XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2016 - 01:16

ABŞ Dövlət Departamenti təsdiqlədi:İlham Əliyevlə Sarkisyan Vyanada görüşəcəklər

Azərbaycan prezidenti İlham Əliyev ermənistanlı həmkarı Serj Sarkisyanla növbəti həftə Vyanada bir araya gələcək.

Strateq.az-ın bildirdiyinə görə, məlumatı ABŞ-ın Dövlət Departamenti yayıb.

Dövlət katibi Con Kerrinin önümüzdəki iki həftə boyunca  planlaşdırılan səfərləriylə bağlı məlumat verən Departament 16-17 may tarixində onun Avstriyanın paytaxtı Vyanada müxtəlif görüşlər keçirəcəyini bildirib. Məlumatda qeyd olunub ki, bu görüşlərin biri Rusiya və Fransa xarici işlər nazirləri ilə bərabər Qarabağ məsələsinin müzakirəsinə həsr olunacaq. “Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edəcək”-Dövlət Departamentinin məlumatında belə deyilir.

Xatırladaq ki, bu məlumat ilk əvvəl Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayılmışdı. Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "İnterfaks"a açıqlamasında bildirmişdi ki, görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarət olacaq.