XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 March 2015 - 19:28

“Rüşvət – tək işləyən qanundur!» – «Azərsu» sədrinə orjinal etiraz

azersu-etirazzz.jpg

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov orjinal etiraz forması ilə üzləşib.

Strateq.az-ın məlumatına görə, dövlət şirkətinin işdən çıxarılan işçilərdən biri “Azərsu” ASC-nin bunasına böyük hərflərlə “Rüşvət – tək işləyən qanundur!”, – deyə, etirazını ifadə edib.

Strateq.az-ın məlumatına görə, bu barədə fəal blogger Mehman Hüseynov “Facebook”da foto da paylaşıb. Blogger fotonun altından yazılanları redaktə ilə təqdim edirik:

“Böhran ili ilə əlaqədar bəzi dövlət müəssisələrində iş yerlərini bağlayırlar. Bu ixtisarlar “Azərsu” şirkətinə gəlib çatıb. Deməli, bəzi işçiləri yığıb, deyiblər ki, bəs büdcə azdır, ona görə bağışlayın, bu gündən siz artıq bizim işçilər sayılmırısız. “Azərsu”nun bir işçisi də dözməyib. Rəhbərliyə bildirib ki, bəs qanuna uyğun olaraq, biz müqavilə bağlamışdıq, bizə 6-7 ay öncədə deməliydiz bunu. Həmin işçiyə bildiriblər, a kişi, hansı qanundan danışırsan? Bu iş yerində qalmaq istəyirsənsə “dolya”ver, sənə başqa iş verək. Həmin işçi də hər şeyə tüpürüb, sənədlərini götürüb. Gedib mağazadan 1-2 banka “spray” alıb. Gəlib 20 yanvarda yerləşən “Azərsu”nun mərkəzi binasının düz girişində rəhbərliyə etiraz olaraq yazıb: “Rüşvət – bu ölkədə işləyən tək qanundur”.

Bizim pullarımızın hesabına kef eliyən xaricilər, uduzan isə yenə bizim sadə vətəndaşlardır!

“Azərsu”nun rəhbəri sabah səhər işə gəlib, bunu görüb, dəli olacaq…”.

Strateq.az