XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 19:53

Putin ABŞ-ı hədələdi:“Böyük miqyaslı münaqişələrə imkan verməyəcəyik”

putin-v

 

“Rusiya böyük miqyaslı hərbi münaqişələrin baş verməməsi lazım olan hər şeyi edəcək”.

Strateq.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin hərbi rəhbərliklə Kremldə keçirdiyi görüşü zamanı bildirib.

“Biz öz tərəfimizdən böyük miqyaslı hərbi münaqişələrin başlanmasının qarşısını alan strateji balansı qoruyub saxlayacağıq. Bu böyük miqyaslı münaqişələr bizim bildiyimiz “qaynar nöqtələr”lərdəki heç bir münaqişələrlə müqayisə olunmur. Biz buna imkan verə bilmərik və verməyəcəyik”, – deyə Putin vurğulayıb.

Rusiya prezidenti bəyan edib ki, ABŞ-ın birtərəfli qaydada raket əleyhinə müqavilədən çıxması dünyada strateji balansın pozulması üçün atılan ilk addım olub. Onun sözlərinə görə, hazırda Şərqi Avropadakı RƏM  kompleksləri müdafiə sistemi deyil, ABŞ-ın nüvə potensialının bir hissəsidir.

“Hazırda ABŞ üçün periferiya Şərqi Avropadır.  Qərarlar qəbul edən insanlar bilməlidir ki, onlar indiyə qədər sakit və təhlükəsiz yaşayırdılar. İndi isə biz Rusiyaya qarşı təhlükə yaradan bu addımların qarşısını almalı olacağıq”.

Qeyd edək ki, dünən Rumıniyada ABŞ-ın stasionar Aegis Ashore kompleksi açılıb. Bu gün isə Polşada analoji RƏM kompleksinin təməltökmə mərasimi olacaq.

Kreml bəyan edib ki, ABŞ-ın bu hərəkətləri milli təhlükəsizlik üçün təhlükə yaratmaqla yanaşı regionada strateji sabiltiyi dağıda bilər.




Yuxarı Əvvələ Ana Səhifə