XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 01:37

Lavrovdan Vyana görüşü haqda mühüm açıqlamalar:"Biz məsələni sona çatdırmaqda qərarlıyıq” - VİDEO

ilham serj vyana02

 

"Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı kompromislərə köklənəcəyinə əsaslarımız var. Biz bununla bağlı vasitəçilik edəcəyik”.

Strateq.az xəbər verir ki, bu sözləri Rusiya XİN-nin rəhbəri Sergey Lavrov Vyana görüşünün nəticələrini şərh edərkən bildirib: "Əgər kompromis imkanları olmasaydı, ABŞ və Rusiya bu münaqişə ilə məşğul olmazdı. Biz məsələni sona çatdırmaqda qərarlıyıq. Tərəflər arasında gərginliyi nəzərə alaraq, münaqişənin mərhələli şəkildə həllinə çalışacağıq. Tənzimlənmənin birinci mərhələsini razılaşdırmaq üçün  imkanlar var. Bunlar Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə formalaşdırılıb. Bu, ABŞ və Fransa tərəfindən də dəstəklənib. Bizim belə hesab etməyə əsasımız var ki, Azərbaycan və Ermənistan bu güzəştlərin formalaşmasına köklənəcəklər". 

Onun sözlərinə görə, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşəcəklər: “İyun ayında hər iki ölkənin lideri növbəti görüşün yeri və vaxtını razılaşdıracaqlar. Bu görüşdə sülh sazişinin parametrlərinin razılaşdırılması davam etdirləcək”.

Rusiya XİN-in rəhbərinin sözlərinə görə, görüş zamanı Azərbaycan və Ermənistan prezidentləri Qarabağda atəşin dayandırılmasının zəruriliyi barədə razılığa gəliblər.