyə Ərəbistanının bölgədə ciddi konstruktiv rol oynamaq bacarığına ağır şübhələr doğurur.

Beşincisi, Qərb ölklərinin hüdudlarından kənarda siyasətdə yenidən fəallaşmış kütlələrə xüsusi diqqət ayrımaq lazım gəlir. Uzun müddət ərzində siyasi təqiblərə məruz qalmış insanların yaddaşı Yaxın Şərqdə kəskin və coşqun, islamçı ektremistlərin qızışdırdığı oyanışa səbəb olur. Lakin istisna deyil ki, bu gün Yaxın Şərqdə baş verənlər gələcəkdə Afrikada, Asiyada və hətta Qərb yarımkürəsinin müstəmkləkəöncəsi xalqları arasında meydana çıxacaq daha böyük hadisənin yalnız başlanğıcıdır. Müstəmləkəçilər və onlarla əlaqəsi olan, əsasən Qərb ölkələrindən gəlmiş sərvət axtaranlar tərəfindən onların yaxın əcdadlarının sistemli şəkildə qətlə yetirilməsi son iki yüz ildə miqyasına görə yüz minlərlə və hətta milyonlarla insanın qurban getdiyi nasistlərin II dünya savaşındakı cinayətləri ilə tutuşdurulan müstəmləkə xalqlarının məhv edilməsi oldu. Gecikmiş qəzəb və hüznlə siyasi inamın çulğaşması hazırda üzə çıxan və qisas tələb edən qüdrətli qüvvədir – həm də təkcə müsəlman Yaxın Şərqində yox, çox ehtimal ki, onun hüdudlarından kənarda.

Bir çox məlumatları dəqiqlşdirmək mümkün deyil, lakin ümumən və bütövlükdə adam şoka düşür. Yalnız bir neçə misal gətirmək yetər. XVI əsrdə İspaniyanın ilk kəşf edənlərinin gətirdiyi xəstəliklər üzündən çağdaş Meksikanın ərazisində yaşamış asteklər imperiyasının əhalisi 25 milyondan, təqribən, bir milyonadək azaldı. Şimali Amerikada da yerli əhalinin, təxminən, 90%-i bu qayda ilə avropalı köçkünlərlə təmasın ilk beş ilində öldü. Əsasən, xəsətlik üzündən. XIX əsrdə müxtəlif müharibələr və əhalinin məcburi köçü nəticəsində daha 100 min nəfər öldü. Hindistanda 1857-ci il sipaylar üsyanına görə tutulan divan nəticəsində britanlar bir milyonadək dinc sakini öldürdülər. Britaniyanın Ost-İndian şirkətinin Hindistan plantasiyalarını sonradan əsasən Çinə sırınan tiryək yetişdirməkdən ötrü istifadə etməyi birinci və ikinci Tiryək müharibələrinin birbaşa qurbanlarını saymasaq, milyonlarla insanın vaxtsız ölümünə səbəb oldu. Şəxsən Belçika kralı II Leopolda məxsus Konqoda 1890-1910-cu illərdə 10-15 milyon adam öldürüldü. Son hesdablamalara görə, Vyetnamda 1955-1975-ci illərdə bir milyondan üç milyonadək dinc sakin öldürülüb.

Müsəlman dünyasına gəlincə, 1864-1867-ci ilərdə Rusiya Qafqazında yerli çərkəzlərin 90%-i köçürüldü, 300 mindən 1,5 milyona qədər adam isə aclıqdan öldü və yaxud öldürüldü. 1916-1918-ci illərdə Rusiya hökumətinin 300 min müsəlman türkü Orta Asiya dağlarından Çinə deportasiyası zamanı on minlərlə müsəlman qətlə yetirildi. 1835-1840-cı illərdə işğalçı Hollandiya İndoneziyada 300 minə yaxın dinc sakini qətlə yetirdi. Əlcəzairdə birinci vətəndaş müharibəsindən sonra 1830-1845-ci illərdə fransızların vəhşiliyi nəticəsində 1,5 milyon əlcəzairli – ölkə əhalisinin, demək olar, yarısı aclıq və xəstəlikdən həlak oldu. İtaliyalılar qonşu Liviyada sakinləri Kirenaikidə konslagerlərə göndərirdilər və nəticədə 1927-1934-cü illərdə 80 mindən 500 minədək insan qırıldı. Lap bu yaxınlarda 1979-1989-cu illərdə sovet qoşunları Əfqanıstanda bir milyona yaxın dinc sakini qətlə yetirdi, iyirmi il sonra isə Amerika hərbçiləri Əfqanıstandakı 15 illik müharibənin gedişində 26 min dinc sakini qırdılar. ABŞ və müttəfiqləri son 13 ildə İraqda 165 min dinc sakini məhv etd.

Bu qanlı cinayətlərin miqyasından daha çox Qərbin bunları necə tez unutduğu daha çox şok yaradır.

Müasir müstəmləkəsonrası dünyada yeni tarixi ritorika səslənməyə başlayır. Müsəlman ölkələri və başqaları Qərbə dərin kin hissindən və onun müstəmləkəçi keçmişindən öz məhrumiyyət, yoxsulluq və özəl ləyaqət hissinin olmadığına haqq qazandırmaqdan ötrü istifadə edir. Müstəmləkə xalqlarının nələrə məruz qaldığının və hiss etdiyinin əyani nümunəsi sinqal şairi Devid Dopun Vultures (“Quzğunlar”) şeri oldu:

Sivilizasiyanın qulaylanıb

bizə şapalaq vurduğu günlərdə

Onun quzğunları caynaqlarıyla bizdən yapışdı.

Onun səxavət heykəli isə qana bulanmışdı…

Bu hadisələrin müsəlman dünyasının və başqa ölkələrin yaddaşında daha tez-tez, getdikcə lap aydın şəkildə üzə çıxması ondan xəbər verir ki, keçmişin indiyə təsiri nə qədər güclüdür. Lakin bu, Yaxın Şərqdə bu gün baş verənlərə haqq qazandırmır. Bütün bunları nəzərə almaqla ABŞ, Rusiya və Çin üçün yeganə uyğun və praktik olaraq həyata keçirilməsi mümkün variant uzunmüddətli, ilkin məhdud güzəştlərə və bölgə barışığına ağrılı yoldur. Bu, ABŞ-dan dözüm və bəzi yeni tərəfdaşlarla konstruktiv işgüzar münasibətlərdə səbir tələb edir. Bu baxımdan əvvəllər bölgədə hakim olmuş avropalı müttəfiqlərimiz əvvəlkitək faydalı ola bilər.

Bizim amerikalı təcridçilərin uğrunda çıxış etdikləri Birləşmiş Ştatların öz qoşunlarını müsəlman dünyasından tam şəkildə çıxartmağı yeni müharibələr (məsələn, İsraillə İran və sonuncu ilə Səudiyyə Ərəbistanı arasında, Misirin Liviyaya ciddi müdaxiləsini) törədər və ABŞ-ın planetdə sabitləşdirici roluna inamda daha dərin böhran yarada bilərdi. Bu halda Rusiya və Çin – müxtəlif cür, lakin tamamilə gözlənilməz qaydada – durumdan geopolitik mənfəət götürə bilər. Və nəhayət, az önəmli deyil ki, pərakəndə və qorxudulmuş Avropanın bugünki üzv ölkələri bu qüdrətli üçlük arasında qəyyum axtarmağa başlayar, onlarla alternativ, lakin hansıylasa separatçı müqavilələr bağlayıb yarışa girişərdi.

ABŞ-ın konstruktiv siyasətini təkidlə və sonrakı perspektivi nəzərə almaqla yürütmək lazımdır. ABŞ Rusiyanı yalnız Avropanın tərkibində (görünür, Putindən sonra) nüfuzlu dünya dövləti ola biləcəyinin tədrici anlaşılmasına səbəb olası nəticələrə can atmalıdır. Çinin Yaxın Şərqdə artan rolu Amerika ilə Çinin Yaxın Şərq böhranınn həll edilməsində möhkəmlənən tərəfdaşlığında o anlaşmanı əks etdirməlidir ki, dünyada bundan sonrakı sabitliyi birgə təmin etməkdə onların bacarığının yoxlanması mühüm tarixi sınaqdır.

Konstruktiv uzunmüddətli strategiyaya alternativ heç nəyə gətirib çıxartmayacaq və boş-boşuna, özünü məhv etməklə vaxt itkisi olar. Bu, Amerika üçün uzun münaqişə və ola bilsin, hətta mənəvi pozğunluq törədən təcridçilik siyasətinə qayıdış yarada bilər. Bu, Rusiya üçün ciddi məğlubiyyəti, Çinin hakim rolunun müəyyən qədər etirafının yüksəlməsi ehtimalını bildirər. Bu, Çin üçün təkcə Birləşmiş Ştatlarla deyil, həm də (ola bilsin, bundan ayrıca) Yaponiya və Hindistanla müharibə demək olacaq. Və istənilən halda, bütün Yaxın Şərqdə ikiüzlü fanatizm bayrağı altında gedən yalan din müharibələri bütün bölgədə və onun hüdudlarından kənarda qan axıdılmasının güclənməsinə, həmçinin hər yerdə qəddarlığın güclənməyinə gətirib çıxardardı.

Məsələ burasındadır ki, Amerika dünya səhnəsində görünənədək dünyada həqiqi mənada “üstünlük təşkil edən” qüvvələr olmayıb. Britaniya imperiyası, demək olar, hakim duruma çatmışdı, lakin I və II dünya savaşları təkcə onu siyasi müflisə çevirmədi, həm də rəqib güclərin meydana çıxmağına səbəb oldu.

Yeni kürəsəl düzəni müəyyən edən amil ən varlı oyunçu, həm də hərbi baxımdan ən güclü dövlət olan Birləşmiş Ştatların dünya arenasında görünməyi oldu. XX əsrin ikinci yarısında heç bir ölkə onun səviyyəsinə hətta yaxınlaşa da bilməzdi. İndi bu dönəm başa çatır. Və güman etmirəm ki, yaxın gələcəkdə hansısa bir ölkə Amerikanın iqtisadi-maliyyə üstünlüyünə höcət etsin.

Nəzəri təfərrüatlara varılmasa, hansısa bir ölkədə Amerikanı hərbi baxımdan bütünlüklə arxada qoymağa imkan verən hansısa vasitənin meydana çıxması Amerikanın kürəsəl üstünlüyünün sonu demək olacaq. Çox güman ki, dünya bunun nəticəsində xaosa qərq olacaq. Birləşmiş Ştatlar məhz buna görə iki potensial təhlükəli ölkədən, heç olmasa, birinin bölgəsəl və kürəsəl sabitliyi təmin etmək məsələsində onun tərfadaşı olmasına imkan verən və ən gözlənilməzinə, lakin potensialca ən ehtimal rəqibə onu ötməyə yol verməyən siyasət işləyib hazırlamalıdır. Bu gün bu cür rəqib Rusiyadır, lakin perspektivdə Çin ola bilər.

 

Tərcümə Strateq.az-ındır.