XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2016 - 00:06

London meri olmağa ən şanslı müsəlman namizəd:"Eşidəndə ki Tramp msəlmanları qovmaq istəyir..."

sadiqxan-1

“YouGov” təşkilatının keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən, London meri ilk dəfə olaraq müsəlman ola bilər. Leyboristlər partiyasının üzvü Sadıq Xan London meri seçkilərinin birinci raundunda səslərin 43 faizini, onun əsas rəqibi – mühafizəkar Zak Qoldsmit isə 32 faizini toplaya bilər. Yekun nəticədə isə Xanın 57 faiz, Qoldsmitin isə 43 faiz səs toplayacağı proqnozlaşdırılır. Sorğu 2-4 may tarixlərində keçirilib.  

Strateq.az xəbər verir ki, London meri postuna bu ən real namizəd pakistanlı ailədəndir. Onun haqqında bu ilin fevralın 23-də “La Repubblica” nəşrinin müxbiri Enriko Françeski geniş reportaj da hazırlamışdı. Həmin reportajdan aydın olurdu ki, avtobus sürücüsü və dərzi qadının oğlu olan, yoxsullar üçün məhəllədə – “Counsil House”da yeddi bacı-qardaşı ilə birlikdə böyüyən Sadıq Xan periferiyadakı gettodan çıxıb. İxtisasca hüquqşünas olan və vəkil işləyən Sadıq Xan Leyborist Partiyasından deputat seçilib.

Xatırladaq ki, son səkkiz ildə London meri postunu mühafizəkar Boris Conson tutub. 45 yaşlı Sadiq Xanın bu post uğrunda əsas rəqibi isə torilərdən olan namizəd, kübar və varlı Zak Qoldsmitdir və o da Conson kimi, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının tərəfdarıdır. Buna görə də Londonda düşünürlər ki, Xan qalib gələrsə, bu, yeni merin avropasevər olmasıyla yanaşı, həm də Britaniya paytaxtının tarixində ilk müsəlmanın mer olması faktı sayılacaq.

Xan özü isə bunu sadəcə belə qiymətləndirir: “Bu, çağdaş londonlunun tarixçəsidir”.

Xan əmindir ki, çox işləyirsənsə, zümrəndən, irqindən, dinindən asılı olmayaraq, Londonda nəyəsə nail olmaq mümkündür: “Lakin onun mənim qızlarım üçün də imkanlar ərazisi olaraq qalması üçün nələrisə dəyişmək lazımdır”.

Sadiq Xanın etirafına görə, mer olsa, hər şey dərhal dəyişməsə də, nələrsə mütləq dəyişəcək: “Hər üç evdən birinin xalqa tikilməsi üçün inşaatçıları buna məcburetmə planım var. Biz nəqliyyatı yaxşılaşdıracağıq. Məktəblərə dövlət subsidiyası təqdim edəcəyik”.

London merliyinə namizəd hesab edir ki, yoxsul məhəllələrin sahmana salınması təkc restoran və butiklərin açılmasına yox, yeni iş yerlərinin təklifinə və rifahın artmasna səbəb olmalıdır.

Jurnalistin “Müsəlman eyniyyəti nə deməkdir?” sualına isə Sadiq Xan belə cavab verib: “Bu, ibadət etməyi, Ramazanda oruc tutmağı, halal qida yeməyi bildirir. Lakin mənim eyniyyətim çoxüzlüdür: mən müsəlman, britaniyalı, avropalı, leyborist, vəkil və atayam. Dostlarımın içində bütün dnlərin ardıcılları var və mən Londonu sevirəm, çünki o, hamıya sayğı bəsləyir. Eşidəndə ki Tramp msəlmanları qovmaq istəyir, qəlbim parçalanır”.

Xan qeyd edir: “İslam ekstremizmi ilə mübarizə aparmaq üçün, birinci növbədə, onun varlığını etiraf etmək lazımdır”.

O, inteqrasiya uğrunda çarpışmağa və gəncliyə müsbət nümunə olmağa çağırır.

Xan düşünür ki, London meri Avropaya və mühacirlərə qarşı olmamalıdır. Bundan başqa, şəhər başçısı biznesə qarşı çıxmamalıdır: “Qəhrəman müxalifət olmaq mənə yetərli deyil, mən durumu dəyişməkdən ötrü qalib gəlmək və idarə etmək istəyirəm”.

Strateq.az