XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

12 May 2016 - 11:40

Rusiyada maraqlı Qarabağ sorğusu –71% münaqişənin sülh yolu ilə həllini mümkün sayır

 

Qarabaq-sorqusu

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi Rusiya vətəndaşlarının Qarabağ münaqişəsinə münaisbətini öyrənmək üçün sosiloji tədqiqat aparıb.  “İzvestya”  qəzetinin bununla bağlı məlumatında qeyd olunur ki,  Mərkəzin keçirdiyi sorğuda 46 regionu əhatə edən 130 yaşayış məntəqəsindən 1.6 min adam iştiak edib.

Sosiloqlar  respondentlərdən Qarabağ münaqişəsi ilə əlaqədar vəziyyətin yenidən kəsinləşməsi barədə eşidib-eşitmədiklərini soruşublar.  Məlum olub ki, rəyi soruşulanların 72% Qarabağla bağlı baş verən hadisələr barədə eşidiblər. Bu göstərici 2014-cü illə müqayisədə 45% çox olub.

Rəyi soruşulanların 71%  münaqişənin sülh yolu ilə həllini mümkün sayır.  2014-cü ildə respondentlərin 57% belə düşünürdü.  15% buna inanmadığını bildirib.  Daha çox Moskva və Sankt-Peterburqda yaşayan respondentlər neqativ cavab veriblər. 

Respondentlərin 44% hesab edir ki, bu münaqişədə Rusiya qan tökülməsinin qarşısını almaq üçün vasitəçi kimi çıxış etməlidir.  İki il əvvəl isə respondentlərin 25% bu mövqedə idilər.

Rəyi soruşulanların 36% isə düşünür ki, Rusiya neytral mövqe tutmalıdır. 2014-cü ildə isə Rusuyanın neytral mövqe tutmasını düzgün hesab edənlərin sayı 60% təşkil edirdi.

4% Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyini dəstəkləməyi  düzgün sayır.  Moskvanın Azərbaycanın tərəfində çıxış etməsinı doğru bilənlər isə 2%-dir.  

Respondnetlərin 26% hesab edir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. 11% isə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu deyir. 13% isə hesab edir ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir.  Çoxluq isə Dağlıq Qarabağın ərazi baxımdan mənsubiyyətini söyləməkdə çətinlik çəkiblər.

Sorğuda iştirak edənlərin 35%  qeyd edib ki, Rusiyanın milli maraqları baxımından münaqişənin ən yaxşı həlli yollu Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır.  Rəyi soruşulanların 9%-nin fikirincə,  Dağlıq Qarabağın Ermənistanın tərkibində olması Rusiyanın milli maraqlarına cavab verir.  Respondentlərin 6% isə düşünür ki, Dağlıq Qarabağın Azərbaycanın tərkində olmasının Rusiyanın milli maraqlarına uyğundur. 18% hesab edir ki, Dağlıq Qarabağın talyei Rusiyanının maraqlı nöqteyi-nəzərindən əhəmiyyət kəsb etmir.

Sorğunun nəticələrini şərh edən Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin baş direkoru Valeri Fedotov deyib ki, Dağlıq Qarabağ ətrafında vəziyyətin yenidən gərginləşməsi Rusiayada əhəmiyyətli dərəcədə diqqət çəkib: “Özlüyündə münaqişə onlar üçün o qədər də maraqlı deyil. Onlar tərəflərin heç birini qeyd-şərtsiz dətəkləməyə meyilli deyillər. Ruslar şübhə etmirlər ki, münaiqşə öz-özünə həll olunan deyil. Rusiya isə bu vəziyyətdə vasitəçi rolunu oynaya bilər”.

 

rey-sorqusu

 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə