XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

09 Mart 2015 - 19:02

Səudiyyə Ərəbistanı silah idxalında dünya lideri oldu

Image result for Silah ticareti

Səudiyyə Ərəbistanı 2014-ci ildə dünyada silaha ən çox pul xərcləyən ölkə olub. Xarici informasiya qaynaqlarına isnadən Strateq.az məlumat verir ki, ABŞ-ın Beynəlxalq Konsaltinq Şirkətinin (IHS) Beynəlxalq Müdafiə Ticarəti Hesabatında belə deyilir. Məlumata görə, Səudiyyə Ərəbistanı 2014-ci ildə silaha 6,5 ​​milyard dollar xərcləyərək Hindistanı geridə buraxdı. Hindistan son illərdə dünyada silah idxalatına ən çox pul xərcləyən ölkə kimi tanınırdı. Bir milyarda yaxın əhalisi olan bu ölkənin silaha külli miqdarda kapital yatırması normal qarşılanırdı, ancaq 29 milyon civraında əhaliyə sahib Səudiyyə Ərəbistanının onu geridə qoyması sürpriz olaraq qiymətləndirilir.

Ən çox silah satan ölkələr isə müvafiq olaraq ABŞ, Rusiya, Fransa, İngiltərə və Almaniyadır.

Maraqlıdır ki, silaha ən çox pul xərcləyən 10 ölkədən 5-i Yaxın Şərqdə yerləşir. Bu da əslində Yaxın Şərqdə məzhəb savaşlarının qızışdırılmasının səbəbini göstərən və gələcək illərdə həmin coğrafiyada daha çox qan axacığından xəbər verən ən tutarlı arqumentlərdən sayila bilər. Yaxın Şərq silah satıcıları üçün çox önəmli bir bazar halına gələrkən, önümüzdəki on il içində bu bazarın daha da böyüyəcəyi təxmin edilir. IHS-nın təxmini hesablamalarına görə, Səudiyyə Ərəbistanı 2015-ci ildə də silah idxalatını 52% artıraraq 9.8 milyard dollar yatırımı ilə yenə dünya birinciliyini qoruyacaq.

Hesabatda o da bildirilir ki, ABŞ Yaxın Şərqə 2013-ci ildəki 6 milyard dollarlıq silah ixracatını 2014-cü ildə 8.4 milyard dollara yüksəldib. ümumilikdə isə o, silah ixracatını bir əvvəlki ilə görə 19% artırıb və 23.7 dollarlıq ixracat həcmiylə silah satışında dünya sıralamasında birinci yeri tutub.

Rusiya da silah ixracatını artıran dövlətlərdəndir. O, ticarət həcmini 9% artıraraq 10 milyard dollara çatdırıb və bu göstəriciylə ikinci yerə sahiblənib. İngiltərə, Almaniya, İtaliya, İsrail, çin, İspaniya və Kanada da həmçinin dünyanın ən çox silah satan 10 ölkəsinin arasında yer alır.

İllərə görə ən çox silah idxal edən ölkələr:

2013 2014

__________________________________________________________________________
1. Hindistan 1. Səudiyyə Ərəbistanı
2. Səudiyyə Ərəbistanı 2. Hindistan
3. Birləşmiş Ərəb Əmirlikləri 3. çin
4. Tayvan 4. Birləşmiş Ərəb Əmirlikləri
5. çin 5. Tayvan
6. İndoneziya 6. Avstraliya
7. Cənubi Koreya 7. Cənubi Koreya
8. Misir 8. İndoneziya
9. Avstraliya 9. Türkiyə
10. Sinqapur 10. Pakistan