XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

25 Fevral 2015 - 04:51

Türkiyə beynəlxalq məhkəməyə verilə bilər

Yeni Süleyman Şah arazisinin sahibi ortaya çıktı

Süleyman şah türbəsinin köçürüldüyü yeni ərazisinin sahibi ortaya çıxıb. Suriya Türkmenlerinden olduğu bildirilən 44 yaşlı Bozan Osman adlı haqq sahibi, Kobaninin Esme kəndində yaşayır. Osman İŞİD hücumlarından qaçaraq 8 uşağı, anası və 2 qardaşıyla Türkiyəyə sığınıb.

İddia sahibi ərazidə türbə tikilərkən ondan hallallıq alınmadığını bildirir: “Kimsə məndən icazə almadı, məlumat da vermədi. Amma Türkiyəni işğalçı olaraq görmürəm. Türkiyə məcburiyyətində qaldığı üçün orada türbə və polis bölməsi tikdi. Trilyonlar dəyərindəki ərazimi satmaq kimi niyyətim yox idi. Amma olan oldu. Türkiyənin mənə zərər vuracağını düşünmürəm. Prezident Ərdoğanın mənə dəyən zərərdən xəbəri olduğu təqdirdə lazımi göstərişlər verəcəyinə inanıram”

Bozan Osman sözlərinə belə davam etdi: “3 gün əvvəl ərazimdə iş görüldüyünü eşitdim. Soruşdum türbə tikiləcəyini söylədilər. Qiyməti trilyonlarla lirə edər. Amma Türkiyə hökumətinin mənə nə verəcəyini bilmirəm. 60 dönüş ərazim vardı. Hamısında əsgərlər yerləşib. Yeni bir ərazi almağım lazım olacaq. Bunun üçün də pula ehtiyacım var. Mən doğulub böyüdüyüm torpaqlarda yaşamaq istəyirəm. “

Hal-hazırda Türkiyədə boş bir evdə yaşayan Bozan Osman öz haqqını əldə edə bilməsə beynəlxalq məhkəməyə müraciət edəcək: “Əgər Türkiyə haqqımı ödəməzsə mənim başqa seçənəyim yoxdur. Düşünürəm ki, mən belə bir məcburiyyət qarşısında qalmayacağam. Bu məsələdə Türkiyə hökumətinə, Türkiyə dövlətinə güvənim sonsuzdur”.




Yuxarı Əvvələ Ana Səhifə