XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 May 2016 - 15:49

Hacı Məmmədov 11 il sonra DTX təcridxanasından çıxarıldı –Hazırda Binədəki Müalicə Müəssisəsindədir

haci-1.jpg

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq təcridxanasında saxlanılan, paytaxtda adam oğurluğu və digər çoxsaylı ağır cinayətlər törədən mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədovun səhhətində problem yaranıb.

Bu barədə H.Məmmədovun vəkili Afət Qazıyeva məlumat verib.

Vəkil bildirib ki, təcridxanada saxlanılan H.Məmmədov səhhətində yaranan problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. O, hazırda müəssisədə həkim nəzarətində saxlanılır: "Səhhətində problemlər yarandığından onu müalicə müəssisəsinə köçürüblər. Hazırda Hacı Məmmədov oradadır".

Trend.az