XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 13:52

Rəsmi Bakıdan Avropaya sərt mesaj: ATƏT-in ofisi bağlandı – Qərar

ATET.jpg

ATƏT-in Bakıdakı əlaqələndirici ofisi bağlanır.

Bu haqda xəbəri Turan İA yayıb. Diplomatik mənbələrdən Turan-a məlum olub ki, müvafiq məktub iyunun 3-də Azərbaycan XİN-dən ATƏT-in Vyanadakı baş ofisinə göndərilib.

“Azərbaycan hökuməti qeyd edir ki, artıq ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında 24 sentyabr 2014-cü ildə bağlanmış “ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu”nu qüvvədən düşmüş hesab edir. Hökumət bu halda yaranan texniki məsələlərin həlli üçün ATƏT-ə bir ay müddət verir”,- deyə məktubda bildirilir.

İyunun 5-də ATƏT-in Baş Katibi Lamberto Zannier ATƏT-in üzvü olan ölkələrə rəsmi Bakının qərarı haqqında məlumat verib. Azərbaycan XİN-dən və ya digər qurumlardan hələlik heç bir şərh daxil olmayıb.

Qeyd edək ki, iki il əvvəl Bakı ATƏT nümayəndəliyinin səviyyəsini səfirlik səviyyəsindən ATƏT-in layihələr koordinatoru səviyyəsinə qədər azaldıb.

atet mektub.jpg