XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 10:24

Qərb islamçı Ərdoğandan qurtulmaq istəyir? – Təhlil
Türkiyədə keçirilən parlament seçkiləri kürd separatçılarının 80 millət vəkili mandatı qazanması ilə diqqəti çəkdi. Ənənəvi elektoratı və sosial bazası olan MHP PKK-ya rəğbətini gizlətməyən HDP ilə eyni faiz səs topladı. Utancverici haldır. HDP-nin parlamentə girməsi və AKP-nin təkbaşına iqtidar qurmaqdan məhrum olması Qərbin “Yeni Şərq layihəsi”nin işə düşməsinin xəbərçisi də hesab edilə bilər. Seçkilər ənənəvi siyasətin və paradiqmaların sonunu da yaxınlaşdırdı.
Görünən budur ki, Qərb Ərdoğanın qarşısına qoyduğu planların həyata keçirilməsinə mane olmaq istəyir və “Ərdoğansız Türkiyə” modeli ilə yanaşı bölgədə kürd dövlətini yaratmağa başlayır. Yeni parlamentdə ermənilərin də təmsil olunması türk cəmiyyətində yeni proseslərin başlanğıcı anlamına gələ bilər. Artıq uzun müddətdir ki, Qərb Türkiyədə milli azlıqların sıxışdırılmasına diqqət çəkmək məqsədi ilə geniş təbliğat kampaniyasına başlamışdı. İndi belə bir rupor artıq parlament partiyası olan HDP-yə təqdim oluna bilər. Bir faktı da vurğulamaq lazım gəlir ki, HDP-nin yalnız PKK ilə bağlanması da yanlış olardı. Türkiyə araşdırmaçılarının gəldiyi qənaətə görə, ermənilər anti-Türkiyə çıxışlarını sığortalamq və terrorçu kimi tanınmamaq üçün Türkiyədə yeni təşkilatının – HDP-nin qurulması planında fəal iştirak ediblər. Ermənilərin HDP ilə bağlı ilişkilərində daha maraqlı bir məqam isə ondan ibarətdir ki, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən ermənilər HDP-nin əli ilə hərəkətə keçmək şansı qazandılar. Son illər ərzində minlərlə erməni Türkiyəyə axın eləyib və kürdlər yaşayan ərazilərdə məskunlaşıb. Gələcəkdə Kürdüstan dövləti yaranarsa, bu, mahiyyət etibarilə əhalisinin tərkibinə görə Ermənistan olacaq.
ümumiyyətlə, Yaxın Şərqdə yaranan situasiya Kürdüstan dövlətinin formalaşması üçün imkanlar açır. Qərbin planına görə, Türkiyədə parçalanma prosesi başlaya və bu coğrafiyada yeni dövlətlər yarana bilər.
Kürdüstan dövləti yarandıqdan sonra onun bölgədə ABŞ-ın müttəfiqinə – forpostuna çevriləcəyinə əmin olan Vaşinqton Türkiyə ilə bağlı yeni planlar üzərində düşünür. Unutmaq olmaz ki, Türkiyədə kürdlər kompakt şəkildə yaşayırlar. Onların gələcək addımları Ankaranın nəzarətindən çıxa bilər. Türkiyədə hakimiyyət böhranı və iqtisadi krizis yaratmaq istəyənlərin də arzusu məhz qardaş ölkənin parçalanmasını ehtiva edir.
Qərb islamçı Ərdoğandan qurtulmaq istəyir. Bu gün Avropada islamafobiya, türkfobiya mövcuddur. Ərdoğan isə belə tendensiyalara qarşı həssaslıq nümayiş etdirir.
Burada bir məqam da mövcuddur, yaxın keçmişdə Türkiyənin hərbi sahədə elan etdiyi tenderdə çinin qalib gəlməsi, ABŞ başda olmaqla NATO müttəfiqlərinin etirazı ilə müşahidə olundu. Sonradan Ankara rəsmiləri bildirdi ki, tenderdə çinin qalib gəlməsi onlara üstünlük verəcəkləri anlamına gəlməməlidir, hətta “biz NATO və ABŞ-la bazarlıq yapırıq ki, qiymətləri endirəsiniz” deyə əlavə etdilər. O cümlədən, İranla məsələlərdə Ankara özünü çox qeyri-sabit aparır. Bu isə Birləşmiş Ştatların qəzəbinə səbəb olur.
Beləliklə, ABŞ-ın Türkiyə ilə yox, Ərdoğanla problemləri var. Daha doğrusu, Qərbə marionet Türkiyə lazımdır. Xarizmalı Ərdoğanla bunu etmək imkansızdır. Vaşinqton artıq Ərdoğansız Türkiyə və AKP layihəsinin üzərində düşünməyə başlayıb. Lakin AKP sabit elektorata malikdir və bu partiyanı siyasi müstəvidən silmək elə də asan deyil. Odur ki, Qərb ölkədə etnik və dini qarşıdurmanı gücləndirmək planını işə salmaqdadır. Ən azı 80 kürd separatçısının parlamentdə təmsil olunması da çox mətləbdən xəbər verir…
Azər Rəşidoğlu