XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Aprel 2016 - 16:58

Ollandın elçisi Bakıya gəlir:Fransanın dövlət katibi Qarabağla bağlı təklifləri gətirir

ilham olland

 

Fransa prezidenti Olland Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün müraciət məktubu göndərib.

Strateq.az bildirir ki, Fransanın Avropa məsələləri üzə dövlət katibi Arlem Dezir sabah bu müraciət məktubu ilə Azərbaycana gəlir.

Yerevanda olan Dezir bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, müraciətdə iki mühüm element yer alıb: “Bunlar münaqişə bölgəsində nəzarət mexanizminin tətbiqi, tərəflərin güc tətbiq etməkdən çəkindirmək və güzəştlər əsasında danışıqlar prosesidir. Mən hökümətin tapşrığı ilə Fransa prezidentinin danışıqların bərpa olunması ilə bağlı müraciətini gətirmişəm”.

Onun sözlərinə görə, Fransa siyasi rəhbərliyinin bu çağırşı gərginliyin azaldılması üçündür: “Situasiya fövqəladə dərəcədə gərgindir və hər an partlaya bilər”.   

Dezir qeyd edib ki, Qarabağ münaqişəsi “dondurulmuş” hesab oluna bilməz: “Fransa həmsədr dövlət kimi münaqişənin qəti həllinin tapılması üçün səyləri gücləndirməyə çalışır. Həmsədr dövlətlər “Madrid prinsipləri” adını almış prinsiplərin reallaşması üçün bütün səylərini göstərir. Bura güc tətbiq etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə hüququ daxildir. Münaqişə bu prinsiplər bazasında həll olunmalıdır”.

Onun sözlərinə görə, hazırda prioritet atəşkəs rejimnin möhkəmləndirilməsi və nəzarət mexanizminin tətbiqidir. “Bu təkliflər 2014-cü ildə prezident Olland tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinə təqdim edilib”, – deyə dövlət katibi vurğulayıb.  

X. SƏFƏROĞLU

Strateq.az