XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2016 - 23:16

Prezidentlərin Vyana görüşü başladı –Yenidən və bu dəfə fərqli ab-havada üzbəüz! - FOTO/VİDEO

 

ilham serj vyana

Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başlanıb.

Strateq.az RİA-ya istinadən bildirir ki, danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri iştirak edirlər

Məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri üz-üzə oturublar. Dövlət başçıları KİV üçün heç bir bəyanat verməyiblər.

Xatırladaq ki, bu, Azərbaycanın cəbhə xəttində üstünlük qazandığı dörgünlük aprel savaşından sonra Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşüdür. Görüş anı, proses özündə həm də ciddi psixoloji məqamları daşıdığından, ekspertlər tərəfindən xüsusi diqqətlə izlənilir. 

Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci il dekabrın 19-da İsveçrənin paytaxtı Berndə keçirilib.

 

ilham serj vyana02

 

vyana gorush