XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

09 Mart 2015 - 21:42

Azərbaycanlı müəllim 300 min nəfərin arasında birincidir

Strateq.az xəbər verir ki, “Ana dilimizi necə öyrənirik?” devizi ilə qurulan “Voscreen” əcnəbi dil öyrənmə portalında ilk sırada azərbaycanlı müəllim qərarlaşır. Aparılan araşdırmalara əsasən, əcnəbi dil öyrənmə prosesində eşitmə və görmə daha çox önəm təşkil edir.

Qeyd edək ki, “Voscreen” portalı insanlara öyrənmək istədikləri əcnəbi dili ingilisdilli bədii, sənədli, cizgi filmləri və mahnı klipləri ilə öyrədir. Bu dildə hazırlanan video -görüntülərə cavab vermək üçün 13 fərqli dil seçimi olan “Voscreen”də ilk mərhələdə dil biliklərinə uyğun çətinlik səviyyəsi müəyyənləşir. İngilis dili öyrənməyin müasir və effektiv yolu olan “Voscreen”də 104 ölkədən 300 minə yaxın üzv dil biliklərini inkişaf etdirir.

Sevindirici haldır ki, “Voscreen”in ən son reytinq siyahısına liderliyi “Naxçıvan Universiteti”nin müəllimi Həsən Əlisoy edir. Hazırda naxçıvanlı müəllimin aktivində 787. 713 xal var.