XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 10:18

Ankaradan Moskvaya göz dağı:Türk təyyarələri Suriya səmalarında

 

TSK'dan IŞİD'e Koalisyon'la ortak saldırı

Türkiyə hərbi təyyarələri ABŞ liderliyindəki koalisiya qüvvələri ilə bərabər Hələbin şimalındakı İŞİD hədəflərinə hava zərbəsi endirib.

Strateq.az-ın Türkiyə Silahlı Qüvvələrinə istinadən yaydığı xəbərə görə, bu hücumlarda 27 təşkilat üzvü öldürülüb.

Qeyd edək ki, hava sərhəddini pozan rus qırıcısını vurduqdan sonra Türkiyə indiyədək bu cür əməliyyatlarda ehtiyatlı davranmağa üstünlük verirdi. Hətta bir aralar qardaş ölkənin rus təxribatına şərait yaratmamaq üçün öz hava sərhədləri daxilində belə ehtiyatı əldən vermədiyi xəbərləri yayılırdı. Çünki hadisəni bəhanə edən Rusiya Aralıq dənizinə S-300 raketləriylə silahlanmış gəmilərini göndərərək, Ankaranın bu addımına cavab vermək istəyir, türk hərbi təyyarələrinin Suriya hava sərhədlərini pozması gözləyirdi. Bu gün rəsmən yayılan məlumat isə Türk Hava Qüvvələrinin Hələb ətrafında əməliyyat keçirdiyindən bəhs edir.

Görünən budur ki, Türkiyənin öz hava hücumlarını NATO mandatı altında həyata keçirməsi Moskvanın qisas almaq arzusunu gözündə qoyub.




Yuxarı Əvvələ Ana Səhifə