XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

04 May 2016 - 11:29

Barak Obama Çinin dünya ticarətinə təsirindən yazdı:"Qaydaları biz diktə etməliyik!"

barak-obama-1

Barak Obama

"The Washington Post" (ABŞ), 03.05.2016

Amerika şirkətləri son altı ildə 14 milyondan çox iş yeri yaradıb. Bu prosesin bundan sonra da davam etməyi üçün iqtisadi artımın təminatında istənilən üsuldan istifadə etməyimiz lazımdır. Bu gün sahib olduğumuz ən böyük iqtisadi imkanlardan bəziləri planetdə ən sıx əhalisi və gəlirli bazarı olmağa başlayan Asiya-Sakit okean bölgəsi ilə bağlıdır. Bu bölgədə ticarətin genişləndirilməsi Amerika şirkətləri və fəhlələri üçün böyük fayda və təkan ola bilər və iqtisadiyyat sahəsində rəqiblərimizi, o cümlədən son zamanlar seçkiöncəsi çıxışlarda haqqında çox eşitdiyimiz Çini geridə qoymağa kömək edərdi.

Məlum olduğu kimi, Çinin də ən böyük iqtisadi imkanları qonşuluğunda yerləşən bölgə ilə bağlıdır və buna görə də Çin vaxt itirmir. Biz danışıqlar aparınca Çin dünyada ən sürətlə artan bazarlardan birinin bölüşdürülməsinə səbəb olası ticarət sazişləri haqda bizim ziyanımıza olaraq danışıqlar aparır ki, bu da  amerikalılar üçün iş yerlərini, Amerika şirkətləri və mallarını təhlükə altında qoyur. Çin və daha 15 ölkə keçən həftə Avstraliyada görüş keçirdi ki, bu ilin sonuna doğru Hərtərəfli Bölgəsəl İqtisadi Əməkdaşlıq (Regional Comprehensive Economic Partnership) yaradılması üzrə saziş imzalansın. Bu ticarət sazişi dövlət müəssisələri arasında vicdansız rəqabət üçün əngəl olmayacaq. O, azad və açıq interneti müdafiə etmir. O, əqli mülkiyyət hüquqlarını da o dərəcədə təmin etmir ki, Amerika istehsalçıları, yaradıcı işçilər, kinoprodüserlər və iş adamları onlara çatmalı olanı qazansınlar.   

Və əlbəttə, o, istehsal sahəmizdə yüksək strandartlara hökmən riayət edilməsinə və ətraf mühitimizin qorunmasına səbəb olmayacaq.

Xoşbəxtlikdən, bu hədəflərin hamısına yetmək üçün Amerikanın öz planı var. Amerika Sakit okean dövləti kimi Sakit okean tərəfdaşlığını – Amerikanın iş yerlərini birinci yerə çıxardan və XXl əsrdə dünya ticarət qaydalarını müəyyən etməyimizə imkan verən ticari-iqtisadi qurumu yüksək standartlar əsasında yaratmağa cəhd edir.

Bu saziş Amerika iqtisadiyyatını möhkəmləndirir. STT (Sakit okean Ticarət Tərəfdaşlığı-tərc.) dünya iqtisadiyyatının 40%-ə yaxınını təmsil edən 12 ölkəni birləşdirir və özəl firmalara dövlət müəssisələri ilə bərabər əsaslarda rəqabət zəmanəti verir. O, interneti azad və açıq saxlayacaq. Amerika innovatorlarına zəruri olan əqli mülkiyyətin qorunmasını möhkəmləndirir ki, riskə getmək və yaratmaq imkanı olsun. Həmçinin şirkətlər üçün bərabər şərait yaradır, zəruri yüksək standartlar müəyyən edir, başqa ölkələrə mal satışı zamanı əngəlləri aradan qaldırır – xüsusən də Amerikada istehsal edilmiş mallara başqa ölkələrdə qoyulan 18 mindən çox vergini ləğv edir. Sadə şəkildə deyilsə, STT yaradılarkən Amerika şirkətləri istehsal edilən məhsulun əksəriyyətini ixrac edəcək. Bu isə bildirir ki, yüksəkmaaşlı iş yerlərini qoruyub saxlamaq imkanı meydana çıxacaq.

Bu saziş həmçinin ABŞ-ın milli təhlükəsizliyini möhkəmləndirir. Daha az adam yoxsulluqdan əziyyət çəkəndə, ticarət tərəfdaşlarımız inkişaf edəndə və strateji önəmli bölgədə iqtisadiyyatımızı başqa ölkələrlə daha çox bağlayarkən Amerika güclü olur və onun  təhlükəsizliyi dərinləşir. Lakin STT yaradılmasa, bu olmayacaq. Çünki Asiya-Sakit okean bölgəsi onsuz da iqtisadi inteqrasiyasını davam etdirəcək – Birləşmiş Ştatlarla  və yaxud onsuz. Biz bu prosesə başçılıq edə bilər və yaxud kənarda qalıb uğur və çiçəklənməyin bizdən necə yan keçdiyini müşahidə edə bilərik.

Biz STT haqda sazişi ratifikasiya etməsək, Amerika mallarına bundan sonra da yürksək vergi qoyulacaq və bu bölgədə digər maneələrlə üzləşəcək. Amerika şirkətləri Asiya bazarlarına rəqabətli çıxışdan məhrum olacaq və deməli, Amerika istehsallı az avtomobillər inkişaf edən bazarlara düşəcək, fermerlərimizin daha çox məhsulu xaricdə əngəllərlə üzləşəcək, malını xaricdə satmağı nəzərdə tutan xırda biznesmenlər isə əvvəlki kimi məmur süründürməçiliyi ilə toqquşacaq və kağız süründürməçiliyində ilişib qalacaqlar. Biz STT haqda sazişi imzalamasaq, bütün Amerikadakı işverənlər başqa ölkələrin şirkət və müəssisələri ilə bərabər əsasda rəqabət imkanından məhrum olacaq. Amerika fəhlələri və şirkətləri bərabər şəkildə rəqabətə girərkən isə heç kim bizi geridə qoymaq iqtidarında deyil.

Mən insanların ticari sazişlərə nisbətdə şəkkini anlayıram – xüsusən də avtomatlaşdırma və kürəsəlləşdirmənin nəticələrinin işçilərə və ailələrə daha çox zərbə vurduğu mühitlərdə. Lakin biz kürəsəl iqtisadiyyatdan təcrid olunmaq üçün divarlar ucaltsaq, bununla da özümüzü onun verdiyi ağlasığmaz imkanlardan məhrum edəcəyik. Amerika bunun əvəzinə qaydaları yazmalıdır. Amerika şərtləri diktə etməlidir. Başqa ölkələr Amerikanın və tərəfdaşlarımızın müəyyən etdiyi qaydalar üzrə oynamalıdır, əksinə olmamalıdır.

STT bizə məhz bu hüquqları qismət edir. Mənim administrasiyam məhz buna görə Konqreslə sıx əməkdaşlıq edir ki, hər iki partiya təmsilçilərinin ticarət sazişini təqdir etməyinə nail olsun. Nəzərə alaq ki, biz nə qədər çox gözləsək, STT-i ratifikasiya etmək bir o qədər çətin olacaq. Dünya dəyişilib. Qaydalar da onunla birgə dəyişilir. Və bunları Çinə bənzər başqa ölkələr deyil, Amerika müəyyən etməlidir. Gəlin, bu imkandan yararlanıb STT-i ratifikasiya edək və elə edək ki, Amerika öz payından olmasın və qaydaları diktə etsin.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə