XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 16:48

Rusiyaya daha bir tərs sillə də Şərqdən gəldi:İran-Pakistan-Çin qaz kəməri Kremlin təcridini gücləndirəcək

 

Pakistan'dan Çin'e doğalgaz boru hattı talebi

Rəsmi İslamabad İran-Pakistan arasında təbii qaz boru xəttini inşa etmək üçün Çindən maliyyə istəyəcək.

Strateq.az xəbər verir ki, bunu Pakistanın Enerji nazirliyi mətbuata açıqlamasında bildirib.

Ölkənin “Daily News” agentlyinin xəbərinə görə, Pakistan Enerji Nazirliyi tərəfindən hazırlanan layihə Mərkəzi İnkişaf Qrupu tərəfindən qəbul edilib. Yaxın günlərdə bu layihənin maliyyələşdirilməsi üçün Çindən dəstək istəniləcək.

Qeyd edək ki, bir müddət əvvəl Pakistan baş naziri Nəvaz Şərif iki ölkə arasında 46 milyard dollarlıq investisiya tələb edən Çin-Pakistan iqtisadi dəhlizində yerləşən Qərb Keçid Yolunun açılışını etmişdi. İran-Pakistan qaz kəməri də bu dəhlizin ilkin mərhələsidir. Yəni İrandan Pakistana, ordan isə Çinə qaz nəqli nəzərdə tutulur.

Maraqlıdır ki, Pakistanın istəyiylə həyata keçirilməsi planlaşdırılan bu proyekt də əslində Rusiyanın qaz strategiyasının əleyhinədir. Nədən ki, “Cənub Qaz Dəhlizi” ilə Avropa rus qazından imtina edəcəyi təqdirdə, rəsmi Moskvanın Uzaq Şərq ölkələrinə üz tutacağı güman olunurdu. Həqiqətən də Uzaq Şərqin, xüsusilə də Çinin enerji mənbələrinə, o cümlədən qaza ciddi ehtiyacı var və Rusiya yalnız bu bazarla kifayətlənə bilərdi. İndisə, sözügedən layihə ilə həmin bazar da rus qazına asılılıqdan xilas olunur. Nə demək istədiyimizi daha aydın təsəvvür etmək üçün, gəlin, bəzi faktlara nəzər salaq:

Məlumatlara görə, sənayeləşdikcə bu Şərq nəhənginin qaza və neftə ehtiyacı artır. Təsadüfi deyil ki, 2000-ci ildə Çin bir ildə sadəcə 24.5 milyard kub mert qaz idxal edirdisə, 2008-ci ildə bu rəqəm 80 milyard kub metrə qədər yüksəlmişdi. 2013-cü ildə bu ehtiyac 100 milyard kub metri belə keçmişdi. Proqnozlara görə, İrandan Pakistana, ordan isə Çinə çəkiləcəyi gözlənilən təbii qaz xəttinin başa çatacağı planlaşdırılan 2020-ci ildə isə bu rəqəm 300 milyard kub metrə çıxacaq, 2030-cü ildə 400 milyard kub metr olacaq.

Pakistan üzərindən keçirməsi planlaşdırılan qaz kəmərinin Çin tərəfindən maliyyələşdirməsi Pekinin də Moskvaya çox etibar etməməsindən xəbər verir. Üstəlik, söhbət bir sıra qlobal problemlərin həllində Rusiyayla birgə hərəkət edən, dolayısıyla, strateji müttəfiq sayılan İranın qazından gedir. Belə çıxır ki, hər iki müttəfiq  Rusiyanın təcrid edilməsi siyasətində yer alırlar.

Çinin bu zamana qədər qazla bağlı yürütdüyü siyasətə nəzər salanda Rusiyaya atdığı müttəfiq “silləsinin” yeni ortaya çıxan hadisə olmadığını görə bilərik. Rəsmi Pekin SSRİ dağılandan bəri, öz siyasətini həmişə Rusiyanın regional müttəfiqləri üzərində qurub və Moskvayla bu sahədə ciddi rəqabət aparır.

/images/100/0x0/55eb0e4ef018fbb8f8a829d1

Hələ Avropayla Rusiya arasında böhran çıxmamışdan əvvəl Orta Asiya qazını alıb Qərbə satmaq istəyən Moskva qarşısında ciddi rəqib kimi Çini görüb. Çinin türkmən və özbək qazını daha artıq baha qiymətlə alıb öz ehtiyacını ödəmək istəməsi Moskvanın arzusunu puça çıxarıb. Hətta qiymət fərqi Türkmənistanı Moskvadan üz döndərməyə, Çinlə əməkdaşlığa şövq edib. 2009-cu ildə Türkmənistanla Rusiya arasında çıxan anlaşmazlığın başlıca səbəbi bu iqtisadi maraqla izah olunur. Həmin tarixdən etibarən, Türkmənistan Rusiyayla əlaqələrə son qoyub və Rusiya vasitəsilə Qərbə deyil, özü birbaşa Çinə qaz satmağa qərar verib.

Kəşf olunmuş qaz ehtiyatı həcminə görə Rusiya, İran və Qətərdən sonra 4-cü böyük istehsalçı olan Türkmənistan TAPİ kəməri vasitəsi ilə Çinə öz təbii ehtiyatlarını satmaq istəyir. 1995-ci ildən bu yana isə həmin arzunu reallaşdırmaq mümkün olmayıb. Çünki TAPİ layihəsinin keçəcəyi marşrut üzərində yerləşən Əfqanıstanda vəziyyət ürəkaçan deyil və radikal islamçı qrupların vətəndaş müharibəsi poliqonuna çevirdiyi bu ölkədə qaz kəməri çəkmək müşkül məsələdir. Türkmənistan da məcbur qalıb qazını Özbəkistan üzərindən Çinə satır. 7 min km uzunluğunda olan bu nəhəng boru xəttilə Türkmənistanın Çinə 30 il müddətində hər il 40 milyard kub metr qaz nəql edəcəyi gözlənilir.  Amma Türkmənistan hər il 40 yox, 70 milyard kub metr qaz çıxarır. Yəni geriyə 30 milyard kub metr qaz qalır. Aşqabad geri qalan bu hissəni öz ehtiyaclarına sərf etmək və İrana, yaxud TANAP vasitəsilə Avropaya satmaq niyyətindədir.

TAPİ layihəsini reallaşdırmaq mümkün olmadığından, Çinin qaz ehtiyacının geri qalan qismini  İranın təbii sərvətləri vasistəsilə qarşılamaq mümkündür. Üstəlik, TAPİ-dən fərqli olaraq, İran qazının Çinə ixracı üçün Əfqanıstana da ehtiyac yoxdur. Bu qaz kəməri Pakistandan keçib rahatlıqla Çinə çatdırıla bilər.

Göründüyü kimi, İran-Pakistan-Çin üzərindən keçəcəyi gözlənilən qaz kəməri Rusiya qazının bazarını öldürmək üçün ortaya atılan layihə təsiri bağışlayır. Mümkündür ki, cənub-şərq nəfəsliyi də daraldılan Rusiya bu layihəyə laqeyd qalmasın. İran-Pakistan-Çin kəmərilə Əfqanıstandakı vətəndaş müharizəsi əhəmiyyətini itirmiş və bu kart Kremlin əlindən alınmış olsa belə, Rusiyanın Orta Asiyadakı qaz oyununu pozmağa kifayət qədər imkan var.

Moskva bu rıçaqlarını işə salacaqmı? Bunu zaman göstərəcək.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə