Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin (MM) deputatı Mehriban Əliyeva 28 May – Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı MM-ə müraciət edib.
"Report"un xəbərinə görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.
Bu, M.Əliyevanın amnistiya aktı ilə bağlı MM-ə dördüncü müraciətidir. 10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə, 3 500 nəfər məhkum azadlığa çıxacaq.
M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.