XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2016 - 19:05

Rusiyadan Qarabağ açıqlaması –Lavrov Dağlıq Qarabağın tanınması təşəbbüsünə münasibət bildirdi

lavrov-22

 

Moskvada Ermənistan deputatlarının Qarabağın tanınması haqqında təklifləri ilə əlaqəda panika üçün əsas görmürlər.

Strateq.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ria Novosti” agentliyinə müsahibəsində bildirib: "Dağlıq Qarabağın tanınması ilə bağlı müzakirələr mövzusuna gəldikdə, bunu ki Ermənistan müzakirə etmir. Bu parlamentin iki üzvünün təklifidir. Ermənistan hökuməti onların qanunlarına əsasən, onların hamıya izah etdiyi kimi, bu qanun layihəsi ilə bağlı qiymətləndirmə verməlidir.  Mən indi həyəcan sinqalı verməz və panikaya düşməzdim”.

Lavrov hazırkı situasiyada Qarabağ nizamlanması ilə bağlı  Moskvanın prioritetlərini də açıqlayıb. Onun sözlərinə görə, Moskva Dağlıq Qarabağda atəşkəsin pozulması hallarının qarşısının alınmasını və bu məqsədlə işlək mezanizmin hazırlanmasını başlıca məsələ hesab edir:  “Əlbəttə ki, indi başlıca məsələ hər hansı yeni qurbanlar olmasından qaçmaq və atəşkəsin pozulmasının qarşısını almaq, bu məqsədlə təsirli tədbilər görmək, işlək  mexanizmlər hazırlamaqdır”.

Lavrovun sözlərinə görə, bunun altında Ermənistan və Azərbaycan prezidentləri 5 il əvvəl imza atıblar: "O zaman bizim prezident Dmirti Medvedev onları bir araya gətirən zaman imza atıblar. Onlar etimadın gücləndirilməsi və insidentlərin belə araşdırılması mexanizmləri yaradılması lehinə fikirlər söyləyiblər. Bu işlərlə məşğul olmaq ATƏT-ə həvalə olunub. ATƏT təmsilçiləri də müxtəlif variantların nəzərdə tutulduğu bir neçə layihə hazırlamışdılar. Amma təəssüf ki, bu mərhələdə – 2012-ci ildə işlər irəli getmədi. Amma biz indi istəyirik ki, tərəflər buna qayıtsınlar. ATƏT-in sədri Almaniya bu məsələdə fəallıq nümayiş etdirmək istəyir. Biz bu niyyəti təşviq edirik".

Strateq.az